Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Torpaq və  Xəritəçəkmə Komitəsi və  Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və  Xəritəçəkmə



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə141/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   205
torpaq hüququ

Torpaq və  Xəritəçəkmə Komitəsi və  Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və  Xəritəçəkmə 
Komitəsi həyata keçirirlər. Öz vəzifələrinə uyğun olaraq onlar: 
– öz səlahiyyəti daxilində ölkə ərazisində bütün torpaqların səmərəli istifadəsinə və onların mühafizəsinə 
dövlət nəzarətini təşkil edir və həyata keçirir; 
– təbii və antropogen proseslərin zərərli təsirləri nəticəsində torpaqların münbitlik xassələrinin pisləşməsi 
ilə  tənəzzülə (deqradasiya) uğraması  səbəblərini araşdırıb ekspertizasını  təşkil edir və bunların aradan 
qaldırılması barədə müvafiq təkliflər hazırlayır; 
– torpaqların münbitliyinin bərpası, onun artırılması  və mühafizəsi məqsədi ilə aparılmış aqrotexniki, 
aqrokimyəvi, meliorativ (rekultivasiya) tədbirləri, fitosanitar, erroziyaya qarşı mübarizə  və digər kompleks 
tədbirləri barədə aidiyyəti üzrə hesabat verir; 
– münbitliyi itirilmiş torpaqların münbitlik xassələrinin bərpası  və artırılması  məqsədi ilə onların 
müvəqqəti təsərrüfat dövriyyəsindən çıxarılması və konservasiyası barədə təkliflər verir; 
– torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) halları ilə bağlı müvafiq orqanlar qarşısında 
məsələ qaldırır; 
– torpaq qanunvericiliyinin pozulması hallarını müəyyən edir və onların aradan qaldırılması üçün 
müvafiq tədbirlər görür. 
Azərbaycan Respublikasının Dövlət Torpaq və  Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar 
Respublikasının Dövlət Torpaq və  Xəritəçəkmə Komitəsi, onların rayon (şəhər) torpaq şöbələri aşağıdakılar 
barədə dövlət nəzarətini həyata keçirirlər: 
 – torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrinin təyinatı üzrə istifadə 
edilməsinə və qanunvericiliklə müəyyən edilmiş şərtlərə riayət edilməsinə; 
– torpaqların mövcud istifadə  vəziyyəti, uçotu və torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı, 
habelə ehtiyat torpaq fondu (istifadə edilməyən torpaqlar) barədə dürüst məlumatlar verilməsinə
– torpağın üst qatının pozulması  işlərinin aparılması zamanı onun üst münbit qatının (əkin və  əkinaltı 
qatı) kənara götürülməsi və həmin torpaq kütləsinin torpağın təkrar rekultivasiya olunması və eləcə də ərazidə 
mövcud olan qeyri-münbit torpaqların əkin qatının yaxşılaşdırılmasında istifadə edilməsinə; 
– torpaqların münbitlik xassələrinin yaxşılaşdırılması, eroziyanın qarşısının alınması,  şorlaşması, 
şorakətləşməsi, bataqlaşması, su altında qalması, məişət tullantıları, çirkab suları, eləcə  də müxtəlif mənşəli 
radioaktiv və kimyəvi elementlərlə çirklənməsi, zəhərli bitkilərlə, alaq otları və kol-kosla örtülməsi, tənəzzülə 
uğraması (deqradasiya) və digər mənfi təbi və antropogen proseslərə qarşı kompleks mübarizə  tədbirlərinin 
vaxtında yerinə yetirilməsinə. 
Dövlət idarəetmə funksiyalarından biri kimi yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və 
torpaqdan səmərəli istifadə olunması  məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki 
tədbirlər sistemidir. 
Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən  əsaslandırılmış  səmərəli istifadəsinin təşkilinə, torpaq 
münasibətlərinin tənzimlənməsinə, torpaq ehtiyatlarının uçotuna və qiymətləndirilməsinə,  əlverişli ekoloji 


110 
 
mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyin təmin 
edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir. 
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə, yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: 
1) mülkiyyət və  təsərrüfatçılıq formasından asılı olmayaraq torpaqların səmərəli istifadəsinin və 
mühafizəsinin planlaşdırılmasının təşkili; 
2) ərazinin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin 
artırılması, onların mühafizəsi üzrə respublika və regional plaqramların və proqnozların, habelə yerquruluşu 
sxemlərinin hazırlanması; 
3) torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması  məqsədilə 
torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydalaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) 
ayrılması, qanunvericiliklə müəyyən olunmuş formada sənədlərin tərtibi; 
4) kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması; 
5) torpaqların istifadəsi və mühafizəsi ilə  əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin 
rəsmiləşdirilməsi; 
6) xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və  sərhədlərinin 
müəyyən edilməsinin əsaslandırılması; 
7)  şəhər, qəsəbə  və  kənd yaşayış  məntəqələri hüdudlarının müəyyən edilməsi və  dəyişdirilməsinə dair 
sənədlərin rəsmiləşdirilməsi; 
8) xüsusi təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, torpaq, geobotanika, digər 
tədqiqatların və axtarışların aparılması; 
9) torpaqların inventarlaşdırılmasının aparılması, istifadəsiz, habelə  səmərəli və ya məqsədli təyinatına 
görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi; 
10) torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi
11) torpaqların qiymətləndirilməsi üzrə müvafq iqtisadi və texniki tədbirlərin aparılması; 
12) təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyasına dair işçi layihə-
smeta sənədlərinin hazırlanması;  
13) torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər 
tədbirlər. 
Yerquruluşu təyinatından asılı olaraq kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. 
Kompleks yerquruluşu inzibati-ərazi vahidləri üzrə torpaqların iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 
mülkiyyətçilər, istifadəçilər və icarəçilər arasında bölüşdürülməsini və bu işlərin sənədləşdirilməsini nəzərdə 
tutur. 
Təsərrüfatdaxili yerquruluşu torpaq mülkiyyətçisinin, istifadəçinin və ya icarəçisinin konkret torpaq 
sahəsində istehsalatın  ərazi üzrə düzgün yerləşdirilməsinə  və istehsal vasitələrindən (ilk növbədə torpaqdan) 
səmərəli istifadəyə dair hazırlanmış tədbirlər sistemindən ibarətdir. 
Kompleks və  təsərrüfatdaxili yerquruluşu işləri yerquruluşu layihələri  əsasında, birinci halda dövlət 
yerquruluşu xidməti, ikinci halda isə ixtisaslaşdırılmış layihə-axtarış  və elmi-tədqiqat müəssisələri tərəfindən 
həyata keçirilir. 


111 
 
Qanunvericiliyə görə, yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin 
təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin sifarişi ilə aparılır. Bu zaman dövlət və  bələdiyyə 
mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı  və 
bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər 
tərəfindən təsdiq olunduqdan sonra yerquruluşu layihələri yerə (naturaya) keçirilir, dövlət torpaq kadastrında 
qeydiyyata alınır, sənədləşdirilir və hüquqi qüvvəyə malik olur. 
Yerquruluşu işlərinin aparılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1999-cu 
il tarixli 94 Saylı  Qərarı ilə  təsdiq edilmiş  «Yerquruluşu işlərinin aparılması qaydaları haqqında 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin