70
«Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa görə vətəndaşların qanuni
istifadəsindəki torpaqların özəlləşdirilməsi zamanı onların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi,
kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar
qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9).
Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və
ya icarəyə götürüldükləri ölçüdə verilir. Bu zaman mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət
orqanı həmin torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnaməni vətəndaşlara, onların ərizələri və həmin
torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında verir.
Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə həmin
torpaqların üzərindəki tikililər, ağaclar və digər obyektlərlə birlikdə əvəzsiz olaraq verilir.
Kolxozların, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla) özəlləşdirilən
torpaqları onların daimi istifadəsindəki torpaqlardan bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla
müəyyən edilir. Bələdiyyənin ehtiyat fonduna isə kolxoz və sovxozların kənd təsərrüfatına yararlı torpaqlarının
5%-dən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlarla birlikdə ayrılır.
Kolxoz və sovxozların ərazisindən yardımçı kənd təsərrüfatı üçün nazirliklərə, komitələrə, şirkətlərə,
birliklərə, müəssisələrə, idarələrə və təşkilatlara vaxtilə verilmiş torpaqlar Azərbaycan Rsepublikası
Prezidentinin müəyyən etdiyi qaydada onların istifadəsində saxlanır, yaxud bütövlükdə və ya qismən əvvəlki
istifadəçilərinə qaytarılır.
İqtisadi azadlıq və sosial adalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini
yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə nail
olmaq, nəticə etibarı ilə xalqın maddi rifahını yüksəltmək məqsədi ilə həyata keçirilməyə başlayan torpaq
islahatı öz başlanğıcını «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun qəbul olunduğu
vaxtdan götürmüşdür.
Ədəbiyyatda bu islahat MDB məkanında analoqu olmayan, çoxyönlü bir proses kimi təqdim olunaraq,
ölkəmizin kənd təsərrüfatının inkişafında qazanılmış uğurların əsas səbəbi kimi araşdırılmış və onun üç mühüm
fərqləndirici xüsusiyyəti göstərilmişdir:
Dostları ilə paylaş: