Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti SƏRBƏst iŞ



Yüklə 87,2 Kb.
səhifə5/8
tarix09.04.2023
ölçüsü87,2 Kb.
#95198
1   2   3   4   5   6   7   8
Adi və kütləvi qırğın silahları

İŞIQ ŞÜALANMASI - nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı, gözə görünən ultrabənövşəyi və infraqırmızı işıq selidir. Nüvə partlayışının işıqlanma sahəsi işıq şüasının mənbəyi adlanır ki, onun əsasını közərmiş hava və müəyyən miqdarda közərmiş partlayış məhsulları təşkil edir. İşıq şüalanmasının təsir müddəti əsasən nüvə partlayışının gücündən asılı olaraq 10-20 saniyə olur. Təsirin qısa müddətinə baxmayaraq, işıq şüalanması xeyli məsafələrdə müxtəlif materialların alovlanmasına, kömürləşməsi və əriməsinə səbəb olur, yaşayış məntəqələrində və meşələrdə kütləvi yanğınlar törədir, insan bədənində isə müxtəlif xəsarətlər və yanıqlar əmələ qətirir. İşıq şüalanması qeyri-şəffaf materiallardan (divar, taxta, bina və s.) keçə bilmir. İşıq şüalanmasının təsiri nüvə partlayışının gücündən, növündən, məsafədən, həmçinin meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirini 10-20 dəfə azaldır. Kölgə salan müxtəlif əşyalar işıq şüalanmasının qarşısını alır, lakin ən etibarlı mühafizə vasitəsi - sığınacaqlar və daldalanacaqlar sayılır, çünki onlar eyni zamanda digər zədələyici amillərdən də mühafizəni təmin edir.
NÜFUZEDİCİ RADİASİYA – nüvə partlayışı anında partlayış yerindən ətrafa yayılan γ-şüalanması və neytronlar selindən ibarətdir. Nüfuzedici radiasiyanın təsir müddəti 10-15 saniyədir. O gözə görünmür, hiss edilmir, lakin məlum olan bütün materiallardan keçir və uzaq məsafələrə yayılaraq insanların zədələnməsinə səbəb olur. Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), Rentgen (R), Radiasiya (Rad.) ölçü vahidləri ilə ölçülür.

Nüfuzedici radiasiyanın zədələyici təsiri ondan ibarətdir ki, γ-şüaları insan orqanizmini şüalandırarkən canlı hüceyrələrin molekullarını ionlaşdırır, onların həyat fəaliyyəti pozulur və nəticədə şüa xəstəliyi yaranır. Şüa alan insan bunu hiss etmir, xəstəliyin əlamətləri müəyyən müddətdən sonra aşkara çıxır. Şüa xəstəliyinin əsas əlamətləri: hərarətin artması, ürəkbulanma və mədənin pozulması, dəridə və selikli qişalarda baş verən qanaxma.

Yüklə 87,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin