Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Sənaye və energetika torpaqlarına



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə174/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   ...   205
torpaq hüququ

Sənaye və energetika torpaqlarına - istehsalat binaları və tikililəri, onların inzibati binaları altında 
qalan, istilik və hidroelektrik stansiyaları, elektrik ötürücü xətlər, dəmir yolu xətləri, onların anbarları və 
yüklərin doldurulması-boşaldılması bazaları, mühəndis kommunikasiyaları, faydalı qazıntı yataqları və 
digər sənayenin, energetikanın və yerin təkindən istifadənin ehtiyacları üçün istifadə olunan torpaqlar 
aiddir. 
Göstərilən məqsədlər üçün təqdim olunan torpaq sahələrinin ölçüləri müəyyən olunmuş qaydalarda təsdiq 
olunmuş normalara və ya layihə-texniki sənədləşməyə müvafiq qaydada təyin olunur. 
Sənaye torpaqlarının tərkibinə istifadəsi yerin təkinin istismarı ilə əlaqədar olan torpaqlar da daxildir. Bu 
torpaqlara sənaye torpaqlarının ümumi rejimi aid edilir. Bununla belə  həmin torpaqların hüquqi rejimi xüsusi 
qanunvericiliklə tənzimlənən, ictimai münasibətlərin müstəqil obyekti kimi yerin təkinin özünəməxsusluğu ilə 
şərtlənmiş mühüm spesifikliyə malikdir. 
Torpaqdan və yerin təkindən istifadə, onların asılılığı müxtəlif vəziyyətlərdə müxtəlif olsa da, ən sıx 
şəkildə bir-biri ilə qarşılıqlı  əlaqəlidir. Bir halda torpaq sahəsindən istifadə yalnız, yerin təkindən istifadə 
hüququnu həyata keçirməyin lazımi şəraitinin ilkin şərtidir. Belə ki, mədənçıxarma müəssisəsi müəyyən torpaq 
sahəsi tutmadan normal fəaliyyət göstərə bilməz. Belə müəssisə ilk növbədə yerin təkindən istifadəçidir. Bu 
halda torpaqdan istifadə yerin təkindən istifadəyə münasibətdə müstəqil olsa da, köməkçi, tabeli xarakter 
daşıyır. Digər halda torpaqdan istifadəçi yerin təkindən istifadəçi kimi çıxış edə bilər. Belə ki, hazırda qüvvədə 
olan Torpaq Məcəlləsinin 80-ci maddəsinə görə, torpaq mülkiyyətçiləri qanunvericiliyə uyğun olaraq öz torpaq 
sahələrində olan geniş yayılmış faydalı qazıntılardan istifadə etmək hüququna malikdir. «Yerin təki haqqında» 
Azərbaycan Respublikası Qanununun (13 fevral 1998-ci il) 17-ci maddəsinə görə,  torpaq sahibləri müvafiq 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin