torpaqlar verilə bilər» müddəası, hazırda qüvvədə olan «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası
Qanununda göstərilən, icarəyə verilən dövlət və bələdiyyə torpaqlarının siyahısında konkretləşsə də (maddə 5,
6) siyahıda heç də bütün kateqoriyalardan olan torpaqların adları çəkilmir. Bu isə fikrimizcə, Mülki Məcəllənin
həmin maddəsinin qanunverici orqan tərəfindən yenidən işlənməsi zərurətini ortaya çıxarır.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha
çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və
icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan
torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. Bu zaman iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində
və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququna
məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam
verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun
olaraq həyata keçirilir (maddə 222).
Mülki qanunvericiliyə görə, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları
birgə mülkiyyətin mülkiyyətçiləri olub, onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar
ümumi əmlaka, artıq qeyd edildiyi kimi, birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Habelə, birgə
mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair
sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlanmasından asılı olmayaraq bu razılıq
ehtimal edilir. Eyni zamanda birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin
razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər.
Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının
ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.
57
Ümumi əşya bölünərkən və ondan pay arylarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında başqa
qayda nəzərdə tutulmayıbsa, qanunvericiliyə görə bərabər sayılır.