Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə76/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   205
torpaq hüququ

Dördüncü. Torpaqla, xüsusən də kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı əqdləri həyata keçirən zaman 
onların məqsədli təyinatının dəyişdirilməsinə real təhlükə  çətin ki, mövcud olsun. Respublikamızın və xarici 
ölkələrin qanunvericilik təcrübəsi göstərir ki, hüquqi planda bu məsələnin həlli tamamilə mümkündür. Belə ki, 
hazırda qüvvədə olan qanunvericiliyə görə torpaqların məqsədli təyinatı – torpağın kateqoriyasına uyğun olaraq 
onun konkret məqsədlər üçün istifadəsinin Torpaq Məcəlləsində  və digər normativ hüquqi aktlarla müəyyən 
edilmiş qaydaları,  şərtləri və  həddi olub, torpaq sahələrinin məhdudiyyətli istifadəsi zamanı, yəni torpaq 
sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş  məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla 
istifadədə  əsas götürülür. Qanunvericiliyə görə torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına 
dəyişdirilməsinə yol verilmir (maddə 11). 
Fərdi və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi, habelə sahibkarlaq fəaliyyətini həyata keçirmək 
məqsədi ilə  zəruri tikililərin inşası üçün torpaq sahələri yaşayış  məntəqələrində  bələdiyyələrin ehtiyat fondu 
torpaqlarından aşağıdakı məqsədlər üçün verilir: 
–  kooperativ, çoxmərtəbəli və çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti kooperativlərinin 
mülkiyyətinə; 
–  fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; 
–  çoxmərtəbəli və çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslərin 
mülkiyyətinə; 
–  fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin 
mülkiyyətinə; 
–  sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə  zəruri tikililərin inşası üçün bu Məcəllənin 48-ci 
maddəsinin 3-cü bəndində göstərilən hüquqi və fiziki şəxslərin icarəsinə, habelə  dəyəri ödənilməklə 
Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə (TM, maddə 59). 
Bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq ümumi istifadədə olan bələdiyyə 
torpaqlarında yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və 
əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək 
məqsədi ilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr 
fiziki və hüquqi şəxslərin icarəsinə verilə bilər. 


67 
 
Kooperativ, habelə digər çoxmənzilli yaşayış evlərinin və qarajların tikintisi məqsədi ilə ayrılan torpaq 
sahəsinin ölçüsü müvafiq yaşayış  məntəqəsinin planlaşdırılması  və tikinti layihələrinə, habelə tikinti 
normalarına uyğun olaraq ayrı-ayrı konkret hallarda bələdiyyələr tərəfindən müəyyən olunur. Fərdi yaşayış və 
bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi 
üçün ayrılan torpaq sahəsinin ölçüsü müəyyən edilən zaman yerli şərait və torpaq ehtiyatı da məhz bu orqanlar 
tərəfindən nəzərə alınır. 
Torpaq qanunvericiliyində  həmçinin, özəlləşdirilən müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin 
verilməsi xüsusiyyətləri də  təsbit olunmuşdur. Özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış 
edən dövlətimizin fiziki və ya hüquqi şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini 
qanunvericilik qaydasında satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. 
Özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, yaxud xarici 
hüquqi şəxs olduqda isə, o, müvafiq torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. Müəssisə 
(obyekt) özəlləşdirilərkən onun yerləşdiyi torpaq sahəsinin qiyməti həmin müəssisənin (obyektin) qiymətindən 
asılı olmayaraq ayrıca müəyyənləşdirilir (maddə 60) 
«Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa görə (16 iyul 1996-cı il) torpaq 
sahəsinin  əcnəbi vətəndaşlara satılmasına icazə verilmir. Əcnəbilər və  vətəndaşlığı olmayan şəxslər, xarici 
hüquqi  şəxslər, beynəlxalq birliklər və  təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq 
sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər (maddə 4). 
Dövlət və bələdiyyə mülkiyyətində olan (yaxud qismən özəlləşdirilmiş) çoxmənzilli yaşayış evlərinə aid 
torpaq sahələri dövlət və ya bələdiyyə mülkiyyətində qalmaqla həmin evləri idarə edən müvafiq təşkilatların 
daimi istifadəsinə verilir. Bu torpaqların məqsədli təyinatından kənar məqsədlər üçün istifadəsinə yol verilmir 
(AR-nın Torpaq Məcəlləsi, maddə 61). 
Mülki qanunvericiliyə görə müqavilə çox mühüm hüquqi alətdir. Müqavilələr haqqında ümumi 
müddəalar Azərbaycan Rsepublikası Mülki Məcəlləsinin Ümumi hissəsində, ayrı-ayrı müqavilə növləri barədə 
məlumat isə xüsusi hissədə verilmişdir. 
Mülki Məcəlləyə görə, «Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin