Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


vasitəsi ilə  hər hansı zaman kəsiyində özəlləşdirmənin obyekti ola bilməyən, yəni xüsusi mülkiyyət



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə68/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   205
torpaq hüququ

vasitəsi ilə  hər hansı zaman kəsiyində özəlləşdirmənin obyekti ola bilməyən, yəni xüsusi mülkiyyət 
hüququnun obyekti ola bilməyən torpaqların paylanması  və yenidən paylanması baş verir. Bununla 
yanaşı həm dövlət, həm də bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilər. Bu zaman torpaqların belə 
verilməsi həm ödənişli, həm də ödənişsiz xarakter daşıya bilər. 
Ödənişli və ödənişsiz  əsaslarla dövlət və  bələdiyyə torpaqlarının xüsusi mülkiyyətə verilməsi torpaq 
dövriyyəsinin hansı növünə – bazar və ya qeyri-bazar – aid olması kimi bir sual ortaya çıxır. Ehtimal etmək olar 
ki, müəyyən şəxsin mülkiyyətinə bu və ya digər torpaq sahəsinin verilməsi haqqında müvafiq orqanların qəbul 
etdiyi qərar vasitəsi ilə torpaqların ödənişsiz  əsaslarla belə verilməsi qeyri-bazar yolu ilə baş verir. Dövlət və 
bələdiyyə torpaqlarının xüsusi mülkiyyətə verilməsi zamanı bazar elementləri bu verilmənin ödənişlilik şərti ilə 
həyata keçirilməsi zamanı, xüsusən də hərracların keçirilməsi zamanı özünü göstərir. 
Bələdiyyə torpaqlarının torpaq hərracları  və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi 
məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və  əlavələr edilməsi barədə 
12 dekabr 2008-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Qanununa görə,  Azərbaycan Respublikasının 
Torpaq Məcəlləsinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa, 
«Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa, «Hərbi qulluqçuların statusu haqqında» 
Azərbaycan Respublikası Qanununa, «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununa, «Torpaq 
bazarı haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 
377-IQ Saylı Qanunu ilə  təsdiq edilmiş  «Hərbi xidmətkeçmə haqqında  Əsasnamə»yə  və Azərbaycan 
Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ Saylı Qanunu ilə  təsdiq edilmiş  «Bələdiyyə torpaqlarının 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin