Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


digər təbii obyektlər: meşə, su, bitkiçilik və s. üçün də  məkandır



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə7/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   205
torpaq hüququ

digər təbii obyektlər: meşə, su, bitkiçilik və s. üçün də  məkandır. Bu zaman o, ətraf təbii mühitin bir 
hissəsi olub, torpaqdan istifadəyə görə münasibət də ekoloji-hüquqi rejimin, həmçinin su hüququnun
meşə hüququnun və digərlərinin normalarının təsiri altına düşür. Torpaq hüquqi cəhətdən 
tənzimləmədən ekoloji-hüquqi və digər tənzimləmə formalarına keçid həddi çox nisbi və abstraktdır. O, 
yalnız konkret hala görə hüquqi vəzifələrin həlli zamanı təyin oluna bilər. Odur ki, oxucu torpaq-hüquqi 
tənzimləmənin həddlərini ekoloji-hüquqi tənzimləmədən, su-hüquqi tənzimləmədən və digər tənzimləmə 
formalarından ayırmağı və ortaya çıxarmağı bacarmalıdır. 
Təbiətin bir hissəsi olan torpaq, digər təbii sərvətlər kimi xalqın qiymətsiz sərvəti olaraq özünü göstərir və 
torpaq münbitliyi formasında biopotensiala malikdir. Odur ki, praktiki olaraq torpaq hüququnun bütün 
normaları bütün torpaq istifadəçilərinin və mülkiyyətçilərinin öz torpaq sahələrinin torpaq münbitliyini qorumaq 
və yüksəltmək öhdəliyindən keçir. 
Torpağın biopotensialının qiymətsizliyi, onun qiymətinin heç bir dəyər ölçüsü ilə ifadə oluna 
bilməməsidir. Odur ki, torpaqların uçotu həm uçotu aparılan torpaqların özünəmuxsusluğunu, həm də onların 
dəyərini nəzərə alan xüsusi dövlət torpaq kadastrı sistemi üzrə həyata keçirilir. 
Torpağın sabit təbii qeyri-yekcinsliyi səbəbindən, torpaq-hüquqi tənzimləmə ümumi və xüsusi hissələrə 
bölünür. Belə ki, ümumi torpaq-hüquqi qaydalara görə, qanunla nəzərdə tutulmuş torpaq kateqoriyalarında 
birləşmiş torpaqlar xüsusiyyətlərinə uyğun olaraq differensiasiya olunur. Torpaqların mühafizəsini mühüm 
hüquqi vasitələrə malik olan, torpaq nəzarəti xüsusi dövlət xidməti təmin edir:  
- torpaqdan istifadə üçün maneəsiz keçmək hüququ;  



 
- torpaq qanunvericiliyinə riayət olunması qaydalarının yoxlanması; 
- qaydaların pozulmasına görə günahkar sayılan şəxslərin məsuliyyətə cəlb olunması;  
- torpaqların məqsədli təyinatına uyğun gəlməyən və qeyri-səmərəli istifadə olunan torpaq sahələrinin 
məhkəmənin qərarı ilə geri alınması. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin