vasitəsi ilə hər hansı zaman kəsiyində özəlləşdirmənin obyekti ola bilməyən, yəni xüsusi mülkiyyət hüququnun obyekti ola bilməyən torpaqların paylanması və yenidən paylanması baş verir. Bununla yanaşı həm dövlət, həm də bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilər. Bu zaman torpaqların belə verilməsi həm ödənişli, həm də ödənişsiz xarakter daşıya bilər. Ödənişli və ödənişsiz əsaslarla dövlət və bələdiyyə torpaqlarının xüsusi mülkiyyətə verilməsi torpaq
dövriyyəsinin hansı növünə – bazar və ya qeyri-bazar – aid olması kimi bir sual ortaya çıxır. Ehtimal etmək olar
ki, müəyyən şəxsin mülkiyyətinə bu və ya digər torpaq sahəsinin verilməsi haqqında müvafiq orqanların qəbul
etdiyi qərar vasitəsi ilə torpaqların ödənişsiz əsaslarla belə verilməsi qeyri-bazar yolu ilə baş verir. Dövlət və
bələdiyyə torpaqlarının xüsusi mülkiyyətə verilməsi zamanı bazar elementləri bu verilmənin ödənişlilik şərti ilə
həyata keçirilməsi zamanı, xüsusən də hərracların keçirilməsi zamanı özünü göstərir.
Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi
məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
12 dekabr 2008-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Qanununa görə, Azərbaycan Respublikasının
Torpaq Məcəlləsinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa,
«Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa, «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununa, «Torpaq
bazarı haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli
377-IQ Saylı Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»yə və Azərbaycan
Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ Saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının