68
həyata keçirilir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, müqavilədə aşağıdakılar
göstərilməlidir:
– müqavilənin tərəfləri;
–
müqavilənin növü;
– müqavilənin predmeti, torpaq sahəsinin planı və ölçüsü, məhdudiyyətlər və servitutlar da daxil olmaqla
torpaq sahəsinin hüquqi rejimi, dövlət torpaq reyestrində qeydiyyat nömrəsi, torpaq sahəsində yerləşən
daşınmaz əmlak barədə məlumatlar (tikililər,
qurğular, çoxillik əkmələr, sututarlar və digər obyektlər);
– müqavilənin bağlanmasından əvvəl torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakın əldə
edilməsinin əsasları (alqı-satqı, vərəsəlik, bağışlama və ya digər əsas);
– torpaq sahəsi və onunla bağlı olan daşınmaz əmlaka dair qadağanlar qoyulması (əmlakın həbs edilməsi
və ya digər səbəb nəticəsində) barədə qeydlər;
– torpaq sahəsi üzərində üçüncü şəxslərin məhdudiyyət öhdəliklərinin olub-olmaması barədə göstərişlər
(ipoteka, icarə, xüsusi istifadə rejimi, servitutlar və digər göstərişlər);
– torpaq sahəsi üzərində hüquqların
verilməsi tarixi;
– əqdin qiyməti və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq edilmiş ərizələri;
– tərəflərin öhdəlikləri (TM, maddə 93).
Bələbiyyə torpaqlarının alqı-satqısı ərazisinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş
planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Bu
zaman bələdiyyənin ehtiyat fondunun bazar obyektinə aid olan torpaqları barədə alqı-satqı əqdləri yerli
normativlər nəzərə alınmaqla və aşkarlıq şəraitində bağlanır.
Xüsusi şəhərsalma əhəmiyyətinə malik bələdiyyə torpaqları layihələr ilə birlikdə və ya onlardan ayrı,
həmçinin ərazi planlaşdırılması əsasında yaşayış məntəqəsinin infrastrukturu sahələrinin yaradılması üçün
nəzərdə tutulan torpaqların, habelə onlardan istifadə və icarə hüquqlarının alqı-satqısı bir qayda olaraq torpaq
hərracları və müsabiqələri vasitəsi ilə həyata keçirilir.
Kənd təsərrüfatı torpaqlarının, onlar üzərində istifadə və icarə hüquqlarının, habelə kənd təsərrüfatına az
yararlı və yararsız torpaqların kənd təsərrüfatına və onunla bağlı olan dövriyyəyə cəlb edilməsi məqsədilə satın
alınmasında üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, habelə satışa çıxarılan
sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı istehsalçılarına verilir.
Qanunvericiliyə görə,
bələdiyyələr, satışa çıxarılan sərbəst torpaq sahələri və bu torpaqların ölçüləri,
təyinatı, qiyməti, olduğu yer göstərilməklə elanlar vasitəsi ilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə
torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatlar dərc edirlər.
Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə
hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-
satqı müqavilələri əsasında həyata keçirilir.
Xüsusi mülkiyyətdə olan torpaq sahəsi hüquqi şəxslərin nizamnamə (pay) fonduna mülkiyyət və istifadə
hüququ, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi isə yalnız istifadə hüququ əsasında veriir.
Torpaq istifadəsiləri, mülkiyyətçilərin razılığı ilə torpaqdan istifadə hüququnu nizamnamə (pay)
fonduna
yalnız müvəqqəti verə bilərlər.
69
Girovqoyanın öz öhdəliyini yerinə yetirmədiyi halda, girovsaxlayan girov qoyulmuş torpaq sahəsini
bilavasitə, hərrac və ya müsabiqə yolu ilə sata, bağışlaya bilər.
Girovsaxlayan xarici hüquqi və ya fiziki şəxs olduqda ipoteka müqaviləsində, girovla təmin edilmiş
öhdəlik icra edilmədikdə, girov qoyulmuş torpaq sahəsinin ən geci bir il ərzində məcburi satılacağı barədə
müddəa əks etdirilməlidir.
Qanunvericiliyə görə fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan
torpaq sahələrinin mülkiyyət,
dövlət və bələdiyyə torpaqlarının isə istifadə və icarə hüquqlarının dəyişdirilməsi, bağışlanması və vərəsəlik
qaydasında başqasına keçməsi Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə tənzimlənir.
Qeyd etmək lazımdır ki, dövlət və bələdiyyə torpaqlarının bağışlanmasına yol verilmir. Həmin toropaqlar
üzərində olan istifadə və icarə hüquqları əsasında vərəsələrə keçə bilər. Torpaq sahəsi vərəsəlik qaydasında
yetkinlik yaşına çatmamış şəxsə keçdikdə, onun qanuni müvəkkilləri həmin torpaq sahəsini vərəsə yetkinlik
yaşına çatana qədər icarəyə verə bilərlər.
Bazar torpaq dövriyyəsinin inkişafının stimullaşdırılması hüquqi və iqtisadi xarakterli bütöv tədbirlər
sistemi aparıldığı zaman mümkündür. Hüquqi planda bu tədbirləri şərti olaraq aşağıdakı üç qrupa bölmək olar:
a) torpaq sahələri ilə (xüsusən də kənd təsərrüfatı təyinatlı torpaqlarla) əqdlər həyata keçirərkən torpaq
qanunvericiliyində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə zidd olmayan
xüsusi qaydalar müəyyən
olunur və ya lazım olan halda mülki qanunvericiliyin normalarında müəyyən dəyişikliklər aparılır;
b) torpağa mülkiyyət münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi;
c) torpaq bazarı infrastrukturunun hüquqi əsaslarının təkmilləşdirilməsi.
Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi
məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
Azərbaycan Rsepublikasının Qanununa görə (12 dekabr 2008-ci il) - əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin
və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa
edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata
keçirmək məqsədilə zəruri
tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının
icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq
hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
Həmin qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları
üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsi
ilə icarəyə verilə bilər.
Dostları ilə paylaş: