Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə13/38
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#47953
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   38
D rs v saiti Az rbaycan Respublikas T hsil Nazirliyi Elmi-Metod

 
 
§10. ƏRƏB MƏDƏNİYYƏTİ 
 
VI-VII əsrlərdə Ərəbistan yarımadası ərazisində təqribən dörd 
milyon oturaq, üç milyon köçəri  ərəb yaşamışdır. Lap qədimdən 
onlar iki böyük etnik qrupa bölünmüşlər: erkən orta əsrlərdə 
himyərilər adlandırılan cənublular və yarımadanın qalan hissələrində 
yaşayan b.e.ə. VII əsrdən ərəb adlandırılan köçərilər. 
Hər iki etnik qrup sami-hami dilləri ailəsinə daxil olan 
eyniköklü dillərdə danışmalarına baxmayaraq, bir-birini çətinliklə 
başa düşür və buna görə də özlərini müxtəlif xalqlar hesab edirdilər. 
Onların həyat tərzində öz əksini tapmış  fərq isə  cənub və  şimal 
ərəbləri arasındakı təzadı daha da dərinləşdirirdi. Onu da deməliyik 
ki, cahilliyyə (nadan- 


 
51
lıq) adlandırılan islama qədərki dövr ərəblərinin həyat və niəişəti 
haqqında  əsas mənbə kimi qiymətləndirilən qədim  ərəb poeziyası 
nümunələrində 
də 
Ərəbistan sakinlərinin özlərini 
ərəb 
adlandırmasına dair elə bir məlumat yoxdur. Ətraf qonşularının 
“ərəb” adlandırdıqlan  Ərəbistan sakinləri bir xalq kimi yalnız VII 
əsrin I yarısında islam bayrağı altında birləşə bilmişdir. 
Onu da qeyd edək ki, “ərəb” sözü əvvəllər etnik mənsubiyyəti 
bildirməmiş, yalnız “quraqlıq, xam torpaq” və onun sakinlərinə işarə 
kimi işlənmişdir. Sonralar bu sözün məna dairəsi genişlənmiş, “ərəb”, 
“Ərəbistan”, “ərəb dili” terminləri meydana çıxmış və nəhayət “ərəb” 
sözü böyük bir xalqın adının ifadəçisinə çevrilmişdir. 
Dilimizin, dinimizin, mədəniyyətimizin formalaşmasında 
müəyyən təsiri olmuş ərəb mədəniyyəti Azərbaycan alimlərini həmişə 
maraqlandırmışdır. 
Ərəb mədəniyyətinin formalaşması əsasən VII əsrə təsadüf edir. 
Bu dövr tarixdə islam dininin meydana çıxdığı  və  ərəb istilaları 
nəticəsində Xilafət kimi böyük dövlətin yaranması ilə xarakterizə 
olunur. Xilafətə daxil olan xalqların mədəniyyətində ümumi 
formaların bərqərar olmasına həm dövlət, siyasət, həm də din, bəzi 
yerlərdə isə dil birliyi geniş imkan yaratdı.  Ərəb mədəniyyətinin 
inkişafında islamı qəbul etsələr də, milli müstəqilliklərini saxlayaraq, 
sonradan dövlət müstəqilliyini də qazanmış xalqların-Orta Asiyanın, 
İranın və Qafqaz xalqlarının da mühüm rolu olmuşdur. 
Ərəblər  ərəb mədəniyyətini islam dini, ərəb dili və  bədəvi 
poeziyası ənənələri ilə daha da inkişaf etdirdilər. 
VII  əsrin sonundan VIII əsrin ortalarına qədər  Əməvilərin 
paytaxtı  Dəməşqlə  bərabər  Ərəbistanda Məkkə, Mədinə,  İraq 
ərazisində Kufə  və  Bəsrə  şəhərləri  ərəb mədəniyyət mərkəzləri 
olmuşdur. 750-ci ildə Abbasilər xilafətinin yaranması ilə  ərəb 
mədəniyyəti mərkəzi Suriyadan İraqa-Bağdad şəhərinə keçmişdir. Bu 
şəhərdə üç əsr müsəlman 


 
52
Şərqi mədəniyyətinin görkəmli nümayəndələri bir-birini 
əvəzləyərək fəaliyyət göstərmişlər. 
Ərəb mədəniyyətinin daha da tərəqqi etdiyi dövr IX-X 
əsrlərdir. Belə ki, bu dövrdə bir çox elmlər, o cümlədən, fəlsəfə, 
təbabət, fizika, riyaziyyat, astronomiya, coğrafiya, tarix və s. inkişaf 
etmişdir. Yaradılan gözəl abidələr maddi mədəniyyət xəzinəsini daha 
da zənginləşdirirdi. 
X əsrin ortalarında Abbasilər xilafətinin parçalanması və onun 
ərazisində müstəqil dövlətlərin yaranması ərəb mədəniyyətinin əhatə 
dairəsini, dünya mədəniyyətinin inkişafındakı rolunu getdikcə 
azaldır. Belə ki, hələ VIII əsrdə Xilafətdən ayrılmış müsəlman 
İspaniyasında ayrıca  ərəb-ispan mədəniyyəti, IX əsrin sonlarında 
xilafətin  şəhər  əyalətlərində  İran mədəniyyəti və intibahı 
formalaşmağa başlayır. Fars dili getdikcə daha çox öz əhatə dairəsini 
genişləndirərək, öncə  ədəbiyyat və poeziya sahəsində, sonralar isə 
digər elm sahələrində də ərəb dilini sıradan çıxarır. Ancaq ərəb dili 
Quran dili, dini-hüquq və  bəzi təbiətşünaslıq elmlərində, fəisəfədə 
hələ də öz əhəmiyyətini saxlayırdı. 
VIII-X  əsrlər  ərəb mədəniyyətinin dünya mədəniyyəti 
tarixindəki yerini onu yaradanların dünyanın və insanın elmi-dini və 
bədii cəhətdən dərk olunması  və yeni metodlar kəşf etməsi ilə 
müəyyənləşirdi. Sonralar ərəb mədəniyyəti nümayəndələrinin 
təşəbbüsü ilə bu irsin sistemləşdirilməsi və daha ətraflı  tədqiqi 
başlandı.  Ərəb mədəniyyətində elmi və  bədii  ənənələrin inkişafına 
baxmayaraq, XIII əsrin II yarısında epiqonçuluq geniş yayılmağa 
başlandı. Bəzi təşəbbüslər göstərilsə  də, bu, ümumi mənəvi 
durğunluğa və bir sıra müsəlman ölkələrində - XIV-XV əsrlərdə İran 
və Orta Asiyada, XVI əsrdə Osmanlı Türkiyəsində və Avropada ərəb 
mədəniyyətinin inkişafının mədəni yüksəlişin sürətindən getdikcə 
geri qalmasına təsir edə bilmədi. 
Ərəb-ispan mədəniyyətinin tərəqqi dövrü X-XV əsrlərdir.  Bu 
mədəniyyətin mərkəzləri Kordova,  Sevilya, 


 
53
Malağa və Qranada şəhərləri idi. Təbiətşünaslıq elmləri 
sahəsində böyük nailiyyətlər  əldə edilmişdi.  İbn Rüşdün  əsərlərində 
ərəb fəlsəfəsinin mütərəqqi qolu inkişaf etdirilirdi. Bu dövrdə poeziya 
və  ədəbiyyatda sonralar ərəb mədəniyyətinə daxil edilmiş  əvəzsiz 
nümunələr yaradıldı. Maddi mədəniyyətdə  İspaniya Mavritaniya 
memarlığı və tətbiqi sənəti şöhrət qazandı. 
İbn Xəldunun ictimai inkişafa dair tarixi-fəlsəfi nəzəriyyəsi 
ərəb mədəniyyətinin böyük müvəffəqiyyəti idi. 
Tarixdən məlumdur ki, XVI əsrdə  ərəb ölkələri Osmanlı 
imperiyasının  əyalətlərinə çevrilmişdir. Suriya, İraq və Misir qədim 
mədəniyyət mərkəzləri kimi müsəlman alimlərinin diqqətini cəlb etsə 
də, artıq ərəb mədəniyyəti tənəzzülə başlamışdı. 
XIX  əsrin I yarısından isə  Ərəb mədəniyyətinin yeni inkişaf 
dövrü başlayır. Yeni və  ən yeni tarixi dövrdə  ərəb ölkələrinin həm 
iqtisadi və siyasi cəhətdən oyanması, milli azadlıq hərəkatının 
genişlənməsi, həm də müstəqil ərəb dövlətlərinin yaranması ilə müasir 
ərəb mədəniyyətinin təşəkkülü başlayır. 
Abbasilər xilafəti dövründə Bağdad öz kitabxana və  təhsil 
müəssisələri ilə beyük elm mərkəzinə çevrilmişdi. Sonralar bu sıraya 
Dəməşq, Hələb, Qahirə, Marağa, Səmərqənd, Qəznə və s. şəhərlər də 
əlavə olundu. 
Hindlilərdən alınmış onluq say sistemi geniş yayılmağa başladı. 
Ərəb dilində hesaba dair ilk əsərin müəllifi Xarəzmidir. Cəbrin riyazi 
fənn kimi formalaşmasında Xarəzminin və Ömər Xəyyamın mühüm 
rolu olmuşdur. 
Ptolemey və hind alimlərinin astronomiyaya dair əsərləri 
tərcümə edilərək öyrənildi və astronomiyanın inkişafı başlandı. 
Ərəblər göy cisimlərinin koordinatlarını təyin etməyi, istifadə olunan 
üç koordinat sisteminin birindən digərinə keçidi işlədilər. 


 
54
Yerin ölçülərini təyin etmək üçün dərəcə ölçməsi isə  Xəlifə 
Məmunun dövründə aparıldı. Biruni, Xarəzmi,  ər-Razi və s. 
mineralogiyaya dair əsərlər yazdılar. Biruninin “Məsudun qanunu”, 
“Mineralogiya” və İbn Sinanın “Bilik kitabı”nda atmosfer fizikasına 
və geofizikaya aid elmi müddəalar irəli sürülürdü. Heysəmin 
“Optika” əsəri isə hətta Qərbi Avropada da şöhrət qazanmışdı. 
Tibb sahəsində  də nailiyyətlər  əldə edilmişdir.  İbn Sinanın -
Tibb elminin qanunu” orta əsr  Şərq aləmində  və  Qərbi Avropada 
uzun illər tibbi praktikaya aid əsas vəsait olmuşdur. 
Bütün xalqların ədəbiyyatı kimi ərəb ədəbiyyatı da öz təməlini 
şifahi xalq yaradıcılığından - götürmüşdür.  İslama qədər yaradılmış 
ərəb ədəbiyyatı nümunələrinin yalnız az bir hissəsi dövrümüzə gəlib 
çatmışdır. Bunlar da VIII X əsrlərdə yazıya alınmışdır. 
Məlumdur ki, cahiliyyə adlanan həmin dövrdə  əsas poeziya 
janrı qəsidə olmuşdur. Bu janrın yeddi əsas nümayəndəsinin - İmrəul 
- Qeys, Tərəfə ibn əl-Əbd, Naqibə  əz-Zubyani, Zuheyr ibn Əbi 
Sulma,  Əntərə ibn Şəddad,  Əşa və  Ləbid Rabiənin qəsidələrindən 
ibarət külliyyat dövrün qiymətli ədəbi abidəsidir. 
Lukman Ad, Əksəm ibn Seyfiyin, Kuss ibn Səidə,  Əmr ibn 
Gülsüm ət-Təqlibi isə cahiliyyə dövrü nəsrinin baniləri hesab olunur. 
İslam dininin meydana gəlməsi və çox geniş ərazidə yayılması 
ərəb ədəbiyyatının daha da inkişafına səbəb oldu. Nəsrin inkişafında 
Quranın müəyyən rolu olsa da, ədəbiyyatın  əsas janrı poeziya idi. 
Lakin bu dövrün poeziyasında qruplaşma meyli nəzərə çarpırdı. Belə 
ki, yaranan poeziya nümunələrinin çoxu bəzi siyasi və dini qrupların 
mənafeyini ifadə edirdi. Dövrün ictimai satirasının dəyərli 
nümunələri isə Azərbaycan  şairi Musa Şəhəvatin qələminə  məxsus 
idi. 
 


 
55
Tədqiqatçılar Abbasilərin hakimiyyət illərini  ədəbiyyatın “qızıl 
dövrü” adlandırırlar. Çünki bu dövrdə xilafətdə yaranan yeni ictimai-
siyasi şərait ədəbiyyatda daha böyük dəyişikliyə səbəb olur. Dövrün 
tələbinə uyğun olaraq, yaranan ədəbiyyat (əsasən poeziya) ərəbdilli 
idi. Ancaq bu poeziyanın inkişafında Azərbaycan  şairlərindən 
İsmayıl ibn Yəssarın, Abbas əl-Əmanın, Musa Şəhəvatın, Əbu Nəsr 
Mənsur ibn Mümkan Təbrizinin və b. mühüm xidmətləri olmuşdur. 
Yaranan poeziya nümunələri musiqi əsərlərində  də öz əksini  
tapırdı.   Ərəb  musiqisi  əsasən  ərəb  incəsənəti  ilə  bərabər işğal 
olunmuş ölkələrin incəsənətinin vəhdəti nəticəsində formalaşmışdır. 
İslam dininin qəbul edilməsi, Yaxın və Orta Şərq,  Şimali Afrika, 
cənub-qərbi Avropa ölkələrinin işğalı və Xilafətin yaranması musiqi 
mədəniyyətinin inkişafında mühüm rol oynadı. Belə ki, yunan musiqi 
nəzəriyyəsinin əsasları qəbul edildi, fars və Bizans musiqisinin təsiri 
altında  ərəb musiqisinin səsdüzümü genişləndi, farsların not yazısı, 
əsas musiqi alətləri  ərəbləşdirildi. 7 pərdəli 12 məqama  əsaslanan 
ərəb musiqisi üçün spesifık kolorit, rəngarəng melizmlər, məqamdan 
yaranan ifa tərzi və zəngin ritm xarakterikdir. Klassik ərəb musiqisi, 
əsasən vokal musiqisi ilə təmsil olunur. 
Orta  əsrlərin görkəmli musiqi nəzəriyyəçilərindən sayılan  əl-
Kindi,  İsfəhani, Fərabi, o cümlədən Azərbaycan musiqişünasları 
Səfiəddin Urməvi və  Əbdülqadir Marağayinin  əsərlərində  Şərq 
musiqisinə dair mühüm məlumatlar öz əksini tapmışdır. Bu dövrdə 
İspaniya, Portuqaliya musiqisinə, Avropanın bəzi musiqi alətlərinin 
formalaşmasına ərəb musiqisinin böyük təsiri olmuşdur. 


 
56

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin