AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ QƏRBİ KASPİ UNİVERSİTETİ
SƏRBƏST İŞ Tələbə: Ülvi Şərbətov
Fakultə: İqtisadiyat və biznes
İxtisas: Turizim işinin təşkili
Qrup: 2530T
Fənn: Mülki müdafiə
Müəllim: E.Əmrahov
Sərbəst işin mövzusu: Adi və kütləvi qırğın silahları
Bakı-2023
Mündəricat Kütləvi qırğın silahları haqqında anlayış
2. Nüvə silahı və onun zədələyici amilləri
3. Nüvə zədələnmə ocağında əhalinin davranışı
4. Adi qırğın silahların xüsusiyyətləri
Kütləvi qırğın silahları haqqında anlayış Müasir qırğın vasitələri zədələyici təsirinin xarakterinə görə şərti olaraq 2 qrupa ayrılır:
adiqırğınsilahları
kütləviqırğınsilahları.
Adi qırğın vasitələrinə – artilleriya, aviasiya silah və sursatları, raket qurğuları, gəmi silahları, partalyıcı və yandırıcı vasitələr və s. döyüş sursatları aiddir.
Kütləvi qırğın silahlarına - nüvə silahı, kimyəvi silah və bioloji silah aid edilir. Bu silahlar ona görə belə adlanır ki, onlar bir anda insanları kütləvi şəkildə zədələyə və məhv edə bilir.
Müasir dövrdə bütün inkişaf etmiş ölkələr öz hərbi potensialını saxlamaq və inkişaf etdirmək üçün kütləvi qırğın silahları ilə təminata mühüm yer ayırırlar. Düşmən tərəfindən tətbiq edilən kütləvi qırğın vasitələrindən obyektlərin müdafiəsi və nəticələrin aradan qaldırılması üzrə tədbirləri təşkil etmək və həyata keçirmək üçün nüvə, kimyəvi, bakterioloji (bioloji) silahların və digər vasitələrin təsir prinsipini bilmək lazımdır. Tətbiq olunan kütləvi qırğın vasitələrinin növündən asılı olaraq nüvə, kimyəvi, bakterioloji (bioloji) zərbə ocağı və radioaktiv, kimyəvi, bakterioloji (bioloji) yoluxma zonası yarana bilər. İki və daha çox kütləvi qırğın vasitələrinin tətbiqi zamanı ikili kombinə edilmiş zərbə ocağı yaranır. Sosial-siyasi xarakterli fövqəladə hallar sırasından, xüsusən də müharibə mənşəli fövqəladə hadisələr cəmiyyəti daha çox narahat edir. Nəzərə alsaq ki, İkinci Dünya Müharibəsinin bəşəriyyətə vurduğu ziyanın nəticələrini bu gün də aradan qaldırmaq mümkün olmamışdır, onda dünyanı dağıdacaq gücə malik olan mövcud atom silahının, kimyəvi və bakterioloji silahın işlədilməsi ilə baş verə biləcək üçüncü dünya müharibəsinin nəticələrini təsəvvür etmək çətin deyildir. Düşmən tərəfindən tətbiq edilən kütləvi qırğın vasitələrindən obyektlərin müdafiəsi və nəticələrin aradan qaldırılması üzrə tədbirləri təşkil etmək və həyata keçirmək üçün nüvə, kimyəvi, bakterioloji (bioloji) silahların və digər vasitələrin təsir prinsipini bilmək lazımdır. Kimyəvi silah — zəhərləyici təsirə malik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri isə – raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır. Axırıncı dəfə kütəvi olaraq kimyəvi silahdan Birinci dünya müharibəsində istifadə olunub.