Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#47953
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   38
D rs v saiti Az rbaycan Respublikas T hsil Nazirliyi Elmi-Metod

 
ƏSASNAMƏ 
 
l.Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan 
dövlətinin müstəqilliyi rəmzidir. 
2.Azərbaycan Respublikasının Dövlət gerbi palıd 
budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq 
qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan 
Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, 
ulduzun mərkəzində alov təsviri vardır. 


 
97
Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində 
ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. 
Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd 
qozaları qızılıdır”. 
3. Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri 
vurulur: 
a) Azərbaycan Respublikası parlamentinin binasına, iclas 
salonuna və parlament sədrinin xidməti kabinetinə; 
b) Azərbaycan Respublikası prezidentinin iqamətgahına və 
xidməti kabinetinə; 
v) Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi 
tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi 
və Ali Arbitraj Məhkəməsi sədrlərinin xidməti kabinentlərinə; 
q) yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas 
salonlarına; 
d) Azərbaycan Respublikası qanunvericiliyində  nəzərdə 
tutulmuş hallarda dövlət orqanlarının binalarına; 
e) Azərbaycan Respublikasının diplomatik və ticarət 
nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına; 
4. Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən 
istifadə olunur: 
a) Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət 
orqanlarının möhürlərində; 
b) Azərbaycan Respublikası qanunlarının, parlamentin 
qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında; 
v) bu əsasnamənin 3-cü maddəsində göstərilən dövlət 
orqanlarının sənədlərinin blankında (binalarının lövhələrində); 
q) Azərbaycan Respublikası Milli Bankının biletlərində və milli 
pul vahidlərində, Azərbaycan Respublikasının qiy- 


 
98
mətli kağızlarında, dövlət istiqrazlarında və lotereya biletlərində; 
d) Azərbaycan Respublikası  vətəndaşının pasportunda, 
Azərbaycan Respublikası  vətəndaşına verilən diplomatik və başqa 
xarici pasportlarda; 
e) Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində
ə) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən 
edilmiş hallarda Dövlət sərhəd nişanlarında; 
5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan 
Respublikası Dövlət gerbinin təsvirinin mütləq vurulmalı olduğu 
başqa hallar da nəzərdə tutula bilər. 
6. Bu əsasnamədə göstərilən hallardan başqa Azərbaycan 
Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ 
Azərbaycan Respublikasının parlamenti tərəfində verilə bilər. 
7. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan 
möhürlərin və  sənəd blanklarının hazırlanması, istifadə olunması, 
saxlanılması və məhv edilməsi qaydası Azərbaycan Respublikasının 
Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 
8. Azərbaycan Respublikası Dövlət gerbinin verilən təsviri bu 
əsasnaməyə əlavə edilən rəngli və ya ağ-qara təsvirə ölçüsündən asılı 
olmayaraq, həmişə dəqiq surətdə uyğun gəlməlidir. 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin