Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


ayrılması qaydaları haqqında Əsasnamə»



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə69/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   205
torpaq hüququ

ayrılması qaydaları haqqında Əsasnamə»yə müvafiq dəyişikliklər və əlavələr edilmişdir. 
Dövlət və  bələdiyyə torpaqlarından torpaq sahələrinin verilməsi.  Bələdiyyə torpaqlarından torpaq 
sahələrinin vətəndaşlara və hüquqi şəxslərə verilməsi yerli özünüidarə orqanlarının qərarı üzrə həyata keçirilir, 
dövlət torpaqlarının verilməsi isə səlahiyyətli dövlət hakimiyyəti orqanlarının qərarına görə aparılır. 
Dövlət və ya bələdiyyə ehtiyacları üçün alınan torpaq sahəsinin satınalma qiyməti, satınalmanın 
müddətləri və digər şərtləri sahənin mülkiyyətçisi ilə razılaşmada müəyyən edilir və bu razılaşmaya dövlətin və 
ya bələdiyyənin alınan sahə üçün satınalma qiymətini ödəmək öhdəliyi daxil edilir. 


60 
 
Qanunvericiliyə görə, satınalma qiyməti təyin edilərkən bu qiymətə torpaq sahəsinin və orada olan 
daşınmaz  əmlakın bazar dəyəri, habelə torpaq sahəsinin alınması  nəticəsində torpaq mülkiyyətçisinə  dəyən 
bütün zərər, o cümlədən, əldən çıxmış  fayda da daxil olmaqla, onun üçüncü şəxs qarşısında daşıdığı öhdəliklərə 
vaxtından  əvvəl xitam verilməsi ilə  əlaqədar məruz qaldığı  zərər daxil edilir. Bu zaman razılaşmaya  əsasən 
mülkiyyətçiyə ondan dövlətin və ya bələdiyyənin ehtiyacları üçün alınan sahənin  əvəzinə  dəyəri satınalma 
qiymətinə daxil edilməklə başqa torpaq sahəsi verilə bilər.  
Müvafiq olaraq vətəndaşlara və hüquqi şəxslərə dövlət və  bələdiyyə torpaqlarının verilməsi,  əvvəla, 
ehtiyyat torpaqlarından, yəni sərbəst torpaqlardan olmalı,  ikincisi, dövlət və  bələdiyyə ehtiyacları üçün 
vətəndaşlardan və hüquqi şəxslərdən geri alınmış müvafiq torpaq sahələri hesabına həyata keçirilməlidir. 
Dövlət və  bələdiyyə torpaqlarından vətəndaşların və hüquqi şəxslərin torpaq sahəsi almasına zəmanət 
verən çox mühüm norma torpaqların verilməsini həyata keçirən orqanların öhdəliyidir. Bu orqanlar əhalini 
mövcud sərbəst və  mənimsənilmək üçün hazırlanan torpaq sahələri haqqında məlumatlandırmalı  və  hər il 
torpaqların istifadəsi haqqında hesabatı kütləvi informasiya vasitələrində  nəşr etdirməlidir. «Bələdiyyə 
torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa görə (29 iyun 2001-ci il) 
bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 
– 
yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 
– 
kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 
– 
hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız 
torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 
– 
qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin