Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti SƏRBƏst iŞ


Nüvə zədələnmə ocağında əhalinin davranışı



Yüklə 87,2 Kb.
səhifə7/8
tarix09.04.2023
ölçüsü87,2 Kb.
#95198
1   2   3   4   5   6   7   8
Adi və kütləvi qırğın silahları

Nüvə zədələnmə ocağında əhalinin davranışı
Əhalinin nüvə zədələnmə ocağında fəaliyyəti və davranışı, nüvə partlayışı anında harada (sığınacaqlarda, daldalanacaqlarda və bunlardan kənarda) olmasından asılıdır. Sığınacaqlar - nüvə silahının bütün zədələyici amillərindən, habelə bu silahın tətbiqinin nəticələrindən mühafizə üçün ən effektli vasitələrdəndir. Sığınacaq və daldalanacaqlarda olarkən fərdi mühafizə vasitələri həmişə dərhal istifadə üçün hazır saxlanmalıdır. Sığınacaq və daldalanacaqlarda adamların qalma müddəti, adətən mühafizə qurğusu yerləşən sahədə radioaktiv zəhərlənmənin dərəcəsindən asılı olacaqdır. Sığınacaqlardan çıxarkən tənəffüs üzvlərini mühafizə edən fərdi vasitələri geyinmək lazımdır. Nüvə partlayışı zamanı əhali sığınacaqlardan kənarda, açıq sahələrdə və ya küçələrdə qalmışsa mühafizə üçün ən yaxındakı təbii daldalanma yerlərindən istifadə etməlidir. Əgər yaxında belə yerlər yoxdursa, onda arxası partlayış tərəfə olmaqla üzü aşağı yerə uzanmaq, əlləri bədənin altında gizlətmək lazımdır.
Partlayışdan 15-20 saniyə sonra, zərbə dalğası keçən kimi, dərhal qalxmaq, əleyhqazı, respiratoru və ya tənəffüs üzvlərini qoruyan hər hansı bir vasitəni geyinmək (heç olmasa ağız və burunu yaylıqla, şərflə, digər sıx materialla örtmək) lazımdır. Bundan sonra paltar və ayaqqabıların tozunu çırpıb təmizləyir, əldə olan mühafizə paltarını geyinir (geyilmiş adi paltar və ayaqqabılardan mühafizə geyimi kimi istifadə edir) və zədələnmə ocağından dərhal çıxır və ya yaxınlıqdakı mühafizə qurğusunda daldalanırlar. Radioaktiv maddələrlə zəhərlənmiş sahələrdə adamların sığınacaqlardan və daldalanacaqlardan kənarda qalması, fərdi mühafizə vasitələrindən istifadə olunan hallarda belə onları şüalanmaya məruz qoya bilər. Şüalanmanın digər nəticələrinin qarşısını almaq və şüa xəstəliyinin təsirini azaltmaq üçün zəhərli sahələrdə olan bütün hallarda tibbi profilaktika tədbirləri görmək lazımdır.
Mövcud olan radiasiya əleyhinə preparatların əksəriyyəti əvvəlcədən elə qəbul edilir ki, onlar orqanizmin bütün hüceyrə və toxumalarına şüalanmadan əvvəl daxil ola bilsin. Radiasiya əleyhinə preparatlar əsasən fərdi aptekçədə (Aİ-2) toplanmışdır. Radiasiya əleyhinə dərman (sistamin) 4-ci yuvada çəhrayı rəngli iki penalda yerləşir. Şüalanma təhlükəsi zamanı bir dəfəyə 6 həb dozasında qəbul edilir, şüalanma təhlükəsi davam edərsə 4-5 saatdan sonra yenidən 6 həb qəbul edilir; 6-cı yuvada radiasiya dərmanı kalium-yodid yerləşir.
Radioaktiv çöküntülər düşərkən, xüsusən konservləşdirilmiş təzə süd işlədərkən 10 gün ərzində gündə bir həb qəbul edilir; şüalanmanın ilk əlamətləri aşkara çıxarkən 7-ci yuvada qusma əleyhinə dərman - etaperozin bir həb miqdarında qəbul edilir. Bunlardan əlavə, aptekçədə 3-cü yuvada bakteriya əleyhinə dərman- sulfadimetoksin yerləşir. Onu şüalanmadan sonra mədə-bağırsaq pozğunluğu baş verərkən- birinci gün 7 həb, sonrakı iki gün hər dəfə 4 həb qəbul edilir. Yadda saxlamaq lazımdır ki, nüvə zədələnmə ocağında hava, torpağın səthi və ətrafdakı bütün əşyalar zəhərlənir. Odur ki, zəhərlənməni azaltmaq məqsədilə zəhərlənmə ocağının ərazisindəki mühafizə qurğularından kənarda tənəffüs üzvlərini qoruyan mühafizə vasitələrini çıxartmaq, yemək, içmək, siqaret çəkmək qadağandır.
Zəhərli sahələrdə hərəkət edərkən çalışmaq lazımdır ki, toz qalxmasın, yağışlı havada isə adamın üstünə gölməçələrdən su sıçramasın. Zədələnmə ocağından çıxarkən nəzərə almaq lazımdır ki, nüvə partlayışı nəticəsində çoxmərtəbəli binalar, bütün yerüstü tikililər dağılır. Belə hallarda küçənin ortası ilə hərəkət etmək lazımdır ki, dərhal təhlükəsiz yerə çəkilmək mümkün olsun. Bədbəxt hadisə baş verməsin deyə, elektrik məftillərinə toxunmaq olmaz, çünki onlar cərəyan altında ola bilər. Qaz yığılıması ehtimal edilən yerlərdə də ehtiyatlı olmaq lazımdır. Nüvə partlayışı buludundan radioaktiv çöküntülər düşən zaman, həmçinin küləyin, insanların, maşınların hərəkəti zamanı yerə yatmış toz qalxarkən havanın radioaktiv çirklənməsi baş verir. Bu toz qapılardan, pəncərələrdən, nəfəsliklərdən, hava ötürücülərdən, çatlardan, yaşayış və istehsalat binalarının, anbarların və digər tikililərin içərisinə daxil ola bilər. Radioaktiv tozun içəri daxil olmasının qarşısını almaq məqsədilə pəncərə və qapılardakı bütün dəlikləri, hava bacalarını örtmək, çatları malalamaq, çatlamış şüşələri yeniləri ilə əvəz etmək lazımdır. Tozlardan əlavə hər bir evin şüalanmaya qarşı mübarizə xüsusisyyətlərini gücləndirmək lazımdır.
Zədələnmə ocağından çıxarkən yollarda uçulmuş bina hissələrinin altında qalmış yaralı adamlara təsadüf oluna bilər. Onlara mümkün qədər yardım göstərmək lazımdır. Uçqun altından ilk növbədə adamın başını və sinəsini azad edirlər. Yardım göstərərkən qanaxmanı dayandırmaq, sınmış sümükləri immobilizasiya, yanan paltarı söndürmək, yara və yanıq yerlərinə sarğı qoymaq və s. lazımdır. Zədələnmiş adamlara yardım göstərmək üçün yanan binalardan keçərkən başı - yaş palto, adyal, digər parça ilə örtmək lazımdır. Radioaktiv zəhərlənmə rayonundan çıxandan sonra mümkün qədər tez dezaktivasiya və sanitariya işləri keçirmək lazımdır.

Yüklə 87,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin