Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi həyata keçirirlər. Öz vəzifələrinə uyğun olaraq onlar:
– öz səlahiyyəti daxilində ölkə ərazisində bütün torpaqların səmərəli istifadəsinə və onların mühafizəsinə
dövlət nəzarətini təşkil edir və həyata keçirir;
– təbii və antropogen proseslərin zərərli təsirləri nəticəsində torpaqların münbitlik xassələrinin pisləşməsi
ilə tənəzzülə (deqradasiya) uğraması səbəblərini araşdırıb ekspertizasını təşkil edir və bunların aradan
qaldırılması barədə müvafiq təkliflər hazırlayır;
– torpaqların münbitliyinin bərpası, onun artırılması və mühafizəsi məqsədi ilə aparılmış aqrotexniki,
aqrokimyəvi, meliorativ (rekultivasiya) tədbirləri, fitosanitar, erroziyaya qarşı mübarizə və digər kompleks
tədbirləri barədə aidiyyəti üzrə hesabat verir;
– münbitliyi itirilmiş torpaqların münbitlik xassələrinin bərpası və artırılması məqsədi ilə onların
müvəqqəti təsərrüfat dövriyyəsindən çıxarılması və konservasiyası barədə təkliflər verir;
– torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) halları ilə bağlı müvafiq orqanlar qarşısında
məsələ qaldırır;
– torpaq qanunvericiliyinin pozulması hallarını müəyyən edir və onların aradan qaldırılması üçün
müvafiq tədbirlər görür.
Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, onların rayon (şəhər) torpaq şöbələri aşağıdakılar
barədə dövlət nəzarətini həyata keçirirlər:
– torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrinin təyinatı üzrə istifadə
edilməsinə və qanunvericiliklə müəyyən edilmiş şərtlərə riayət edilməsinə;
– torpaqların mövcud istifadə vəziyyəti, uçotu və torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı,
habelə ehtiyat torpaq fondu (istifadə edilməyən torpaqlar) barədə dürüst məlumatlar verilməsinə;
– torpağın üst qatının pozulması işlərinin aparılması zamanı onun üst münbit qatının (əkin və əkinaltı
qatı) kənara götürülməsi və həmin torpaq kütləsinin torpağın təkrar rekultivasiya olunması və eləcə də ərazidə
mövcud olan qeyri-münbit torpaqların əkin qatının yaxşılaşdırılmasında istifadə edilməsinə;
– torpaqların münbitlik xassələrinin yaxşılaşdırılması, eroziyanın qarşısının alınması, şorlaşması,
şorakətləşməsi, bataqlaşması, su altında qalması, məişət tullantıları, çirkab suları, eləcə də müxtəlif mənşəli
radioaktiv və kimyəvi elementlərlə çirklənməsi, zəhərli bitkilərlə, alaq otları və kol-kosla örtülməsi, tənəzzülə
uğraması (deqradasiya) və digər mənfi təbi və antropogen proseslərə qarşı kompleks mübarizə tədbirlərinin
vaxtında yerinə yetirilməsinə.
Dövlət idarəetmə funksiyalarından biri kimi yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və
torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki
tədbirlər sistemidir.
Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq
münasibətlərinin tənzimlənməsinə, torpaq ehtiyatlarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji
110
mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyin təmin
edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə, yerquruluşu aşağıdakı işləri nəzərdə tutur:
1) mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq torpaqların səmərəli istifadəsinin və
mühafizəsinin planlaşdırılmasının təşkili;
2) ərazinin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin
artırılması, onların mühafizəsi üzrə respublika və regional plaqramların və proqnozların, habelə yerquruluşu
sxemlərinin hazırlanması;
3) torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə
torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydalaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada)
ayrılması, qanunvericiliklə müəyyən olunmuş formada sənədlərin tərtibi;
4) kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması;
5) torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin
rəsmiləşdirilməsi;
6) xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin
müəyyən edilməsinin əsaslandırılması;
7) şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyişdirilməsinə dair
sənədlərin rəsmiləşdirilməsi;
8) xüsusi təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, torpaq, geobotanika, digər
tədqiqatların və axtarışların aparılması;
9) torpaqların inventarlaşdırılmasının aparılması, istifadəsiz, habelə səmərəli və ya məqsədli təyinatına
görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi;
10) torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi;
11) torpaqların qiymətləndirilməsi üzrə müvafq iqtisadi və texniki tədbirlərin aparılması;
12) təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyasına dair işçi layihə-
smeta sənədlərinin hazırlanması;
13) torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər
tədbirlər.
Yerquruluşu təyinatından asılı olaraq kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir.
Kompleks yerquruluşu inzibati-ərazi vahidləri üzrə torpaqların iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə
mülkiyyətçilər, istifadəçilər və icarəçilər arasında bölüşdürülməsini və bu işlərin sənədləşdirilməsini nəzərdə
tutur.
Təsərrüfatdaxili yerquruluşu torpaq mülkiyyətçisinin, istifadəçinin və ya icarəçisinin konkret torpaq
sahəsində istehsalatın ərazi üzrə düzgün yerləşdirilməsinə və istehsal vasitələrindən (ilk növbədə torpaqdan)
səmərəli istifadəyə dair hazırlanmış tədbirlər sistemindən ibarətdir.
Kompleks və təsərrüfatdaxili yerquruluşu işləri yerquruluşu layihələri əsasında, birinci halda dövlət
yerquruluşu xidməti, ikinci halda isə ixtisaslaşdırılmış layihə-axtarış və elmi-tədqiqat müəssisələri tərəfindən
həyata keçirilir.
111
Qanunvericiliyə görə, yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin
təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin sifarişi ilə aparılır. Bu zaman dövlət və bələdiyyə
mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və
bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər
tərəfindən təsdiq olunduqdan sonra yerquruluşu layihələri yerə (naturaya) keçirilir, dövlət torpaq kadastrında
qeydiyyata alınır, sənədləşdirilir və hüquqi qüvvəyə malik olur.
Yerquruluşu işlərinin aparılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1999-cu
il tarixli 94 Saylı Qərarı ilə təsdiq edilmiş «Yerquruluşu işlərinin aparılması qaydaları haqqında
Dostları ilə paylaş: |