63
Torpaq da daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri
daşınmaz əmlakın dövlət reyestrinin səlahiyyətli şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Odur ki, bütün kateqoriyadan
olan torpaq sahələri, o cümlədən də kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi
mülkiyyət hüququn obyekti olub, bütün mülki-hüquqi əqdlərin predmeti kimi təşəkkül tapır.
Torpaq sahələrinin mülki dövriyyəyə birləşdirilməsi ilə əlaqədar torpaq dövriyyəsinin dövlət
tərəfindən
müəyyən olunmuş fəaliyyət qaydaları yolu ilə müəyyən məhdudiyyətlərə onun məruz qala bilməsi və ya bu
dövriyyənin mütləq azadlığı haqqında sual ortaya çıxır.
Azərbaycan Respublikasının Konstitusiyasının, həmçinin həm mülki, həm də torpaq
qanunvericiliyinin
analizi göstərir ki, torpaq dövriyyəsi müəyyən ölçüdə müvafiq dövlət tənzimlənməsinə məruz qala bilər və artıq
məruz qalmışdır. Torpaq dövriyyəsinin azadlığı, fikrimizcə özünü onda göstərir ki,
torpaq sahəsinin
mülkiyyətçisi öz torpaq sahəsi ilə öz iradəsinə görə hər hansı əqdi bağlaya bilər.
Torpaq bazarı dövriyyəsinin (torpaq bazarının) fəaliyyətinin hüquqi mexanizminin yaradılması torpaq
sahələrinin bir subyektdən digərinə, xüsusən də onların kənd təsərrüfatından iqtisadiyyatın digər sahəsinə və ya
sosial sahəyə keçməsi prosesində bu dövriyyənin iştirakçılarının davranış azadlığı ölçülərinin qanun
çərçivəsində dövlət tərəfindən müəyyən olunmasından başqa bir şey deyildir.
Torpaq dövriyyəsinin dövlət
tənzimlənməsinin əsas məqsədi bazar torpaq dövriyyəsi iştirakçılarının ictimai maraqlara uyğun olaraq bazar
torpaq münasibətlərində onların hüquqlarının və qanuni mənafelərinin əsaslan-dırılmamış dövlət
müdaxiləsindən qorunması, həmçinin torpaq sahələri ilə əlaqədar bağlanmış əqdlərin neqativ sosial-iqtisadi və
ekoloji nəticələrinin aradan qaldırılması, müxtəlif subyektlər və iqtisadiyyatın sahələri və sosial sahələr arasında
torpağın səmərəli yenidən paylanmasını təmin etməkdir.
Dostları ilə paylaş: