Nəhayət, torpaq məkanla məhdudluq xüsusiyyətinə malikdir və bu məhdudluğu həmin əraziyə digər torpaqları birləşdirmədən aradan qaldırmaq mümkün deyildir. Bu isə digər dövlətlərin torpaqlarının işğalı yolu ilə baş verə bilər ki, bu da beynəlxalq hüquq normalarına ziddir. Torpaqların məhdudluğu bütün dövlətlər üçün ümumi hadisə kimi öz əksini torpaq hüququnun əsas
prinsiplərindən birində tapdı. Bu prinsip torpağın səmərəli istifadəsi olub iki tərəfə malikdir:
1) bu və ya digər obyektlərin altına ərazilərin qənaətlə sərfi;
2) torpağın iqtisadi istehsal gücü kimi onun biopotensialının, torpağın münbitliyinin qorunması və
artırılması.
Bütün bunlar torpaq hüququ tədris kursunun əsas konsepsiyasının elementlərini özündə təcəssüm etdirir.
Kitabda torpaq hüququnun bütün mahiyyəti açılmır. Buna səbəb torpaq hüquq normalarının təkcə torpaq
qanunvericiliyində deyil, həm də ölkə qanunvericiliyinin digər sahələrində özünə yer almasıdır.
Dövlət təhsil standartlarının belə sahələrə olan tələbatının müddəalarına uyğun olaraq kitabda «Torpaq hüququ» kursu üzrə tədris proqramı çərçivəsində hüquqi biliklərin əsasları sistemli şəkildə verilmişdir.
Müvafiq olaraq kitab, torpaq münasibətlərini tənzimləyən normativ-hüquqi sənədləri öyrənən zaman bələdçi
rolunu oynayan etibarlı bir mənbədir.
Kitabda oxucuların digər fənlərin kurslarını (mülki hüquq, inzibati hüquq, aqrar hüquq, bələdiyyə hüququ
və s.) öyrəndiyi zaman aldığı materiallar təkrar olunmur. Lakin, elə tərtib olunmuşdur ki, oxucu onu oxuyan
zaman həmin sahələrlə də artıq tanış olmalıdır. Əgər oxucu üçün qaranlıq bir şey qalarsa, o zaman həmin hüquq
sahələrinə yenidən müraciət olunmalıdır.
Məsələn, oxucu mülki hüququn mülkiyyət haqqında və ona münasibətin hüquqi tənzimlənməsi haqqında
müddəalarını mükəmməl bilməsə, o zaman torpaq hüququnu da bilməyəcəkdir.
Bununla belə kursu öyrənən zaman hüquq nəzəriyyəsinin əsas müddəalarını və ümumnəzəri
kateqoriyaları da yada salmaq lazımdır:
- hüquq münasibətləri anlayışı;
- hüquqi faktlar və onların əsasında təşəkkül tapan hüquqi normalar və hüquq institutları və s.
Ümumnəzəri müddəalarla yanaşı torpaq hüquq nəzəriyyəsində, sıralarına hər şeydən əvvəl «torpaqların hüquqi rejimi» nəzəri-tətbiqi anlayışın da aid olduğu özünəməxsus nəzəri quruluş mövcuddur. Bu quruluşu
öyrənən zaman bilmək lazımdır ki, onun hər bir elementində hüquqi münasibətlərin obyekti kimi torpağın
xüsusiyyətləri güzgü kimi əks olunur.
Hüquqi münasibətin obyekti kimi torpağın xüsusiyyəti torpaq münasibətlərinin xüsusiyyətinə də, ona
xüsusi quruluş verərək təsir edir. Xüsusən də, nəzərə almaq lazımdır ki, torpaq hüququnun predmetinə həm
idarəetmə (inzibati), həm əmlak, həm də maliyyə (torpağa görə ödəmələr) münasibətləri daxildir ki, bu da
torpağa – tənzimləmə predmetinin xüsusiyyətlərinə görə özünəməxsusluq qazandırır.
8
Beləliklə, torpaq hüququnun predmetinin dərindən öyrənildiyi zaman onun müxtəlif