Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


bərpası və vaxtında təsərrüfat dövriyyəsinə cəlb olunması



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə61/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   205
torpaq hüququ

bərpası və vaxtında təsərrüfat dövriyyəsinə cəlb olunması;  
– torpaqların korlanması ilə bağlı olan işlərin aparılması zamanı torpağın münbit qatının 
götürülməsi, istifadəsi və mühafizəsi. 


50 
 
Torpaqların mühafizəsi üzrə öhdəliklərin bu siyahısından görünür ki, onlar həmin torpaqlara hüququn 
növündən asılı olmayaraq torpaqların təsərrüfat istismarını həyata keçirən bütün subyektlərin üzərinə qoyulur. 
Bu zaman torpağın mülkiyyətçiləri yada salınarkən söhbət ilk növbədə vətəndaşlar və hüquqi şəxslər haqqında 
gedir. Dövlət və bələdiyyə torpaqlarının istifadəçiləri və icarəçiləri qismində çıxış edən vətəndaşlar və hüquqi 
şəxslər müvafiq torpaqlara münasibətdə yuxarıda göstərilən öhdəlikləri daşıyırlar. O zaman dövlət-mülkiyyətçi 
(bələdiyyə-mülkiyyətçi) və bu torpaqları digər hüquqlarla istifadə edən şəxslər arasında torpaqların mühafizəsi 
üzrə öhdəliklərin dürüst müəyyən edilməsi haqqında məsələ ortaya çıxır. 
Məntiqə görə torpağın mühafizəsi torpaq istifadəçilərinin həyata keçirdiyi təsərrüfat fəaliyyətinin 
müəyyən növü ilə birbaşa  əlaqədar olduğu üçün, dövlətin öhdəliyi ayrı-ayrı  şəxslərin onların istifadə etdiyi 
torpaqların mühafizəsi ilə bağlı olan tədbirlərin maliyyələşdirilməsinin yalnız yerinə yetirilməsində ifadə oluna 
bilər. Lakin qüvvədə olan qanunvericiliyin təhlili göstərir ki, müvafiq tədbirlərin dövlət tərəfindən 
maliyyələşdirilməsi torpağa hüquqların və onların subyektlərinin növündən asılı olmadan həyata keçirilir. Belə 
ki, 5 iyun 1996-cı ildən qüvvədə olan «Meliorasiya və irriqasiya haqqında» Azərbaycan Respublikasının 
Qanununa görə iri su mənbələri, meliorasiya və suvarma sistemləri, onların istismarı müəssisələri və digər 
obyektlər dövlət mülkiyyətində qalır. Təsərrüfatdaxili meliorasiya və su təsərrüfatı obyektləri solxoz və 
kolxozların (mülkiyyətçilərin) qərarı ilə  bələdiyyə mülkiyyətinə verilə  və ya islahat nəticəsində yaranan 
mülkiyyətçilərin sərəncamında saxlanıla bilər. Odur ki, qanunvericiliyə görə meliorasiya tədbirləri büdcə 
vəsaitləri hesabına, həmçinin torpaq hüququnun subyektləri hesabına maliyyələşdirilir. Axırıncıların hesabına 
ayrı-ayrı mədəni-texniki və aqrokimyəvi meliorasiya tədbirləri də həyata keçirilir. Torpaqların mühafizəsi üzrə 
respublika və regional əhəmiyyətli bütün proqramlar, torpağa tətbiq olunan hüququn növündən asılı olmadan 
büdcədən maliyyələşdirilir. Dövlətin belə siyasi xətti tamamilə  əsaslandırılmışdır. Belə ki, torpaq sahələrinə 
hüququn növündən və subyektindən asılı olmayaraq bütün torpaq sahələri qanunvericiliyə görə həmin ərazilərdə 
yaşayan xalqların həyat və  fəaliyyətinin  əsası kimi, yəni bütün vətəndaşların və bütövlükdə  cəmiyyətin 
maraqları naminə mühafizə olunmalı  və istifadə edilməlidir. Öz vətəndaşlarının və  cəmiyyətin maraqlarını 
müdafiə etmək dövlətin borcludur. 
Dövlət və  bələdiyyə qurumları mülkiyyətçi hüququnu həyata keçirən subyekt kimi ümumi istifadə 
obyekti və ictimai əmlak olan torpaq sahələrinə xüsusi diqqət ayırmalıdırlar. Bu halda ya həmin subyektlərin 
özləri, ya da xüsusi səlahiyyətli orqanları və ya şəxsləri bu torpaqların mühafizəsi üzrə tədbirlər görməlidirlər. 
Belə  tədbirlər dövlətin və ya bələdiyyələrin büdcəsindən xüsusi olaraq maliyyələşdirilməlidir. Müvafiq 
tədbirlərin yerinə yetirilmədiyi halda həmin subyektlərə qarşı qanunvericilikdə müəyyən olunmuş bütün 
məsuliyyət tədbirləri tətbiq olunmalıdır.  
 
 
 
 
 
 
 


51 
 
 
                                    
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin