Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən


partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqlarının və digər



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə25/38
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#47953
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   38
D rs v saiti Az rbaycan Respublikas T hsil Nazirliyi Elmi-Metod


partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqlarının və digər 
ictimai qurumların rəhbərlərinə həvalə olunur. 


 
102
 
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ 
 
Azərbaycan! Azərbaycan! 
Ey qəhrəman övladın şanlı Vətəni! 
Səndən ötrü can verməyə cümlə hazırız! 
Səndən ötrü qan tökməyə cümlə qadiriz! 
Üçrəngli bayrağınla məsud yaşa! 
Minlərlə can qurban oldu! 
Sinən hərbə meydan oldu! 
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu! 
Sən olasan gülüstan, 
Sənə hər an can qurban! 
Sənə min bir məhəbbət 
Sinəmdə tutmuş məkan! 
Namusunu hifz etməyə, 
Bayrağını yüksəltməyə 
Cümlə gənclər müştaqdır! 
Şanlı Vətən! Şanlı Vətən! 
Azərbaycan! Azərbaycan! 
 
Keçən  əsrin sonunda milli dövlətçiliyimiz dirçəlmiş, müstəqil 
Azərbaycan Respublikası dünya dövlətləri sırasında layiqli yer 
tutmuşdur. Bayrağımız, gerbimiz, himnimiz ictimai-siyasi və  mədəni 
həyatımızın bütün sahələrində geniş yayılmış, Konstitusiya qanununun 
tələblərinə uyğun respublikamızın bütün ərazisində  və beynəlxalq 
miqyasda bərqərar olmuşdur. 
Azərbaycan Respublikası dövlət rəmzlərinin statusu 1995-ci il 
noyabrın 12-də ümumxalq referendumunda qəbul olunmuş 
Azərbaycan Respublikasının Konstitusiyasında müəyyənləşdi-
rilmişdir: 
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri. 
l. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan  


 
103
Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət 
gerbi və Azərbaycan Respublikasının dövlət himnidir. 
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç 
üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı 
zolaq yaşıl rəngdədir və  qırmızı zolağın ortasında bayrağın hər iki 
üzündə  ağ  rəngli aypara və  səkkizguşəli ulduz təsvir edilmişdir. 
Bayrağın eninin uzununa nisbəti l:2-dir. 
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan 
Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası 
Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən 
edilir. 
Maddə 75. Dövlət rəmzlərinə hörmət. 
Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət 
rəmzlərinə-bayrağına, gerbinə və himninə hörmət etməlidir.  

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin