«Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə»yə görə,
torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin məqsədi bütün torpaq mülkiyyətçiləri,
istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrindən səmərəli istifadə edilməsində, onların mühafizəsinin
və keyfiyyətinin yaxşılaşdırılmasında, dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və texniki uçotunun
aparılmasında, habelə yerquruluşu, axtarış və kəşfiyyat işlərinin həyata keçirilməsində, torpaq sahəsi üzərində
öhdəliklər və məhdudiyyətlərin, servitutların yerinə yetirilməsində torpaq qanunvericiliyinin tələblərinə riayət
edilməsini təmin etməkdir.
109
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini Azərbaycan Rsepublikasının Dövlət