1. Dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda torpaq vətəndaşlara pulsuz verilmişdir. Bunun
nəticəsində 3 milyon 300 min adam torpaq mülkiyyətçisinə çevrilmişdir. Bu isə güclü mülkiyyətçilər sinfinin
yaranmasına və yeni əkinçilik münasibətlərinin formalaşmasına gətirib çıxarmış, torpaqdan rasional və
məhsuldar istifadə edilməsini şərtləndirmiş, torpağa qayğıkeş münasibəti zəruri etmişdir.
2. Ən yararlı və keyfiyyətli torpaqlar özəlləşdirilmişdir. Yəni, başqa MDB ölkələrindən fərqli olaraq
vətəndaşlara az yararlı və yararsız torpaqlar deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları
verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə onların mülkiyyətində olan
torpaq sahələrinə müstəsna hüquqlar: alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vəsiyyət,
girovqoyma və i.a. verilir ki, bu da Azərbaycanda torpaq islahatlarının başqa SSRİ respublikalarında olduğu
kimi formal şəkildə deyil, əsaslı, fundamental şəkildə aparıldığını sübut edir.
3. Yaşayış yerindən və şəxsiyyətindən asılı olmayaraq, ölkə ərazisində yaşayan bütün vətəndaşlara