§ 20. Sənaye, nəqliyyat, rabitə, radioötürücü, teleötürücü, informatika və kosmik təminat, energetika, müdafiə və digər təyinatlı torpaqlar
Torpaqların xüsusi kateqoriyasını şəhərlərin və digər yaşayış məntəqələrinin hüdudlarından kənarda
yerləşən sənaye, nəqliyyat, rabitə, radioötürücü, televiziya, informatika, kosmik təminat və digər təyinatlı
torpaqlar təşkil edir. Bu torpaqlar müəssisələrə, idarələrə və təşkilatlara onların üzərinə qoyulmuş xüsusi
vəzifələri yerinə yetirmək üçün təqdim olunur. Əhalinin təhlükəsizliyini təmin etmək və sənaye, nəqliyyat və
digər obyektlərin istismarı üçün lazımi şəraitin yaradılması məqsədi ilə torpaqların istifadəsinin xüsusi şəraiti
zonaları müəyyən olunur (mühafizə, sanitar, müdafiə və s.). Belə torpaq sahələri torpaq mülkiyyətçiləri,
istifadəçiləri və icarəçilərindən geri alınmır, lakin bu torpaqların hüdudları daxilində zonanın müəyyən olunmuş
məqsədləri ilə bir araya sığmayan fəaliyyət növləri məhdudlaşdırılır və ya qadağan olunur.