Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


ona zidd olaraq aparıla bilməz



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə10/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   205
torpaq hüququ

ona zidd olaraq aparıla bilməz. 
Bu səbəbdən də, torpaq münasibətlərinin tənzimlənməsinin torpaq-hüquqi mexanizmində öxucu ictimai 
münasibətlərdə obyektiv iqtisadi qanunların təsirini görməli, fərqləndirməli və başa düşməlidir. Məsələn, 
torpağa görə ödəmələr haqqında qanunvericilikdə torpaq mülkiyyətçilərinin və istifadəçilərinin 
stimullaşdırılmasından istifadə olunur. Bu, bir tərəfdən torpağı saxlaya və becərə biləcəyindən çox almamağı, 
digər tərəfdən – torpağı maksimum səmərəli istifadə etməyi nəzərdə tutur. Əks təqdirdə torpaqdan istifadə və 
torpağa mülkiyyət hüququ iqtisadi cəhətdən səmərəsiz olacaq və maddi çətinlik həmin  şəxslərin üzərinə 
düşəcəkdir. Yalnız həmin obyektiv-qanunauyğunluqların başa düşülməsi və  mənimsənilməsi zamanı oxucu 
tərəfindən «Torpaq hüququ» kursunun mənimsənilməsinə zəmanət vermək olar. 
Kursun mənimsənilməsi üçün müasir dövrün xüsusiyyətlərini dərk etmək oxuculara son vaxtlar bu sahədə 
qəbul edilmiş qanunvericilik aktlarının mahiyyətini başa düşməyə heç də az kömək etməyəcəkdir. Yalnız bu və 
ya digər normativ-hüquqi aktın qəbul olunmasına səbəb olmuş şəraiti tam başa düşdükdən sonra, həmin aktların 
mahiyyətini aydınlaşdırmaq olar. Bu məqsədlə oxuculara elmi və dövri mətbuatda yazılan informasiyalarla 
mütəmadi olaraq tanış olmaq, torpaq-hüquqi tənzimləmə sahəsində baş verən hadisələrin inkişafını izləmək 
məqsədəuyğundur. 
Müəlliflər oxuculara «Torpaq hüququ» kursunu öyrənməkdə  uğurlar arzulayır və ilk dəfə 
respublikamızda bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək ümidi ilə onlardan öz iradlarını və təkliflərini 
göndərməyi xahiş edir, gələcəkdə bu, kitabda getmiş nöqsanları aradan qaldırmağa və onu yenidən işləməyə 
kömək etmiş olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin