Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT GERBİ



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə21/38
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#47953
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   38
D rs v saiti Az rbaycan Respublikas T hsil Nazirliyi Elmi-Metod

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT GERBİ 
 
Dövlətin möhürlərdə, pul nişanlarında, blank və başqa rəsmi 
sənədlərdə təsvir olunan fərqləndirici nişanı Dövlət gerbidir. 
Dövlət bayrağından fərqli olaraq, ADR dövründə digər rəmzlər 
rəsmi şəkildə qəbul olunmamış, yalnız onların qəbul ediləcəyi barədə 
1920-ci il yanvar ayının 30-da hökumət tərəfindən müsabiqə elan 
edilmişdir. Müsabiqənin müddəti 1920-ci il mayın 1-də qurtarmalı 
idi. 
Müsabiqə Xalq Cümhuriyyətinin rəmzlərinin, orden və 
medallarının ilk nümunələrinin meydana çıxmasını sürətləndirdi. 
Həmin rəmzlərin bədii həllində zamanın nəfəsi,  əsrin  əvvəllərində 
yaşayıb-yaratmış “Molla Nəsrəddin”çi rəssamlardan Ə.Əzimzadənin, 
O.Şmerlinqin,  İ.Rotterin, R.Telinqaterin yaradıcılığına xas üslub 
xüsusiyyətləri diqqəti cəlb edir. 
1991-ci ildə Azərbaycan Respublikasının yeni milli gerbinin 
yaradılması üçün müsabiqə elan olundu. Lakin təqdim olunan gerb 
esgizləri Milli Məclis üzvlərini qane etmədiyi üçün vaxtilə mövcud 
olmuş gerb layihəsini bərpa etmək məqsədəuyğun hesab edildi. 
Qəbul olunmuş Azərbaycan Respublikasının gerbi Xalq 
Cümhuriyyəti dövrünün 1920-ci ildə yaradılmış gerbinin təkrarıdır. 
Onun kompozisiyası ilk orijinalda olduğu kimi saxlanılmış, yalnız 
bəzi detallar-alovun, palıd yarpaqları  və sünbüllərin təsviri rəssam 
R.Məmmədov tərəfindən bir qədər təkmilləşdirilmişdir. 
Dövlət gerbində verilmiş  rəmzi elementlər milli və  bəşəri 
dəyərlərə  əsaslanır. Səkkizguşəli ulduz Azərbaycanın memarlıq, 
şəbəkə  sənətində geniş istifadə olunan ornament növlərindəndir. 
Memar Əcəminin yaratdığı abidələrdə, Bakı Şirvanşahlar sarayındakı 
divanxananın plan quruluşu və or- 


 
96
 
namentlərində, Pirsaat çayı üzərindəki Xanəgahın mayolika 
naxışlarında ulduz təsvirləri vardır. 
Qalxan dünya heraldika sənətində ölkənin hərbi qüdrətini
xalqın qəhrəmanlıq əzmini ifadə edir. 
Palıd yarpaqları və sünbüllər şöhrət çələngini, qüvvəti, bolluğu 
ifadə edən ənənənin simvonlarındandır. 
Gerbimizin mərkəzində  şölə saçan alovun mahiyyəti 
M.Ə.Rəsuizadənin Milli Cümhuriyyət Parlamentinin ilk açılışındakı 
nitqində aydın ifadə olunmuşdur: “Azərbaycan bir atəş  mənbəyidir. 
Vətənimiz hər zaman kəndi sinəsində bir atəşi-müqəddəs 
bəsləmişdir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, 
bir şöleyi-ümid və inam təşkil eyləmişdir... Qəni bir atəş. Azərbaycan 
övladının sinələrinə düşən milyonlar ilə börkü yaxan bu atəş 
əbədiyyən sönməz bir məşələ  təşkil edib də hüriyyət və istiqlala 
doğru getdiyimiz maneəli yolları işıqlandırsın!” 
Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 19 
yanvar tarixli Konstitusiya qanunu ilə Azərbaycan Respublikası 
Dövlət gerbinin rəngli və  ağ-qara təsviri təsdiq edildi. 1993-cü il 
fevralın 23-də isə Azərbaycan Respublikası Dövlət gerbi haqqında 
əsasnamə təsdiq edildi. 
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin