Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


«Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması  və razılaşdırılması qaydaları



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə70/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   205
torpaq hüququ

«Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması  və razılaşdırılması qaydaları 
haqqında»  Əsasnaməyə görə (15 mart 2002-ci il) bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq 
sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər  ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Müraciətdə 
aşağıdakılar göstərilməlidir: 
– 
torpaq sahəsinin hansı məqsəd üçün ayrılmasını; 
– 
torpaq sahəsinin hansı hüquqda (xüsusi mülkiyyət, istifadə və ya icarə hüququ ilə) ayrılmasını; 
– 
əvvəllər torpaq sahəsi alıb-almadığını; 
– 
ailə üzvlərinin adına torpaq sahəsi olub-olmadığını; 
– 
ailə üzvlərinin sayını və tərkibini; 
– 
torpaq sahəsinin yerini, yaxud həmin yerin ünvanını və ölçüsünü; 
– 
torpaq sahəsində tikilməsi, yaxud quraşdırılması nəzərdə tutulan obyektin eskizini; 
– 
daimi yaşayış yerini (fiziki şəxslər) və ya hüquqi ünvanını (hüquqi şəxslər). 
Əsasnaməyə görə, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri ölkə vətəndaşlarının 
və hüquqi şəxslərin mülkiyyətinə alqı-satqı qaydasında verilir. Azərbaycan Respublikasının  ərazi bütövlüyü 
uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış 
hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün, həyətyanı  və bağ sahəsi üçün torpaq sahələri onların 
mülkiyyətinə bir dəfə pulsuz verilir. Yaşa, xəstəliyə,  ştatların ixtisarına, ailə  vəziyyətinə görə ehtiyata və ya 
istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını 


61 
 
bələdiyyələr torpaqla «Hərbi qulluqçuların  statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci 
maddəsində göstərilmiş qaydada təmin edirlər.  
Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün yalnız 
istifadəyə və icarəyə aşağıdakı növbəliliyə əməl etməklə verilir: 
– bələdiyyələrin ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; 
– müvafiq ərazidə yaşayan hüquqi və fiziki şəxslərə; 
– Azərbaycan Respublikasının digər hüquqi və fiziki şəxslərinə; 
– xarici ölkələrin hüquqi və fiziki şəxslərinə. 
Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 5 gün müddətində baxılır. 
Torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədilə  bələdiyyə müraciətdə 
göstərilənlərə,  ərazinin yerquruluşu – təsərrüfat planına, yaşayış  məntəqəsinin baş planına,  ərazinin 
planlaşdırılması  və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması  nəzərdə tutulan 
torpaq sahəsinə yerində baxış keçirir. 
Ayrılması  nəzərdə  tutulan torpaq sahəsinin məqsədli təyinatı  həmin  ərazinin yerquruluşu – təsərrüfat 
planına, yaşayış  məntəqəsinin baş planına,  ərazinin planlaşdırılması  və tikintisi layihələrinə uyğun olarsa və 
həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə  və ya icarəsinə verilməmişdirsə, habelə 
elektrik, rabitə, nəqliyyat qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və 
sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin 
ayrılmasını  məqsədəuyğun hesab edir. Həmin  ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda 
bələdiyyə müraciət edən  şəxsə yaşayış  məntəqəsinin baş planına,  ərazinin planlaşdırılması  və tikintisi 
layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi 
barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab 
verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə  bələdiyyənin qərarından məhkəmə qaydasında 
şikayət verilə bilər. 
Müraciətdə göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda Əsasnaməyə 
görə bələdiyyə 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını hazırlamaq üçün müvafiq icra 
hakimiyyəti orqanına göndərir. Bu orqan 10 gün müddətində  bələdiyyənin və  ərizəçinin iştirakı ilə ayrılması 
nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün zonanı 
dəqiqləşdirir. 
Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş  planına, ərazinin 
planlaşdırılması  və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu 
işlərini aparır və həmin yerin planını sahənin ölçüsündən asılı olaraq, tələb olunan miqyasda hazırlayır. 
Yerquruluşu işləri (planalma) və ayrılması  nəzərdə tutulan torpaq sahəsinin planı  və ölçüsünün 
hazırlanması  və  Əsasnamənin 10-cu bəndində  nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər 
hallarda bələdiyyənin vəsaiti hesabına həyata keçirilir. 
Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını təsdiq edərək, torpaq 
sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Bələdiyyə isə bu 
sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə  və ya icarəyə verilməsi barədə 


62 
 
(torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Sonra həmin sahənin 
sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. 
Hüquqi və fiziki şəxslərə ayrılmış torpaq sahələrində tikinti işlərinə başlanmazdan  əvvəl tikiləcək 
obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu hazırlanmalı və müvafiq icra hakimiyyəti orqanı 
ilə razılaşdırılmalıdır. Tikiləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu razılaşdırılmadan 
tikinti işlərinin başlanmasına (aparılmasına) yol verilmir. 
Bələdiyyənin  ərazində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə 
qeydiyyatda olan Azərbaycan Respublikası  vətəndaşlarının mülkiyyətinə  fərdi yaşayış evinin tikintisi üçün 
torpaq sahəsi «Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci 
maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır. 
Mülkiyyətinə  fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş  vətəndaşa ikinci dəfə  həmin 
məqsədlə torpaq sahəsi yalnız beş ildən sonra satıla bilər. 
Müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa 
mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra 
hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində 
qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə  və icarəçilərinə  təqdim edir. 
Əsasnaməyə görə torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə 
alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. 
Göründüyü kimi, torpaqların qeyri-bazar dövriyyəsi bir tərəfdən torpaq sahələrində  vətəndaşların və 
hüquqi  şəxslərin tələbatının maksimum ödənilməsinin axtarışına istiqamətlənmiş,  əhəmiyyətli dövlət 
tənzimlənməsinə, digər tərəfdən qonşu torpaq sahələrinin istifadəsi ilə bağlı olan üçüncü şəxsin hüquqlarına və 
qanuni maraqlarına (mənafelərinə) riayət olunmasına məruz qalır. Torpaqların istifadəsinin  ərazi 
planlaşdırılmasına tabe etdirilməsi və  ərazinin zonalaşdırılması  vətəndaşlara və hüquqi şəxslərə torpaq 
sahələrinin verilməsi, cəmiyyətin həyat və  fəaliyyətinin  əsası kimi torpaqların mühafizəsi və  səmərəli 
istifadəsində  şəxsi və ictimai maraqların balansını (tarazılığını) təmin edir. Bu planda qeyri-bazar torpaq 
dövriyyəsinin dövlət tənzimlənməsinin sadalanan göstəriciləri obyektiv olaraq şərtlənmişdir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin