34
E.ə. VI-III əsrlərdə fəlsəfi fikrin sonrakı inkişafında mühüm rol
oynamış konfusiçilik, moizm, legizm, daosizm məktəblərinin
formalaşdığı dövrdə Çində fəlsəfə meydana çıxmışdır. Qədim Çin
fəlsəfəsi daha çox etnik-siyasi xarakterə malik olmuş, onda
qneseoloji və ontoloji məsələlərin tədqiqinə az yer verilmişdir.
Filosoflar dövlət
işlərində təmsil olunmuş, Si padşahlığında fəlsəfə
akademiyası yaradılmışdı.
İdarəçilik prinsipləri haqqında ilk təlimin banisi Konfusinin
fəlsəfi görüşlərinə dair məlumatlar onun şagirdləri tərəfindən
“Lunyuy”, (“Söhbətlər və mühakimələr”) traktatında öz əksini
tapmışdır. Çinlilərin göylərin ilahi gücünə ənənəvi etiqadı
Konfusinin nəzəriyyəsində də əsaslandırılırdı. Baş allah Göy
çinlilərdə əsas qüvvə və yer üzündəki
bütün nemətlərin mənbəyi
hesab olunurdu. Kahin və məmurlar Çin dövlətini “Göyaltı
imperatorluğu” adlandırırdılar. Çinlilərin təsəvvürünə görə Çin
dövləti Göy allahı tərəfindən idarə olunurdu. Onlar Göy allahı üçün
künbəz şəkilli məbədlər tikir və kümbəzləri göy rəngli çini və ya
saxsı kirəmitlə örtürdülər.
Çinlilərdə əcdadlara sitayiş də inkişaf etmişdi. Qədim Çində
adlı-sanlı adamların dəfn mərasimində bəzən insan qurbanları da
verilirdi (bu qurbanlıq insanlar mərhumla bərabər diri dəfn
olunurdular.)
Qədim Çində fəlsəfi fikrin inkişafına “inyan”
naturalist fəlsəfi
məktəbi də əhəmiyyətli təsir göstərmişdir. Bu təsir zəif qadın qüvvəsi
“in” və güclü kişi qüvvəsi “yan” arasındakı qarşılıqlı əlaqə haqqında
qədim baxışlarla bağlı olmuşdur. Sonradan bu ideyalar ilkin beş
ünsürün-metal, ağac, su, od və torpağın qarşılıqlı çevrilməsi təlimi ilə
birləşərək əzəli “si” (buxar, efır) ilk ünsürü ilə nəticələnərək bütün
fəlsəfi məktəblər tərəfindən mənimsənildi. E.ə.
III əsrdə isə moistlər
materialist idrak nəzəriyyəsini inkişaf etdirdilər.
35
Böyük Çin materialist filosofu Van Çunun (I əsr) fikrincə,
dünyanın əsası əbədi mövcud olan “yuan si” maddi substansiyasıdır;
yüngül hissəciklər (“yan si”) - göyü və kosmosu, qatı hissəciklər (“in
si”) - torpağı və göy cisimlərini yaradır. Onların qarşılıqlı təsiri isə
bütün mövcudatı meydana çixarır. Çində buddizm fəlsəfəsi Çin fəlsəfi
ideyasının ünsürlərini mənimsəməklə inkişaf etmiş, buddizmdə bəzi
cərəyan və təriqətlərin yaranmasına səbəb olmuşdur.
Çin yazısı da qədim tarixə malikdir. Bu, öncə çox sadə,
getdikcə mürəkkəbləşən Çin heroqliflərinin inkişafından aydın
görünür.
Qədim Çin yazısında iki minə qədər işarə olmuşdur. Onlar yazı
yazmaq üçün xüsusi firçalar işlətmişlər. E.ə. III-I əsrlərdə “Erya”,
“Fanyan”, “Dialektlər” lüğətləri tərtib olunmuşdur. Syuy Şenin
heroqliflər lüğəti hələ də öz əhəmiyyətini itirməmişdir.
Dünyanın ən qədim ədəbiyyat nümunələri
içərisində Çin
ədəbiyyatının da özünəməxsus yeri vardır. “Şitszin” ilk Çin ədəbi
abidəsidir. E.ə. IV əsrin ortalarında Çu çarlığı zamanı əsasını xalq
yaradıcılığından götürən “Çu şeri” janrı yaranır. Bu janrın görkəmli
nümayəndəsi Tsyuy Yuanın yaradıcılığında zülmə, haqsızlığa nifrət,
onlarla mübarizə, xalqa məhəbbət hissləri öz əksini tapmışdır. E.ə.
V-III əsrlərdə fəlsəfi və tarixi məzmunlu nəsr əsərləri - “Qo yuy”
(“Çarlıqların tarixi”), “Çuntsyu” (“Salnamə”), “Çjuan tszı”, “Syun
tszı”, “Men tszı” və s. traktatlar geniş yayılmışdı. E.ə. I əsrdə Sım
Tsyanın “Şi tszi” (“Tarixə aid qeydlər”) əsəri xan sülaləsi dövrünün
parlaq nümunələrindəndir.
Çinin ən qədim incəsənət abidələri e.ə. III minilliyə aiddir. E.ə.
I minilliyin ortalarında burada memarlıq və şəhərsalma təşəkkül
tapdı.
Qədim mədəniyyət abidələri içərisində “Böyük
Çin səddinin
(uzunluğu 2500 km-ə qədər) böyük əhəmiyyəti vardır. Böyük Çin
səddinin əsas hissəsi Sin dövləti dövründə
36
(e.ə. 221-207) tikilmişdir. O, əvvəlcə gil və torpaq qarışığından
tikilmiş, sonralar divar səddin üzünə kərpic və böyük yastı daşlar
çəkməyə başlamışlar. Bu divar Xuanxe çayını bir neçə yerdən
kəsərək düzənlik və dağlardan keçir. Böyük Çin səddinin hündürlüyü
10 metrə, qalınlığı 6 metrə çatır. Divarın bütün uzunluğu boyu bir-
birindən müəyyən məsafədə dördbucaqlı möhkəm bürclər və onların
altında qapılar tikilmişdir. Bu sədd şimaldan gələn hunların
hücumlarından müdafiə məqsədilə çəkilmişdir.
Çin musiqi və teatr mədəniyyəti də qədim köklərə malikdir.
Əsasən bir səsli olub e.ə. VII əsrdə yaradılan, pentatonika
üzərində
qurulan Çin xalq musiqisi sonralar 7 və 12 səsli sistemlərə
çevrilmişdir.
Çin teatrının əsası Xalq mahnı - rəqs yaradıcılığı və sirk
janrları elementlərini birləşdirən “bay si” (“yüz tamaşa”) formaları
ilə əlaqədardır.
Beləliklə, deyilənrləndən aydın olur ki, digər Şərq dövlətləri
kimi Çinin də çox yüksək mədəniyyəti olmuşdur. Çin
mədəniyyətinin bəzi nailiyyətləri qədim dövrlərdə başqa ölkələrə -
Hindistana, Ərəbistana daha sonralar Avropaya keçmişdir.
Dostları ilə paylaş: