Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə65/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   205
torpaq hüququ

torpaqlar verilə bilər» müddəası, hazırda qüvvədə olan «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası 
Qanununda göstərilən, icarəyə verilən dövlət və bələdiyyə torpaqlarının siyahısında konkretləşsə də (maddə 5, 
6) siyahıda heç də bütün kateqoriyalardan olan torpaqların adları çəkilmir. Bu isə fikrimizcə, Mülki Məcəllənin 
həmin maddəsinin qanunverici orqan tərəfindən yenidən işlənməsi zərurətini ortaya çıxarır. 
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha 
çox  şəxsin mülkiyyətində, istifadəsində  və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və 
icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə  əsasında onlara məxsus olan 
torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. Bu zaman iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində 
və icarəsində olan torpaq sahəsi həmin  şəxslərin birgə mülkiyyət, birgə istifadə  və ya birgə icarə hüququna 
məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam 
verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun 
olaraq həyata keçirilir (maddə 222). 
Mülki qanunvericiliyə görə, birgə mülkiyyətin  əmələ  gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları 
birgə mülkiyyətin mülkiyyətçiləri olub, onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar 
ümumi  əmlaka, artıq qeyd edildiyi kimi, birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Habelə, birgə 
mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə  həyata keçirilir və  əmlaka dair 
sərəncam verilməsi haqqında  əqdi mülkiyyətçilərdən hansının bağlanmasından asılı olmayaraq bu razılıq 
ehtimal edilir. Eyni zamanda birgə mülkiyyətin hər bir mülkiyyətçisi,  əgər bütün mülkiyyətçilərin 
razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. 
Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının 
ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 


57 
 
Ümumi  əşya bölünərkən və ondan pay arylarkən mülkiyyətçilərin payları,  əgər onların razılaşmasında başqa 
qayda nəzərdə tutulmayıbsa, qanunvericiliyə görə bərabər sayılır. 


58 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin