Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Təbii Sərvətlər Nazirliyi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə64/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   205
torpaq hüququ

Təbii Sərvətlər Nazirliyi  həyata keçirir. Bu zaman meşə bitkiləri ilə örtülü olmayan meşə  vəqeyri-meşə 
torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında 1 ildən 10 ilədək verilə bilər. 


56 
 
Qaydaya görə meşə fondu torpaqları icarəyə verilərək imtiyazlı şəxslərə üstünlük verilir və bu torpaqların 
subicarəsi qadağandır.  İcarə müqaviləsi  əsasında meşə fondu torpaqlarından  əldə edilmiş meşə  sərvətləri 
(məhsul) icarəçinin mülkiyyətidir. 
Dövlət və  bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı  həddi bu torpaqların 
təyinatından, sahəsindən, coğrafi mövqeyindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən təsdiq edilmiş normativlər  əsasında müəyyən edilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, 
torpaq vergisi, habelə torpaq bazarında bu dövrə xas olan tələb və təklif nəzərə alınır. 
Dövlət və  bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı  təyinatlı torpaqlara təklif tələbi üstələdiyi 
hallarda torpağa icarə haqqı güzəştli tətbiq edilə bilər. Kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar kənd 
təsərrüfatı ehtiyatları üçün icarəyə verildikdə icarəyəgötürən müəyyən imtiyazlar qazanır. 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 dekabr 2000-ci ildə  qəbul etdiyi «Dövlət və 
bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı  həddinin müəyyən edilməsi barədə» 226 
Saylı  Qərara görə, dövlət və  bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı  həddi torpaq 
vergisinin 2 misli miqdarında müəyyən edilməlidir. 
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 706-cı maddəsində  təsbit olunmuş  «Torpaq icarəsi 
müqaviləsinə  əsasən icarəyə dövlət, bələdiyyə  və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin