Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Torpaq sahəsinin dövriyyəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə67/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   205
torpaq hüququ

Torpaq sahəsinin dövriyyəsi – torpaq sahəsinin bir mülkiyyət növündən digərinə, torpaq sahəsi üzərində 
hüquqların torpaq münasibətlərinin iştirakçılarının birindən digərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 
və xüsusiyyətlərə uyğun olaraq müqavilələrin və digər əqdlərin bağlanması yolu ilə keçməsidir. 
Torpaq sahəsinin dövriyyəsi bazar və qeyri-bazar iqtisadiyyatı yolu ilə ola bilər. Torpaqların qeyri-bazar 
dövriyyəsi müvafiq torpaq sahələrinin fiziki və hüquqi şəxslərə istifadəyə, yalnız inzibati qaydada verilməsi 
yolu ilə həyata keçirilməsi zamanı, yəni torpağa müstəsna olaraq dövlət mülkiyyəti şəraitində xarakterikdir. 
Sovetlər dövründə torpağa müstəsna olaraq dövlət mülkiyyəti şəraitində torpaq dövriyyəsinin qeyri-bazar 
tənzimlənməsinin qanunvericilik əsasını ardıcıl olaraq qəbul edilmiş üç torpaq məcəlləsi və Azərbaycan SSR-
nin Mülki Məcəlləsi təşkil edirdi. 
Bəs torpaqların qeyri-bazar dövriyyəsi əslində nədir? 
Bu suala cavab vermək üçün hər  şeydən  əvvəl qeyri-bazar torpaq dövriyyəsinin obyekti olan torpaq 
sahələrinin növlərini təyin etmək lazımdır, yəni onların inzibati prosedur qaydasında, qeyri-bazar üsulu ilə 
həyata keçirilən bölüşdürülməsi və yenidən bölüşdürülməsini başa  düşmək zəruridir. 
Həmin torpaqların bazar dövriyyəsindən istisnası qeyd olunduğu kimi göstərir ki, onlar vətəndaşlara və 
hüquqi  şəxslərə yalnız mülkiyyət hüququnun realizə olunmasına mülkiyyətçilərin səlahiyyət verdiyi müvafiq 
orqanların və  əsasən də daimi istifadə hüququ və ömürlük irsi sahiblik hüququ kimi əşya hüququnda verilir. 
Belə torpaq növləri həmçinin icarəyə verilə bilər. O zaman ortaya belə bir sual çıxır: torpağın icarəyə 
verilməsinə bazar torpaq dövriyyəsinin növmüxtəlifliyi kimi baxmaq olarmı? 
Ehtimal olunur ki, müsabiqə  və ya hərrac  şəraitində torpaq sahəsinin icarəyə verilməsindən söhbət 
açarkən torpağın qeyri-bazar dövriyyəsindən danışmaq olar. Baxmayaraq ki, torpaq sahəsinin bu və ya digər 
şəxsə verilməsi sonda müvafiq müqavilələrlə  rəsmiləşdirilir.  Əvvəla, belə müqavilənin  əsas  şərtlərindən biri 
olan icarə haqqı razılaşan tərəflərin iradə azadlığı yolu ilə yox, inzibati qaydada, müvafiq normativ aktın qəbul 
olunması yolu ilə müəyyən edilir. İkincisi, müqavilənin digər şərtləri, xüsusən də icarədarın öhdəliyinə aid olan 
hissəsi  əsasən qanunla müəyyən olunur və yalnız qismən müqavilə ilə  dəqiqləşdirilir.  Üçüncüsü, dövlət və 
bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi haqqında qərar müəyyən olunmuş qaydada 
müvafiq orqanlar tərəfindən qəbul olunur. 
Torpaqların yenidən paylanmasına vasitəlik edən torpaqların qeyri-bazar dövriyyəsinin 
növmüxtəlifliklərindən biri də dövlət və ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınmasıdır. Bu halda 


59 
 
torpaq dövriyyəsinin qeyri-bazar xarakteri ömürlük irsi sahiblik və daimi istifadə hüququnda müvafiq şəxslərə 
məxsus olan, yəni geri alınması anında dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə daha 
aydın ortaya çıxır. Torpaqların bu cür geri alınması yalnız dövlət hakimiyyət orqanlarının və yerli idarəetmə 
orqanlarının qərarı  əsasında həyata keçirilir. Qüvvədə olan qanunvericiliyə görə torpaq sahələrinin 
istifadəçilərinə və sahiblərinə ödənilməli olan zərərin növü və xarakteri bu zaman müəyyən olunur. Mülkiyyət 
hüququnda vətəndaşlara və hüquqi şəxslərə  məxsus olan torpaq sahələrinə görə isə onlara satın alınan torpaq 
sahəsinin dəyəri (qiyməti) ödənilir. 
Beləliklə, burda torpaq sahələrinin qeyri-bazar dövriyyəsində bazar dövriyyəsinin bəzi  əlamətləri aşkar 
olur. Lakin bu aşkarlıq tamamilə nisbi olub, torpaq sahələri dövlət və ictimai ehtiyacları ödəmək məqsədilə 
mülkiyyətçilərdən  əvəzi ödənilməklə alındıqda onların qiyməti, müstəqil ekspertlərin rəyi nəzərə alınmaqla, 
tərəflərin razılığı əsasında müəyyənləşdirilir. Tərəflər arasında müsabiqə məhkəmə qaydasında həll olunur. 
Yuxarıda sadalananları yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki, yalnız qeyri-bazar dövriyyəsi 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin