«Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»yə görə, Nazirlik aşağıdakı
normativ-hüquqi aktları işləyib hazırlayır və təsdiq edir:
1) tikinti, tikinti materialları, konstruksiya və detallarının istehsalı və istifadəsi sahələrində öz
səlahiyyətləri daxilində dövlət tənzimləməsindən irəli gələn normativ-hüquqi aktları;
2) geoloji və hidrogeoloji xarakterli təbii fəlakətlərdən müdafiə qurğularının tikintisinin
(yerləşməsinin) baş sxeminin işlənib hazırlanmasını təşkil etmək;
3) ölkənin bütün ərazisində tikilən sənaye, mülki və mühafizə obyektlərinin və qurğularının layihə-
smeta sənədlərinin dövlət ekspertizasını həyata keçirmək;
4) daşqın və subasma zonalarını müəyyənləşdirmək və sahilbərkitmə işlərini həyata keçirmək
məqsədi ilə onların mühafizə zolaqlarının layihələndirilməsini təşkil etmək və tikintisinə nəzarəti təmin
etmək;
Şəhər və digər yaşayış məskənləri ərazilərinin baş planla funksional zonalara bölünməsi zonalaşdırma
adlanır.
Qanunvericilikdə şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqlarının zonalaşdırılmasının 2 növü
nəzərdə tutulmuşdur.
Zonalaşdırmanın birinci növünə ərazinin istifadəsində müəyyən məhdudiyyətlərin təyin olunduğu
zonalar aiddir:
– qoruq zonaları, tarixi-mədəni komplekslərin və obyektlərin, tarix və mədəniyyət abidələrinin mühafizəsi
zonaları;
– xüsusi mühafizə olunan təbii ərazilərin, o cümlədən sanitar-mühafizə dairələri zonaları;
– sanitar, müdafiə və sanitar-müdafiə zonaları;
– su mühafizə zonaları və sahilyanı müdafiə zolağı;
– su təchizatı mənbələrinin sanitar mühafizə zonaları;
– faydalı qazıntı yataqları zonaları;
– təbii və texnogen xarakterli fövqəladə vəziyyətin təsirinə məruz qalmış ərazilər;
– fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları;
– ekstremal təbii-iqlim şəraiti zonaları;
– qanunvericiliklə müəyyən olunmuş digər zonalar.
Şəhər və kənd yaşayış məntəqələrinin ərazilərinin zonalaşdırılmasının ikinci növü əsasən, şəhər və kənd
yaşayış məntəqələrinin torpaqlarının tərkibinə uyğun gələn, torpaq sahələrinin konkret məqsədli istifadəsi
əsasında aparılır. Bu baxımdan qanunvericilik aşağıdakıları ayırır:
– yaşayış zonaları;
– ictimai-işgüzar zonalar;
– istehsalat zonaları;
– mühəndis və nəqliyyat infrastrukturu zonaları;
– rekreasiya zonaları;
134
– kənd təsərrüfatı istifadəsi zonaları;
– xüsusi təyinatlı zonalar;
– hərbi obyektlərin zonaları, rejim ərazilərinin digər zonaları.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə, şəhər hüdudlarından kənarda yerləşən, şəhər
ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə
əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və
sanitariya-gigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşə-parklarla və digər
yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq bələdiyyələr
tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır.
Şəhərətrafı zonaların torpaqları bu zonaların təsdiq edilmiş planlaşdırma layihəsinə uyğun olaraq istifadə
edilir. Bu torpaqlar xüsusi mühafizə edilir və orada sanitariya-gigiyena, sağlamlaşdırıcı funksiyalar və əhalinin
istirahətinin təşkili məqsədləri ilə bir araya sığmayan tikili və qurğuların inşa edilməsi qadağandır (maddə 21).
Qeyd etmək lazımdır ki, torpaq sahələri şəhərətrafı zonaların tərkibinə daxil edilərkən həmin sahələr
üzərində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları saxlanılır.
|