Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


bağlı  qəbul edilmiş torpaq qanunvericiliyi qüvvədədir



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə3/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   205
torpaq hüququ

bağlı  qəbul edilmiş torpaq qanunvericiliyi qüvvədədir. Bura torpaqla bağlı qanunvericilik aktları – 
Azərbaycan Respublikasının qanunları; Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları; 
Nazirlər Kabinetinin qərar və  sərəncamları; Fövqəladə Hallar Nazirliyi, Ekologiya və  Təbii Sərvətlər 
Nazirliyi və Dövlət Torpaq və  Xəritəçəkmə Komitəsinin müvafiq  təlimat,  qayda və  əsasnamələri aiddir. 
Onlar öz hüquqi qüvvələri baxımından fərqli olmalarına baxmayaraq, bütün bu normativ-hüquqi aktlar 
mülkiyyətin müxtəlif növlərinin mövcudluğu şəraitində aqrar-sənaye istehsalının inkişafına, torpaqların səmərəli 
istifadəsinə və mühafizəsinə, torpaq üzərində mülkiyyətin və hüquqi rejimin tənzimlənməsinə, kənd təsərrüfatı 
subyektlərinin hüquqlarının təminatına, sahibkarlığın müdafiəsinə, torpaq qanunvericiliyinin pozulmasının 
qarşısının alınmasına və s. məsələlərin həllinə yönəlmişdir. 
Əlbəttə, kənd təsərrüfatında  əsas istehsal vasitəsi olan torpağın statusunun, hüquqi rejiminin, torpaqlar 
üzərində mülkiyyətin müxtəlif növlərinin, onlardan istifadə edilməsinin, mühafizəsinin, aqrar sənaye 
istehsalında yaranan torpaq – hüquqi münasibətlərinin tənzimlənməsinin və bir sıra digər çoxsaylı torpaqla, 
aqrar sənaye kompleksi ilə bağlı olan məsələlərin hüquqi əsasları olmalıdır. 
Bu baxımdan «Torpaq hüququ» kursunun hazırlanması  və oxucuların ixtiyarına verilməsi gec də olsa, 
ölkəmizdə bu sahədə olan boşluğu doldurmaq üçün atılan ilk addımdır. 



 
Sizlərə  təqdim olunan bu kitabda torpaq hüququnun anlayışı  şərh edilmiş, torpaq hüququ normaları ilə 
tənzimlənən torpaq münasibətlərinin obyekti kimi torpağın xüsusiyyətləri araşdırılmış, torpaq hüququnun 
mənbələri və sistemi, torpağa mülkiyyət hüququ, onun növləri və digər hüquqlar, ölkəmizdə torpaq 
ehtiyatlarının dövlət idarəedilməsi, müxtəlif məqsədli təyinatı olan torpaq kateqoriyalarının hüquqi rejimi, 
həmçinin yerin təkinin, suların və meşələrin hüquqi rejiminin əsasları, onların fərqli və oxşar cəhətləri təhlil 
edilmiş və bu zaman ortaya çıxan bir çox suallara aydınlıq gətirilmişdir. 
Kitabda torpaq təkamül prosesi nəticəsində formalaşmış  təbii-tarixi cisim kimi götürülmüş  və eyni 
zamanda həm məkan, həm də istehsal vasitəsi kimi ictimai münasibətlərin obyekti olaraq öyrənilmişdir. Habelə 
torpaqların səmərəli istifadəsi və mühafizəsinin əsasında onun qeyri-adiliyi və əvəzedilməzliyinin durduğu, bu 
səbəbdən də torpaq münasibətlərinə yanaşmada onun daşınmaz əmlakın xüsusi forması olduğu vurğulanmışdır. 
Kitab həm torpaqla bağlı olan peşə sahibləri – aqronomluq, əkinçilik, torpaqşünaslıq üzrə mütəxəssislər 
üçün, həm də torpaq hüququ ilə maraqlanan hüquqşünaslar üçün respublikamızda hələ ki, yeganə  ədəbiyyat 
olmaqla yanaşı, bu sahədə maariflənmək istəyən insanlar üçün də əvəzsiz tövhə olacaqdır. 



 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin