112
§ 16. Torpaq ehtiyatlarının idarə edilməsi üzrə dövlət orqanları sistemi
Torpaqların istifadəsinin və mühafizəsinin idarə edilməsi sahəsində dövlət orqanlarının sistemi haqqında
məsələ həmişə torpaq-hüquq elminin diqqət mərkəzində olmuşdur. Dövlət idarəetməsinin
təşkili strukturunun
yaxşılaşdırılması probleminin qoyuluşu, fəaliyyəti ümumdövlət maraqlarında əks oluna bilən orqanların optimal
sisteminin axtarışı idi.
Əgər torpaq fondunun dövlət idarəetməsi orqanlarının sisteminin təşəkkül tapması tarixinə qısaca
nəzər
salsaq, o zaman aşağıdakı əsas nüansları qeyd etmək olar. Öncə SSRİ-də üzərinə bütün torpaqların ümumi
idarəetməsinin bir sıra funksiyaları qoyulmuş əkinçilik üzrə Xalq Komissarlığı təsis olundu. Bu funksiyalara
bütün torpaq istifadəçiləri tərəfindən torpaqların düzgün istifadəsinin təmin olunması, torpaqların
mühafizəsi,
yerquruluşu, bütün torpaqların uçotu və torpaq istifadəçilərinin qeydiyyatı, torpaq sahəsinin ayrılması və geri
alınması və s. aid idi. Ayrı-ayrı müttəfiq respublikalarda bu səlahiyyətlər torpaq və yerquruluşu xidmətinə malik
olan torpaq üzrə Xalq Komissarlarının və yerli orqanların üzərinə qoyulmuşdur.
Ötən əsrin 40-cı illərinin ortalarında, əkinçilik üzrə Xalq Komissarlığının SSRİ Kənd Təsərrüfatı
Nazirliyinə çevrilməsindən sonra, torpaq fondunun dövlət idarəetməsi funksional orqanlarının xüsusi vahid
sistemi öz mövcudluğunu dayandırdı. Torpaq fondunun dövlət idarəetməsini həm SSRİ Nazirlər
Soveti və
müttəfiq və muxtar respublikaların ümumi səlahiyyətli icraedici-sərəncamverici orqanları, həm də vilayət, diyar,
rayon, şəhər, qəsəbə və kənd Sovetlərinin deputatları həyata keçirirdi. Bir sıra xüsusi dövlət icraedici-
sərəncamverici
orqanlar, bütün torpaq fondu və ya torpaq kateqoriyalarından birinə münasibətdə torpaq
fondunun idarə edilməsinin bir və ya bir neçə funksiyasını həyata keçirirdi. Belə orqanlaraaşağıdakılar aid idi:
bütün torpaqların istifadəsinə görə dövlət nəzarətini, bütün torpaqların uçotunun təşkili və onun aparılmasını,
torpaq istifadəçilərinin dövlət qeydiyyatını, yerquruluşunu, dövlət torpaq kadastrının aparılmasını, torpaqların
eroziyası ilə mübarizə üzrə tədbirlərini həyata keçirmiş Kənd Təsərrüfatı Nazirliyi, onun yerlərdəki orqanları;
gördüyü işlər şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqlarının planlaşdırılmasına aid
olan Tikinti işləri
üzrə SSRİ Dövlət Komitəsi və onun yerlərdəki orqanları; ixtiyarında şəhərlərin və şəhər tipli qəsəbələrin
torpaqlarının istifadəsinin olduğu müttəfiq respublikasının mənzil-kommunal təsərrüfatı nazirliyi; meşə altında
olan meşə fondu torpaqları və digər torpaqların idarə edilməsinin bir sıra funksiyalarını həyata keçirmiş, meşə
təsərrüfatı üzrə SSRİ Dövlət Komitəsi.
Keçən əsrin 70-80-ci illərinin torpaq-hüquq ədəbiyyatında torpaq fondunun
dövlət idarəedilməsi
sahəsində yerlərdə SSRİ Kənd Təsərrüfatı Nazirliyi və onun orqanlarının xüsusi vəziyyəti qeyd olunurdu. Bu
ondan ibarət idi ki, kənd təsərrüfatı orqanlarının üzərinə idarəetmə xarakterli çoxsaylı funksiyalar qoyulmuşdur.
Bu funksiyaların həyata keçirilmə praktikası onların səmərəliliyinin kifayət qədər olmadığını göstərirdi.
Bununla əlaqədar olaraq torpaq-hüquq ədəbiyyatında dəfələrlə, yuxarıda göstərilən funksiyaların SSRİ Kənd
Təsərrüfatı Nazirliyinin ixtiyarından alınıb, torpaq fondunun dövlət idarəedilməsi üzrə müstəqil ixtisaslaşmış
orqanı yaradılaraq və ona torpaq fondunun dövlət idarəedilməsi funksiyalarından olan torpaqların
istifadəsinin
və mühafizəsinin planlaşdırılması, torpaqların layihələndirilməsi, torpaq sahələrinin verilməsi və geri alınması
haqqında torpaq fondunun ümumi dövlət idarəedilməsi orqanlarının qərarlarının hazırlanması, dövlət torpaq
kadastrının aparılması, eroziya ilə mübarizənin təşkili və torpağın münbitliyinin artırılması üzrə tədbirlər,
113
torpaqların rekultivasiyası, torpaqların meliorasiyası üzrə dövlət
nəzarəti, onların istifadəsi və mühafizəsi işinin
verilməsi təklifi irəli sürülmüş və əsaslandırılmışdır.
Torpaq fondunun dövlət idarəedilməsi üzrə ixtisaslaşdırılmış orqanları sisteminin yaradılması haqqında
elmi ideya respublikamız öz müstəqilliyini yenidən bərpa etdikdən – 1992-ci ildə Azərbaycan Dövlət Torpaq
Komitəsi öz fəaliyyətinə başladıqdan sonra həyata keçməyə başladı.
Azərbaycan Respublikası Prezidenti,
Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 18
aprel 2001-ci il tarixli 460 SaylıFərmanı ilə
Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Dostları ilə paylaş: