Mülkiyyət hüququ ilə yanaşı qanunvericilikdə torpaq sahəsinə aşağıdakı hüquqlar nəzərdə tutulmuşdur:
– daimi istifadə hüququ, yəni əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə hüququ
(TM, maddə 50.1);
- müvəqqəti istifadə hüququ, öz növbəsində qısa müddətli – 15 ilədək və uzunmüddətli – 15 ildən 99
ilədək müəyyən olunmaqla iki yerə ayrılır (TM, maddə 50.3);
- icarə huququ, yəni müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə (TM, maddə 51);
- servitutlar – bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququ (TM, maddə
54);
- birgə hüquqlar, yəni iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi
olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan
müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır (TM, maddə 52.1).
Qeyd etmək lazımdır ki, bəzi ölkələrin (məsələn, Rusiya, İtaliya) torpaq qanunvericiliyindən fərqli olaraq
bizim qanunvericilikdə torpaq üzərində ömürlük irsi sahiblik hüququ nəzərdə tutulmamışdır.
Torpağa əşya hüququ kimi tanınan servitut (latınca «servitus» sözü «xidmət etmək» mənasını verir) -