Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#47953
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   38
D rs v saiti Az rbaycan Respublikas T hsil Nazirliyi Elmi-Metod

 
ƏSASNAMƏ 
 
l.Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan 
dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. 
Azərbaycan Respublikasının Dövlət himninə  dərin ehtiram 
bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur. 
 


 
100
2.Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda 
ifa olunur: 
a) dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və 
iclasların açılışı və bağlanışı zamanı; 
b) Hər gün Azərbaycan Respublikası milli televiziya və radio 
verilişlərinin əvvəlində və axırında; 
v) Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm 
tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, 
hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və 
incəsənət xadimlərinin  şərəfinə abidələrin və lövhələrin açılışı 
zamanı; 
q) Dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və 
təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər 
zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən; 
 ğ) Azərbaycan Respublikasına rəsmi görüşə  gələn xarici 
ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola 
salınarkən-müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra. 
3. Azərbaycan Respublikasının Dövlət himni orkestr, xor, 
orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və alətlər vasitəsilə 
ifa olunur. Bunun üçün səsyazma vasitələrindən də istifadə edilə 
bilər.Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam 
ifa olunur. 
4. Azərbaycan Respublikasının Dövlət himni “Azərbaycan 
Respublikasının Dövlət himni haqqında” Azərbaycan 
Respublikasının 1992-ci il 27 may tarixli Qanunu ilə  təsdiq edilmiş 
mətnə və musiqi redaksiyasına tam müvafiq surətdə ifa olunmalıdır. 
5. Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında 
ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya 
oxumalıdırlar. 


 
101
6. Hərbi hissələrdə, hərbi gəmilərdə, daxili işlər və milli 
təhlükəsizlik orqanlarında Azərbaycan Respublikasının dövlət 
himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, 
daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə 
aid  şəxslərin  əsgəri rəsmi təzim etməsi hərbi nizamnamələrlə  və 
Azərbaycan Respublikasının müdafiə naziri, daxili işlər naziri və 
milli təhlükəsizlik naziri tərəfindən müəyyən edilən qaydalarla 
tənzimlənir. 
7. Azərbaycan Respublikasının Dövlət himninin musiqisi və 
mətni əlifba kitabının birinci səhifəsində dərc olunur. 
Ümumtəhsil məktəblərində, texniki-peşə, orta ixtisas 
məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni 
dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət himninin 
öyrənilməsinə və ifasına həsr edilir. 
8. Respublika və beynəlxalq idman yarışları keçirilərkən 
Azərbaycan Respublikasının Dövlət himninin ifa olunması qaydası 
respublika və beynəlxalq idman təşkilatlarının mövcud praktikası 
nəzərə alınmaqla müəyyən edilir. 
9. Respublika idarələri və  təşkilatları xarici dövlətlərin 
ərazisində təntənəli tədbirlər keçirərkən Azərbaycan Respublikasının 
Dövlət himni Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 
müəyyən etdiyi qaydalara müvafiq surətdə, onların olduqları ölkənin 
praktikası və yerli adətləri nəzərə alınmaqla ifa edilir. 
10. Azərbaycan Respublikasının Dövlət himninin daxili işlər və 
milli təhlükəsizlik orqanlarında, tədris müəssisələrində, idman 
yarışları zamanı, habelə Azərbaycan Respublikasının idarələri və 
təşkilatları  tərəfindən xarici dövlətlərin  ərazisində  tədbirlər 
keçirilərkən ifa olunması qaydaları bu Əsasnamənin tələbləri  əsas 
götürülməklə müəyyən edilir. 
11. Bu Əsasnamənin dəqiq yerinə yetirilməsinə  nəzarət etmək 
dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, siyasi 
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin