Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


hüququnun;   5) torpaqdan vergitutulması zamanı



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə5/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   205
torpaq hüququ

hüququnun;  
5) torpaqdan vergitutulması zamanı – maliyyə hüququnun;  
6)  kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün kənd təsərrüfatı  təyinatlı torpaqların istifadəsi 
zamanı – aqrar hüququn və s. 
Sadalanan hər bir sahənin hüquqi tənzimləmə predmeti torpaq münasibətlərinin müxtəlif aspektləridir: 
məkan-bazis, əmlak, torpaq-istehsal və s. Müstəqil hüquq sahəsi kimi torpaq hüququnun hüquqi tənzimlənməsi 
üçün isə özünəməxsusluq torpaq münasibətlərinin iqtisadi xarakteri, yəni təsərrüfat məqsədi üçün torpağın 
istifadəsidir. 
Bununla  əlaqədar olaraq torpaq münasibətlərini hüquqi tənzimləmənin  əsas elementi bütün torpaq 
fondunun müəyyən torpaq kateqoriyalarına bölüşdürülməsi və torpaq fondunun vahid hüquqi rejiminin həmin 
kateqoriyaların hüquqi rejimi ilə uzlaşdırılmasıdır. 
Ölkəmizin torpaq hüququnda torpaq-hüquqi tənzimləmənin belə quruluşu onunla şərtlənmişdir ki, bu 
tənzimləmənin qurulması torpaqların obyektiv mövcud olan xassə  və xüsusiyyətləri nəzərə alınmaqla həyata 
keçirilir. Lakin bu xassələr öz müxtəlifliyinə görə o qədər çoxcəhətli və sonsuzdur ki, onları yalnız hüquqi 
planda tiplərə ayırmaq olar. Sıralarında kənd təsərrüfatı təyinatlı torpaqların, xüsusi təyinatlı torpaqların, yaşayış 
təyinatlı torpaqların və digərlərinin özünə yer aldığı kateqoriyalara görə torpaqların tiplərə ayrılması da bununla 
izah olunur. Həmin tiplərə ayrılma  əsasən məqsədli təyinat prinsipinə görə qurulmuşdur ki, bu da torpaq 
sahəsinin hər bir kateqoriyasında digər birbaşa məqsədli təyinatlı torpağın olması mümkünlüyünü nəzərdə tutur. 
Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyasında xüsusi rejimə malik olan, qeyri-kənd təsərrüfatı 
təyinatlı torpaq sahələri (yollar, energetika, rabitə qurğuları altında qalan torpaqlar və s.) ola bilər, xüsusi (qeyri-



 
kənd təsərrüfatı) təyinatlı torpaq kateqoriyasında isə – kənd təsərrüfatı (əkin, otlaq, örüş və s.) yerlərinin olması 
mümkündür. 
Torpaq münasibətlərini hüquqi tənzimləmənin xüsusiyyətləri və buna görə  də azərbaycan hüquq 
sisteminin xüsusi sahəsi kimi torpaq hüququnun ayrılması, torpağın digər xassələri ilə də şərtlənmişdir. 
Torpaq, artıq göstərildiyi kimi, insan cəmiyyəti üçün hər  şeydən  əvvəl bütün insan nəslinin yeganə 
məskunlaşma  ərazisi olduğundan  əvəzedilməzdir. Hər bir insan dünyasını  dəyişən zaman sonrakı  nəsillərə öz 
həyat fəaliyyətinin nəticələrini miras qoyub gedir. Bu nəticələr tədricən toplanır və  ağır yük kimi gələcək 
nəsillərin üzərinə qoyulur. Odur ki, torpaq ölkəmizdə burda yaşayan insanların həyat və fəaliyyətinin əsası kimi 
istifadə olunur və qorunur ki, bu da torpaq qanunvericiliyində  təsbit olunmuşdur.  Əgər torpağa və onu əhatə 
edən mühitə qarşı  təhlükə yaranarsa, onun istifadə azadlığına məhdudiyyət qoyulur. Ona görə  də torpaq 
qanunvericiliyində pozulmuş torpaq hüquqlarının müdafiəsi üçün müddət, dünyanın bir çox ölkələrində
pozulmuş hüquqların müdafiəsi zamanı olduğu kimi heç vaxt nəzərdə tutulmamışdır və tutulmur. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin