münasibətlərin kompleksindən təşkil olunduğu, yəni mürəkkəb tərkibə malik olduğu aydın olur. Qeyd
olunduğu kimi torpaq hüququnun predmeti iqtisadi xarakterə malik olan torpaq münasibətləridir. Odur ki,
onların hüquqi tənzimlənməsini aydınlaşdırmaq üçün obyektiv iqtisadi qanunların təsir mexanizmi haqqında təsəvvür yaradan iqtisadi nəzəriyyə üzrə alınmış bilikləri əldə rəhbər tutmaq lazımdır. Bu biliklər ona görə vacibdir ki, hüquqi tənzimləmə obyektiv iqtisadi qanunların təsirinin əksinə olaraq və