Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə20/38
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#47953
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   38
D rs v saiti Az rbaycan Respublikas T hsil Nazirliyi Elmi-Metod

 
ƏSASNAMƏ 
 
l. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan 
dövlətinin suverenliyi rəmzidir. 
2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan 
üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir; üst zolaq mavi 
rəngdə, orta zolaq qırmızı  rəngdə, aşağı zolaq yaşıl rəngdədir. 
Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və 
səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 
l:2-dir. 
Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 
3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı 
bayrağın eninin 1/2-nə bərabərdir. 
Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki 
dairənin hissələri  şəklindədir; böyük dairənin diametri xarici 
düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə 
bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol 
tərəfdə, bayrağın eninin 1/60 bərabər olan məsafədə yerləşir. 
Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun 
xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin 
diametri isə 1/12-ni təşkil edir. 
 
 
 


 
93
3. Azərbaycan Respublikasının Dövlət bayrağı  aşağıdakı 
yerlərdə qaldırılır: 
a)Azərbaycan Respublikası Ali Sovetinin
Azərbaycan Respublikası Milli Məclisinin. 
Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, 
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin. 
Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin, 
Azərbaycan Respublikası rayon, şəhər,  şəhərdə rayon, qəsəbə  və 
kənd xalq deputatları Sovetinin İcra hakimiyyəti və  bələdiyyə 
orqanlarının. 
sessiyalarının keçirildiyi binaların üzərində-bütün sessiya 
dövründə; 
b) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan 
Respublikası Ali Sovetinin, 
Azərbaycan Respublikası Milli Məclisinin. 
Azərbaycan Respublikası Nazirlər Sovetinin, 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin. 
Naxçıvan Muxtar Respublikası Ali Sovetinin və Nazirlər 
Sovetinin, 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər 
Kabinetinin. 
Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin və 
Azərbaycan Respublikası yerli xalq deputatları Sovetləri icraiyyə 
komitələrinin 
İcra hakimiyyəti və bələdiyyə orqanlarının. 
binaları üzərində-daim asılır; 
v) dövlət orqanlarının və ictimai orqanların, müəssisələrin
idarələrin və  təşkilatların binaları, habelə yaşayış evləri üzərində-
martın 8-də, martın 21-də, aprelin 28-də, mayın 1-də və 2-də, mayın 
9-da, mayın 28-də, noyabrın 7-də. 
Qeyd edək ki, tarixi inkişafımızın sonrakı  mərhələsində 
oktyabrın 18-i, noyabrı 12-i, noyabrın 17-i və dekabrın 31-nin bayram 
elan edilməsi ilə əlaqədar olaraq həmin günlər də Dövlət bayrağının 
ucaldılması siyahısına daxil edilmiş və 


 
94
Azərbaycana aidiyyəti olmayan günlərdə-aprelin 28-i, mayın 1-i və 
2-i, mayın 9-u, noyabrın 7-i Dövlət bayrağının ucaldılması günləri 
siyahısından çıxarılmışdır. 
Yuxarıda göstərilən binalar üzərində Azərbaycan 
Respublikasının Dövlət bayrağını başqa bayram və xatirə günlərində 
də qaldırmağa icazə verilir. 
q) rəsmi şəxs sifəti iiə Azərbaycan Respublikası Prezidentinin, 
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası 
Baş Nazirinin və ya digər rəsmi (vəkil edilmiş)  şəxslərin mindikləri 
hava gəmilərində (Dövlət bayrağının gəmidə  təsvirləri), dəniz 
gəmilərində, daxili su yonlarında üzən gəmilərdə və başqa nəqliyyat 
vasitələrində-göstərilən şəxslərin razılığı ilə; 
d) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan 
Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikası Baş 
Nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət bayrağı 
dövlət orqanlarının, ictimai və dini orqanların, müəssisələrin, 
idarələrin və  təşkilatların keçirdikləri mərasimlər zamanı, digər 
təntənəli və bayram tədbirlər: zamanı da qaldırıla bilər. 
4. Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı 
Azərbaycan Respublikasının Dövlət bayrağı ilə bir vaxtda; 
qaldırılarkən   Naxçıvan   Muxtar   Respublikasının   Dövlət 
bayrağının ölçüsü Azərbaycan Respublikasının Dövlət bayrağının 
ölçüsündən iri ola bilməz. 
5. Azərbaycan Respublikasının Dövlət bayrağı  və onu təsviri 
ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə  əlavə edilən rəngli və 
sxematik təsvirlərə həmişə dəqiq uyğun gəməlidir. 
6. Azərbaycan Respublikasının gerbi və himni kimi, 
Azərbaycan dövlətinin suverenliyi rəmzi olan Azərbaycan 
Respublikasının Dövlət bayrağı da müqəddəs rəmzdir və onun hər 
cür təhqir edilməsi qanuna əsasən cəzalandırılır. 
7. Bu Əsasnamənin tətbiqi qaydalarını Azərbaycan 
Respublikasının Nazirlər Kabineti qəbul edir. 


 
95

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin