Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır»



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə77/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   205
torpaq hüququ

haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır». 
Mülki hüquqa görə, bütün müqavilələr  əqd hesab olunur. Lakin yalnız yazılı  əqdlər müqavilə sayılır. 
Aşağıdakı əqdlər nəticəsində torpağa hüquqlar yaranır: 
– torpaq sahəsinin alqı-satqısı; 
– torpaq sahəsinin bağışlanması; 
– torpaq sahəsinin girovu (ipotekası); 
– torpaq sahələrinin vərəsəlik qaydasında başqasına keçməsi; 
– torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi; 
– torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi; 
– torpaq sahəsinin rentası və qanunla nəzərdə tutulmuş digər əqdlər. 
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahələrinə dair əqdlər yazılı formada 
əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə 


68 
 
həyata keçirilir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, müqavilədə  aşağıdakılar 
göstərilməlidir: 
– müqavilənin tərəfləri; 
müqavilənin növü
– müqavilənin predmeti, torpaq sahəsinin planı və ölçüsü, məhdudiyyətlər və servitutlar da daxil olmaqla 
torpaq sahəsinin hüquqi rejimi, dövlət torpaq reyestrində qeydiyyat nömrəsi, torpaq sahəsində yerləşən 
daşınmaz əmlak barədə məlumatlar (tikililər, qurğular, çoxillik əkmələr, sututarlar və digər obyektlər); 
– müqavilənin bağlanmasından əvvəl torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakın əldə 
edilməsinin əsasları (alqı-satqı, vərəsəlik, bağışlama və ya digər əsas); 
– torpaq sahəsi və onunla bağlı olan daşınmaz əmlaka dair qadağanlar qoyulması (əmlakın həbs edilməsi 
və ya digər səbəb nəticəsində) barədə qeydlər; 
– torpaq sahəsi üzərində üçüncü şəxslərin məhdudiyyət öhdəliklərinin olub-olmaması barədə göstərişlər 
(ipoteka, icarə, xüsusi istifadə rejimi, servitutlar və digər göstərişlər); 
– torpaq sahəsi üzərində hüquqların verilməsi tarixi
– əqdin qiyməti və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq edilmiş ərizələri; 
– tərəflərin öhdəlikləri (TM, maddə 93). 
Bələbiyyə torpaqlarının alqı-satqısı  ərazisinin inkişaf planları, yerquruluşu, yaşayış  məntəqələrinin baş  
planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Bu 
zaman bələdiyyənin ehtiyat fondunun bazar obyektinə aid olan torpaqları barədə alqı-satqı  əqdləri yerli 
normativlər nəzərə alınmaqla və aşkarlıq şəraitində bağlanır. 
Xüsusi  şəhərsalma  əhəmiyyətinə malik bələdiyyə torpaqları layihələr ilə birlikdə  və ya onlardan ayrı, 
həmçinin  ərazi planlaşdırılması  əsasında yaşayış  məntəqəsinin infrastrukturu sahələrinin yaradılması üçün 
nəzərdə tutulan torpaqların, habelə onlardan istifadə və icarə hüquqlarının alqı-satqısı bir qayda olaraq torpaq 
hərracları və müsabiqələri vasitəsi ilə həyata keçirilir. 
Kənd təsərrüfatı torpaqlarının, onlar üzərində istifadə və icarə hüquqlarının, habelə kənd təsərrüfatına az 
yararlı və yararsız torpaqların kənd təsərrüfatına və onunla bağlı olan dövriyyəyə cəlb edilməsi məqsədilə satın 
alınmasında üstünlük hüququ, bu torpaqların  əvvəlki istifadəçilərinə  və icarəçilərinə, habelə satışa çıxarılan 
sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı istehsalçılarına verilir. 
Qanunvericiliyə görə, bələdiyyələr, satışa çıxarılan sərbəst torpaq sahələri və bu torpaqların ölçüləri, 
təyinatı, qiyməti, olduğu yer göstərilməklə elanlar vasitəsi ilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə 
torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatlar dərc edirlər. 
Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə  və icarə 
hüquqları bilavasitə satıldıqda, alqı-satqı  tərəflər arasında bağlanmış  və notarial qaydada təsdiq edilmiş alqı-
satqı müqavilələri əsasında həyata keçirilir. 
Xüsusi mülkiyyətdə olan torpaq sahəsi hüquqi şəxslərin nizamnamə (pay) fonduna mülkiyyət və istifadə 
hüququ, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi isə yalnız istifadə hüququ əsasında veriir. 
Torpaq istifadəsiləri, mülkiyyətçilərin razılığı ilə torpaqdan istifadə hüququnu nizamnamə (pay) fonduna 
yalnız müvəqqəti verə bilərlər. 


69 
 
Girovqoyanın öz öhdəliyini yerinə yetirmədiyi halda, girovsaxlayan girov qoyulmuş torpaq sahəsini 
bilavasitə, hərrac və ya müsabiqə yolu ilə sata, bağışlaya bilər. 
Girovsaxlayan xarici hüquqi və ya fiziki şəxs olduqda ipoteka müqaviləsində, girovla təmin edilmiş 
öhdəlik icra edilmədikdə, girov qoyulmuş torpaq sahəsinin  ən geci bir il ərzində  məcburi satılacağı barədə 
müddəa əks etdirilməlidir. 
Qanunvericiliyə görə fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrinin mülkiyyət
dövlət və  bələdiyyə torpaqlarının isə istifadə  və icarə hüquqlarının dəyişdirilməsi, bağışlanması  və  vərəsəlik 
qaydasında başqasına keçməsi Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə tənzimlənir. 
Qeyd etmək lazımdır ki, dövlət və bələdiyyə torpaqlarının bağışlanmasına yol verilmir. Həmin toropaqlar 
üzərində olan istifadə  və icarə hüquqları  əsasında vərəsələrə keçə bilər. Torpaq sahəsi vərəsəlik qaydasında 
yetkinlik yaşına çatmamış  şəxsə keçdikdə, onun qanuni müvəkkilləri həmin torpaq sahəsini vərəsə yetkinlik 
yaşına çatana qədər icarəyə verə bilərlər. 
Bazar torpaq dövriyyəsinin inkişafının stimullaşdırılması hüquqi və iqtisadi xarakterli bütöv tədbirlər 
sistemi aparıldığı zaman mümkündür. Hüquqi planda bu tədbirləri şərti olaraq aşağıdakı üç qrupa bölmək olar:  
a) torpaq sahələri ilə (xüsusən də  kənd təsərrüfatı  təyinatlı torpaqlarla) əqdlər həyata keçirərkən torpaq 
qanunvericiliyində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə zidd olmayan xüsusi qaydalar müəyyən 
olunur və ya lazım olan halda mülki qanunvericiliyin normalarında müəyyən dəyişikliklər aparılır;  
b) torpağa mülkiyyət münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi; 
c) torpaq bazarı infrastrukturunun hüquqi əsaslarının təkmilləşdirilməsi. 
Bələdiyyə torpaqlarının torpaq hərracları  və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi 
məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və  əlavələr edilməsi barədə 
Azərbaycan Rsepublikasının Qanununa görə (12 dekabr 2008-ci il) - əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin 
və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa 
edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə  zəruri 
tikililərin inşası  və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası  vətəndaşlarının 
icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq 
hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. 
Həmin qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş  bələdiyyə torpaqları 
üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsi 
ilə icarəyə verilə bilər. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin