Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Torpaqların özəlləşdirilməsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə78/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   205
torpaq hüququ

Torpaqların özəlləşdirilməsi. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi torpaqların 
özəlləşdirilməsini torpağa xüsusi mülkiyyət hüququnun yaranmasının  əsaslarına daxil etməsə  də, ona yalnız 
torpaq döyriyyəsinin növmüxtəlifliyi kimi baxaraq, dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsini xüsusi 
mülkiyyət hüququnun yaranmasının əsaslarından biri kimi araşdırmaq olar. 
Dövlətin və bələdiyyənin mülkiyyətində olan əmlakın özəlləşdirilməsi dedikdə, dövlətin və bələdiyyənin 
əmlakının özəlləşdirilməsi haqqında qanunla nəzərdə tutulmuş qaydada vətəndaşların və hüquqi şəxslərin 
mülkiyyətçi olaraq mülkiyyətinə bu əmlakın verilməsi başa düşülür. Bu anlayış dövlətin və  bələdiyyənin 
mülkiyyətində olan  torpaqların özəlləşdirilməsinə də aiddir. 


70 
 
«Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa görə  vətəndaşların qanuni 
istifadəsindəki torpaqların özəlləşdirilməsi zamanı onların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, 
kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar 
qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). 
Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və 
ya icarəyə götürüldükləri ölçüdə verilir. Bu zaman mülkiyyət hüququnun qeydiyyatını  həyata keçirən dövlət 
orqanı həmin torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnaməni vətəndaşlara, onların ərizələri və həmin 
torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında verir. 
Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə  həmin 
torpaqların üzərindəki tikililər, ağaclar və digər obyektlərlə birlikdə əvəzsiz olaraq verilir. 
Kolxozların, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla) özəlləşdirilən 
torpaqları onların daimi istifadəsindəki torpaqlardan bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla 
müəyyən edilir. Bələdiyyənin ehtiyat fonduna isə kolxoz və sovxozların kənd təsərrüfatına yararlı torpaqlarının 
5%-dən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlarla birlikdə ayrılır. 
Kolxoz və sovxozların  ərazisindən yardımçı  kənd təsərrüfatı üçün nazirliklərə, komitələrə,  şirkətlərə, 
birliklərə, müəssisələrə, idarələrə  və  təşkilatlara vaxtilə verilmiş torpaqlar Azərbaycan Rsepublikası 
Prezidentinin müəyyən etdiyi qaydada onların istifadəsində saxlanır, yaxud bütövlükdə  və ya qismən  əvvəlki 
istifadəçilərinə qaytarılır. 
İqtisadi azadlıq və sosial adalət prinsipləri  əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini 
yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə nail 
olmaq, nəticə etibarı ilə xalqın maddi rifahını yüksəltmək məqsədi ilə  həyata keçirilməyə başlayan torpaq 
islahatı öz başlanğıcını «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun qəbul olunduğu 
vaxtdan götürmüşdür. 
Ədəbiyyatda bu islahat MDB məkanında analoqu olmayan, çoxyönlü bir proses kimi təqdim olunaraq, 
ölkəmizin kənd təsərrüfatının inkişafında qazanılmış uğurların əsas səbəbi kimi araşdırılmış və onun üç mühüm 
fərqləndirici xüsusiyyəti göstərilmişdir: 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin