Qüvvədə olan torpaq qanunvericiliyi torpaq hüquqlarının yaranmasının dəqiq əsaslarını nəzərdə tutmur.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə vətəndaşların və hüquqi şəxslərin torpaq sahələrinə
hüquqlarının yaranmasının əsasları bunlardır:
– müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr;
– hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdləri;
– məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü;
– vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır (maddə 55).
Vətəndaşların və hüquqi şəxslərin torpağa hüquqlarının yaranmasının ilk iki əsasını analiz etsək, o zaman
belə bir nəticəyə gəlmək olar ki, onlar əslində torpaq sahəsinin dövriyyəsi prosesində yaranır.