59
torpaq dövriyyəsinin qeyri-bazar xarakteri ömürlük irsi sahiblik və daimi istifadə hüququnda müvafiq şəxslərə
məxsus olan, yəni geri alınması anında dövlət və ya bələdiyyə mülkiyyətində olan
torpaqlara münasibətdə daha
aydın ortaya çıxır. Torpaqların bu cür geri alınması yalnız dövlət hakimiyyət orqanlarının və yerli idarəetmə
orqanlarının qərarı əsasında həyata keçirilir. Qüvvədə olan qanunvericiliyə görə torpaq sahələrinin
istifadəçilərinə və sahiblərinə ödənilməli olan zərərin növü və xarakteri bu zaman müəyyən olunur. Mülkiyyət
hüququnda vətəndaşlara və hüquqi şəxslərə məxsus olan torpaq sahələrinə görə isə onlara satın alınan torpaq
sahəsinin dəyəri (qiyməti) ödənilir.
Beləliklə, burda torpaq sahələrinin qeyri-bazar dövriyyəsində bazar dövriyyəsinin
bəzi əlamətləri aşkar
olur. Lakin bu aşkarlıq tamamilə nisbi olub, torpaq sahələri dövlət və ictimai ehtiyacları ödəmək məqsədilə
mülkiyyətçilərdən əvəzi ödənilməklə alındıqda onların qiyməti, müstəqil ekspertlərin rəyi nəzərə alınmaqla,
tərəflərin razılığı əsasında müəyyənləşdirilir. Tərəflər arasında müsabiqə məhkəmə qaydasında həll olunur.
Yuxarıda sadalananları yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki,
yalnız qeyri-bazar dövriyyəsi
Dostları ilə paylaş: