99
likləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları,
hərbi paradlarda
nəzərdə tutulur.
Dövlət himninin mətni və melodiyası xalqın bütün sosial
təbəqələrinə asan anlaşılmalıdır.
ADR dövründə dahi bəstəkarımız Ü.Hacıbəyov
iki marş
yazmışdır. Onların hər ikisi 1966-cı ildə türk musiqişünası Etem
Üngörükün Ankarada nəşr etdirdiyi “Türk marşları” kitabında çap
olunmuşdur.
Dövlət himnimizin qəbulu məsələsi ortaya çıxanda əksəriyyət
Ü.Hacıbəyovun həmin marşlarından birini oranjiman etməklə himn
kimi qəbul edilməsi fikrini müdafiə etdi.
Beləliklə, yeni dövlət
himnimizin musiqisi yenə Ü.Hacıbəyovun oldu.
Mətnin isə görkəmli
şairimiz Əhməd Cavada məxsus olduğu qeyd edilir. Lakin son
zamanlar Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının
Ədəbiyyat İnstitutunun alimləri himnin mətninin
müəllifliyi barədə
apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1919-cu ildə
Bakıda nəşr olunmuş “Milli nəğmələr” məcmuəsində himnin
sözləri
“Cəmo bəy” imzası ilə çap olunmuşdur. Bu imza isə ADR dövründə
həm
parlament, həm də hökümət üzvü kimi fəaliyyət göstərmiş
publisist və şair Cəmo bəy Hacınskiyə məxsusdur.
Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart
tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında
əsasnamə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Dövlət himni haqqında
Dostları ilə paylaş: