Hazırda belə neqativ nəticələrə aşağıdakıları aid etmək olar: a) böyük torpaq sahələrinin, xüsusən də kənd təsərrüfatı təyinatlı torpaqların imkanlı alıcılar tərəfindən əldə edilməsi təhlükəsi; b) girova görə öhdəliklərin yerinə yetirilmədiyi halda girov qoyulmuş torpaqların girov götürənin mülkiyyətinə keçdiyi zaman bankların böyük ərazilər əldə etməsi qorxusu; c) torpaq sahələri, xüsusən də şəhər torpaqları ilə alver təhlükəsi; ç) kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatının dəyişməsi və bu səbəbdən də qiymətli kənd təsərrüfatı yerlərinin kənd təsərrüfatı istehsalından çıxarılması təhlükəsi; d) kəndlilərin öz torpaqlarını əsaslandırılmış şəkildə çox aşağı qiymətə satması qorxusu. Göstərilən neqativ nəticələr tənzimlənməyən torpaq bazarında tamamilə mümkündür. Lakin, torpaq
bazarının fəaliyyətinin müasir dünya təcrübəsi və bu bazara dövlət müdaxiləsinin müxtəlif ölkələrdə tətbiq
olunan metod və üsulları bazar torpaq dövriyyəsinin göstərilən mümkün mənfi nəticələrindən qaçmaq və ya heç
olmasa minimuma endirməyin reallığının mümkünlüyü haqqında xəbər verir.