Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən


§ 5. AZƏRBAYCANIN MADDİ   VƏ MƏNƏVİ



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə27/38
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#47953
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   38
D rs v saiti Az rbaycan Respublikas T hsil Nazirliyi Elmi-Metod

§ 5. AZƏRBAYCANIN MADDİ   VƏ MƏNƏVİ   
MƏDƏNİYYƏTİ 
 
Azərbaycan bəşər mədəniyyətinin ilkin məskənlərindən biridir. 
Bu  ərazidə  hələ iki milyon il bundan əvvəl insanın yaşaması üçün 
əlverişli  şərait olmuşdur. Azərbaycan xalqı da bu yerdə  bərqərar 
olmuş, özünün təsərrüfat həyatını, maddi-mənəvi mədəniyyətini 
yaradaraq dünyanın  ən qədim və  mədəni xalqlarından biri kimi 
tanınmışdır. 
Hər bir xalq üçün öz ölkəsinin tarixi, keçdiyi inkişaf yolu, 
mədəniyyəti maraqlıdır. Çünki, keçmiş  nəsillərin nailiyyətlərini 
bilmədən yenilərini yaratmaq çətindir.  Əsrlər boyu nəsillərin öz 
təcrübələrini bir-birinə ötürmələri nəticəsində müxtəlif sahələrdə 
müvəffəqiyyətlər qazanılmışdır. Bu vəziyyət insan cəmiyyətinin 
bütün dövrlərində qanunauyğun şəkildə davam etmişdir. 
Maddi-mədəniyyət abidələrinin qalıqları  əsasında o dövrün 
müxtəlif sahələri haqqında fikir söyləmək mümkündür. Hər bir daş 
alət, saxsı, dəmir, tunc əşya qalıqları  ətrafında alimlərin apardıqları 
elmi araşdırma və mübahisələri məsələlərə aydınlıq gətirməyə 
qadirdir. 
Dünyada mövcud olan yazılı  mənbələrin tarixi beş min ildən 
artıq deyildir. Lakin Azərbaycan  ərazisində yaşamış  ən qədim 
əhalinin tarixi iki milyon ilə çatır. 
Bəzən yazılı abidələrdə söylənilən fikrin maddi mədəniyyət 
qalıqları əsasında səhv olduğu aydınlaşdırılır. Mənbələrdə yol verilən 
bu cür təhriflər adətən qədim və orta əsr tarixçilərinin qulluq etdikləri 
hökmdarların hakimiyyətini həddindən artıq  şişirtmələrindən və s. 
irəli gəlir. 
Eramızdan əvvəl I əsrin axırında və eramızın I əsrində yaşamış 
yunan coğrafiyaşünası Strabonun da albanlar haqqın mülahizələrini 
albanlar yaşayan  ərazidən tapılan mədəniyyət qalıqarı  təkzib edir. 
Belə ki, Strabonun firinə görə, ulu əcdadlarımız olan albanlar yüzdən 
çox saya bilmə- 


 
111
miş, pul tanımamış, ticarət etməyi bacarmamışlar. Lakin Şamaxı 
rayonunun Dərə  Xınıslı  kəndi yaxınlığında 1958-ci ildə üzümlüklər 
salmaq məqsədilə aparılan təsərrüfat işləri nəticəsində  aşkar edilən 
“Xınıslı  dəfinəsi” Strabonun fikrinin yanlış olduğunu sübut etdi. 
Tədqiqat nəticəsində 300-dən artıq sikkə  əldə edildi ki, onların  ən 
qədimi Lisimaxın (e.ə.323-281) adından Frakiyada zərb edilən 
Tetradraxana, ən axırıncısı isə III Fratın (e.ə. 70 (69-58) 57) Arşaki 
draxmasıdır. Ehtimala görə  dəfinə eramızdan  əvvəl təqribən I əsrin 
III rübündə basdırılmışdır. Burada eyni zamanda küllü miqdarda 
bənzətmə alban sikkələri də vardır. 
Bu dəfinənin aşkar edilməsi bir çox məsələlərə aydınlıq gətirdi. 
Sikkələr əsasında həm əvvəllər ayrı-ayrı yerlərdən tapılmış naməlum 
pullar haqqındakı elmi təsəvvürlər genişləndi, həm də e. ə. 
Albaniyada yerli sikkələr kəsildiyi və geniş pul-əmtəə  tədavülü 
olduğu müəyyənləşdirildi. Dəfinədə  aşkar edilən müxtəlif formalı, 
zövqlə  bəzədilmiş keramika şüşə qablar və metal məmulatı  şəhərdə 
sənətkarlığın, Ön Asiya, Roma və qonşu ölkələrdən gətirilmiş 
müxtəlif  əşyalar isə geniş iqtisadi və  mədəni  əlaqələrin olduğunu 
göstərir. 
Maddi-mədəniyyət abidələri ölkəmizin lap qədimdən qonşu və 
xarici dövlətlərlə dostluq, düşmənçilik münasibətlərini də əks etdirə 
bilir. Arxeoloji qazıntılar zamanı tapılan skiflərə məxsus ox ucluqlar 
eramızdan  əvvəl kimmeri və skif tayfalarının Azərbaycandan 
keçmələri, müqavimətə rast gəlmələri haqqında müəyyən təsəvvür 
yaradır. 
Qobustanda-Böyükdaş dağının  ətəyində tapılan latın dilindəki 
kitabə isə romalıların Zaqafqaziyaya yürüş etmələri barədə məlumat 
verir. 
Beləliklə, məlum olur ki, minilliklər  ərzində insanların 
yaratmış olduğu maddi-mədəniyyət qalıqları tariximizin 
öyrənilməsində əvəzsiz mənbədir. 


 
112
 
Azərbaycanın maddi-mədəniyyət abidələri ilə  zəngin olması 
antik tarixçiləri, coğraliyaşünasların və  səyyahların ölkəmizə xüsusi 
maraq göstərməsinə səbəb olmuşdur. Lakin onların verdiyi məlumatlar 
XIX  əsrə  qədər tarixçilərin diqqətini özünə  cəlb etməmişdir. 
Azərbaycanın Rusiya ilə birləməsindən sonra bu ölkəyə diqqət xeyli 
artmışdır. 
1829-cu ildə Rusiya İmperator Arxeologiya komitəsi tərəfindən 
Azərbaycana ezam edilən rus arxeoloqu A.Yanovski qədim Yunan 
tarixçisi Böyük Plininin “Təbiətin tarixi” adlı  əsərində göstərdiyi 
toponimlər  əsasında 1846-cı ildə “Qədim Qafqaz Albaniyası” adlı 
yazı çap etdirdi. 1862-ci ildə fransalı  şərqşünas səyyah A.Berje 
Muğandakı yerüstü tarixi abidələr haqqında məlumat verdi. 
Göründüyü kimi rus arxeoloqları ilə yanaşı,  əcnəbi həvəskarlar da 
Azərbaycanın maddi sərvətlərinə maraq göstərmişlər. Lakin onların 
bu maraqları Azərbaycan tarixini araşdırmaq, aydınlaşdırmaq 
məqsədilə deyil, sadəcə olaraq asan yolla qiymətli əşyalar əldə etmək 
məqsədi daşımışdır. Belə ki, 1884-cü ildə fransız səyyahı Dübua de 
Manpera Xanlar rayonu ərazisində qazintı işi aparmış və əldə etdiyi 
tunc əşyaları, qara rəngli boyalı qabları öz ölkəsinə göndərmişdir. 
XIX  əsrin II yarısından başlayaraq Gədəbəy mis mədənləri 
xarici kapitalistlərin diqqətini cəlb edir və onlar büraya gələrək 
misəridən zavodlar inşa etməyə başlayırlar. Bu zaman aşkar olunmuş 
maddi mədəniyyət abidələrindən çaxmaq daşından hazırlanmış 38 
daş aləti Berlinə göndərirlər. Ümumiyyətlə, 1888-1889-cu illər 
ərzində alman kapitalistləri V.Belk və Virxov Şamxor  ərazisində 
əksəriyyəti daş qutu tipindən olan 800-ə yaxın qəbir açdılar ki, 
oradan  əldə etdikləri mədəniyyət abidələrini Almaniyanın Hamburq 
və Münhen muzeylərinə satdılar. 
Qeyd edək ki, XIX əsrin 30-cu illərindən 70-ci illərinə  qədər 
aparılan arxeoloji qazıntılar kortəbii xarakter daşımışdır. 
 


 
113
Ancaq 1871-ci ildə Tiflis şəhərində  təsis edilən Qafqaz 
Arxeoloji Komitəsi 1872-ci ildə Qafqaz arxeologiya həvəskarları 
cəmiyyəti adlandırıldı. Bu cəmiyyətin 1881-ci ildə çağırılmış 
qurultayı Qafqazın arxeoloji baxımdan tədqiqini zəruri hesab etdi. 
Azərbaycan  ərazisinin nisbətən sistemli tədqiqi də o zamandan 
etibarən başlandı. Ancaq mədəniyyət sərvətlərimizin talanması yenə 
ara vermədi. 1896-cı ildə Moskva Arxeoloji cəmiyyətinin üzvü 
A.A.İvanovski və  Şuşa realni məktəbinin alman dili müəllimi Emil 
Resler Gədəbəy və Qalakənd  ərazisində 72 daş qutu qəbir aşkar 
etdilər və oradan çıxarılan maddi-mədəniyyət abidələrini Moskva 
Dövlət Tarix Muzeyinə göndərdilər. 
1901-ci ildə Tiflisdə yaradılan Moskva Arxeoloji Cəmiyyətinin 
Qafqaz  şöbəsi də Azərbaycanın arxeoloji baxımdan öyrənilməsində 
mühüm rol oynadı. Belə ki, tədqiqatlar nəticəsində  əldə edilən 
maddi-mədəniyyət abidələri yuxarıda qeyd etdiyimiz şöbənin 
arxivində mühafizə olunmağa başlandı. 
1908-1920-ci illər ərzində Gəncəçay ərazisində arxeoloji kəşfiyyat 
aparan V.Ter-Qukasov Azərbaycanın tunc dövrünə aid aşkar etdiyi 
maddi-mədəniyyət abidələrini 1920-ci ildə yaradılan Azərbaycan 
Tarix Muzeyinə vermişdir. 
Azərbaycanın arxeoloji cəhətdən inqilaba qədər tədqiqi və 
təhlili göstərir ki, ilk dövrlərdə qazıntı işləri aparan şəxslər qiymətli 
hesab etdikləri nümunələri götürmüş, qiymətsiz bildiklərini isə özləri 
də bilmədən məhv etmişlər. 
Onu da qeyd etmək lazımdır ki, “İnqilaba qədər Azərbaycanda 
ölkənin tarixini tədqiq etməyə qadir olan xüsusi hazırlıqlı peşəkar 
tarixçi və mütəxəssis yox idi”. 
1923-cü ildə  təşkil edilən “Azərbaycan Arxeoloji komitəsi” 
Azərbaycan arxeologiyasının planlı  şəkildə öyrənilməsində xüsusi 
xidmət göstərdi. 


 
114
1925-1926-cı illərdə Dağlıq Qarabağ, Qəbələ, Naxçıvan 
ərazilərində aparılan ekspedisiyalar nəticəsində ilk arxeoloji xəritələr 
tərtib edilərək 29 qədim maddi-mədəniyyət abidəsi qeydə alındı. 
Azərbaycanın arxeoloji cəhətdən ardıcıl öyrənilməsində 1927-
ci ildə yaradılan “Azərbaycanın Tarix, İncəsənət və  Təbiət 
Abidələrini qoruyan Komitə” də mühüm rol oynadı. 
1920-1930-cu illər  ərzində Azərbaycan  ərazisində aparılan 
arxeoloji qazıntıların nəticələri haqqında arxeologiya komitəsinin 
elmi  əsərlərində maraqlı yazılar dərc olundu (“Azərbaycan 
Arxeologiya Komitəsinin  əsərləri” 1925/26, “Azərbaycanın Tədqiq 
və  Tətəbbö Cəmiyyətinin xəbərləri” 1926/29, “Azərbaycanın Tarix, 
İncəsənət və  Təbiət Abidələrini Qoruyan komitənin xəbərləri” 
1927/29 və s.). 
30-cu illərin  əvvəllərindən başlayaraq arxeoloji qazıntılarla 
məşğul olan mərkəzlər öz fəaliyyət dairələrini xeyli genişləndirirlər. 
Azərbaycanı  tədqiq edən və öyrənən cəmiyyətin bazası  əsasında 
Azərbaycan Elmi-Tədqiqat  İnstitutu yaradılır. Cəmiyyətin tarix-
etnoqrafiya  şöbəsi də bu institutun tabeliyinə verilir. Həmin  şöbə 
Azərbaycan etnoqrafiyasının öyrənilməsində mühüm rol oynayır. 
Bundan sonra Azərbaycanın arxeoloji baxımdan öyrənilməsi 
pərakəndə  şəkildə müxtəlif qurumlar tərəfindən deyil, elmi şəkildə, 
xüsusi planla Elmi-Tədqiqat İnstitutu tərəfindən həyata keçirilmişdir. 
Yuxarıda qeyd etdik ki, Azərbaycan çoxəsrlik zəngin bir tarixə 
malikdir. Bu tarixin izləri şifahi xalq yaradıcılığında, yazılı və tarixi 
mənbələrdə öz əksini tapmışdır. Həmin yadigarların bir hissəsi yerin 
altında və üstündə mühafizə olunaraq bugünkü nəsillərə  gəlib 
çatmışdır. Bu abidələr insan cəmiyyətinin lap əvvəllərindən 
ulularımızın irsini özlərində yaşatmışlar. 


 
115
Tariximizin və  mədəniyyətimizin nadir şahidləri olan maddi-
mədəniyyət abidələrini xronoloji ardıcıllıqla aşağıdakı kimi 
qruplaşdırmaq olar: 
l. Qədim və Orta əsrlər tarixi abidələri. 
2. İnqilabi mübarizə abidələri. 
3. Sovet Azərbaycanının tarixi abidələri. 
4. Müstəqil Azərbaycanın mübarizə dövrü abidələri. 
Növlərinə görə isə bu abidələr belə ayrılır: qədim yaşayış 
yerləri, qəbirstanlıqlar, orta əsrlər  şəhər və  kənd xərabələri, qaya 
rəsmləri, menqerlər (dik daşlar), məbədlər, dəfinələr və s. 
Bəzən ibtidai insanlar öz məskənlərində uzun müddət 
yaşamamışlar. Lakin buna baxmayaraq təsərrüfat və  əmək 
qalıqlarının bu yaşayış yerlərində müəyyən iziəri qalmışdır. Getdikcə 
ilk insan məskənləri uzun müddətli yaşayış yerlərinə çevrilmişdir. 
Arxeologiyada mədəni təbəqə adlandırılan torpaq qatı insanların 
həyat və təsərrüfat fəaliyyətindən əmələ gəlmişdir. 
İbtidai insanların ilk sığınacaq yerləri təbii mağaralar 
olmuşdur. Kiçik və Böyük Qafqaz, Talış dağlarının  ətəkləri belə 
mağaralarla zəngindir. Tədqiqat zamanı bu mağaralardan daş dövrü 
insanlarının istifadə etdikləri alətlər və s. tapılmışdır. Bu dövrdə 
insanlar  əsasən çaxmaq, kvasid, dəvə-gözü və başqa bərk daşlardan 
istifadə etmişlər. 
Azərbaycanda düzənliklərdə salınmış yaşayış yerləri də az 
deyildir. Bu yerlərdə əmələ gəlmiş mədəni təbəqənin qalınlığı yaşayış 
müddəti ilə bağlıdır. Müxtəlif səbəblərə görə, yəni hücum və yanğın 
zamanı, təbii hadisələr vaxtı insanlar öz məskənlərini tərk etdiklərinə 
görə boş qalmış binalar toz-torpaqla örtülmüş  və yerin altında 
qalmışdır. Naxçıvan  şəhəri yaxınlığında yerləşən Kültəpə, Qazax 
rayonunun qərbindəki Sarıtəpə belə abidələrdəndir. Bu növ təpələr 
Mil və Muğan düzənlərində də mövcuddur. 


 
116
 
Onu da qeyd etmək lazımdır ki, ictimai quruluşun dəyişməsi 
yaşayış  məskənlərinin forma və quruluşunun da dəyişməsinə  səbəb 
olmuşdur. 
50-ci illərin sonlarında Qazax rayonunun Sarıtəpə adlanan 
ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində Qafqazda ilk dəfə 
olaraq eramızdan  əvvəl I minilliyə aid aşkar olunmuş  məbəddə büt 
hesab olunan heyvanların gildən düzəldilmiş  təsvirləri tapılmışdır. 
Geniş bir evdən ibarət olan məbədin içərisində dini xarakter daşıyan 
tikililər də diqqəti cəlb edir. Bu bina xarakterinə görə Bakının 
Suraxanı rayonu ərazisində yerləşən Atəşgahı xatırladır. 
Maddi mədəniyyət abidələrinin dövrlərə görə bölünməsi tarix 
və etnoqrafiya elminin müştərək fəaliyyəti nəticəsində mümkün 
olmuşdur. 
Qədim və Orta əsrlər tarixi abidələri sırasına aid edilən 
Qobustan Bakının 60 kilometr cənubunda, Xəzər dənizindən 3 
kilometr aralı bir məsafədə yerləşir. Qobustan ərazisində Böyükdaş, 
Kiçikdaş, Yazılı  təpə  və başqa qaya silsilələri ucalır. Bu qayalıqlar 
üzərində iki mindən artıq nəsli kəsilmiş heyvan təsvirlərinə,  ən 
ibtidai geyim və müxtəlif dini ayin səhnələrinə  təsadüf edilir. Bu 
təsvirlərin ən qədimləri 3-4 min il bundan əvvələ aiddir. 
Azərbaycanın məşhur tarixi abidələrindən biri də XII əsrdə 
tikilmiş Qız qalasıdır. Bu qalanı memar Məsud Davud oğlu tikmişdir. 
Abidənin hündürlüyü 28 metr, diametri isə  16-16,5 metrdir. 
Bakı  şəhər dumasının 1914-cü il 15 mart tarixli iclası  ında 
Azərbaycanın möhtəşəm abidələrindən olan Qız qalası barədə 
qaldırılan bir məsələ xüsusilə diqqəti cəlb edir. İclasda Qız qalası 
yerləşən  ərazinin satılması  və bu qalanın sökülməsi məsələsi 
müzakirə olunmuşdur. Burada liman binası  və 100 nəfər adam 
yerləşən kazarma tikintisi nəzərdə tutulurdu. Dumada olan xalq 
“nümayəndələrindən” biri isə bu məsələyə haqq qazandıraraq 
demişdir: 


 
117
“Abidələr nədir? Bütpərəstlikdən başqa heç nə! Qız qalası bizə 
nə verir? Zərər və  təmir üçün xərclərdən başqa heç bir şey! Birdən 
uçsa, bədbəxt hadisəsiz də keçməyəcək. Qalanın  əvəzinə bizə 
qiymətli torpaq sahəsi təklif edirlər ki, bunun da küllü miqdarda pul 
dəyəri vardır. Onun üçün ağlamağa dəyməz... Tək tarixlə yaşamaq 
olmaz!” 
Lakin müzakirənin sonunda yekdil fikrə gələ bilmədikləri üçün 
təsadüf nəticəsində Qız qalası uçurulmaqdan xilas olur. 
Azərbaycanın görkəmli memarı Əbubəkir Əcəminin memarlıq 
tarixində əvəzsiz xidmətləri vardır. O, XII əsrdə Naxçıvanda yaşamış 
və memarlığımızın layiqli incilərindən sayılan Atababa və 
Mömünəxatun məqbərələrini yaratmışdır. 
Dəyərli memarlıq abidələrindən biri olan Şəki Xan sarayı 
1797-ci ildə memar Hadəli Zeynalabdin tərəfindən tikilmişdir. 
Çar hökuməti zamanı Şəki Xan sarayında bir dəfə bərpa işləri 
aparılmışdır. Lakin bu, abidəni mühafizə etmək məqsədilə deyil, 
Qafqaz Canişininin həkimlərin məsləhəti ilə yayı  Şəkidə keçirmək 
qərarına görə yerinə yetirilmişdir. 
Qədim və Orta əsrlər abidələri haqqında danışdıqlarımızla 
yekunlaşmır. Bu abidələrin sırasına azərbaycanlıların “Dəmir qapı 
Dərbənd” (Dərbənd sözü fars dilində bağlı qapı deməkdir) səddi, 
Şirvanşahlar sarayı, Cin məscidi (1376-cı ildə tikilmiş bu məscid 
kasıb əhaliyə məxsus olduğu üçün memarlıq baxımından bir o qədər 
də  zəngin deyildir), Sınıq-Qala (1723-cü ildə I Pyoturun qoşunları 
Bakını atəşə tutduqları zaman minarə çatlamış  və sonradan bu adı 
qazanmışdır), Cümə  məscidi (XIV əsr), Mərdəkanda yerləşən 
dəyirmi qüllə (Bu qülləni 1233-cü ildə Şirvanşah II Mənuçöhrin oğlu 
I Fərrux Yəzdin  əmrinə  əsasən memar Əbülməcid ibn Məsud 
tikmişdir. Qüllənin hündürlüyü 12 metrdir.) 


 
118
və Azərbaycanın digər bölgələrində  aşkar edilmiş tarixi abidələr 
daxildir. 
İnqilabi mübarizə abidələrinin yaranması isə XIX əsrin sonu 
XX əsrin əvvəllərinə təsadüf edir. 
Rusiya inqilabı tarixində görkəmli rol oynamış gizli “Nina” 
mətbəəsi V.İ.Leninin göstərişi ilə Bakıda təşkil olunmuşdur. 
Sabunçuda “Elektriçeskaya sila”, “Neft sənaye fəhlələri ittifaqı”, 
“Qudok” qəzeti redaksiyası (1907) və s. inqilabi mübarizə 
abidələridir. 
Bakıdakı Lenin muzeyi (indi İstiqlal muzeyi adlandırılır.), 
Gəncədə dahi Azərbaycan  şairi Nizami Gəncəvinin məqbərəsi, 
Nizami muzeyi və s. isə Sovet Azərbaycanının abidələri sırasına 
daxildir. 
Müstəqil Azərbaycanın tarixi abidələrinə isə xalqımızın qan 
yaddaşı olan “Şəhidlər xiyabanı”, müstəqilliyimiz uğrunda 
döyüşlərdə həlak olmuş milli qəhrəmanların abidələri və s. aiddir. 
Maddi mədəniyyət abidələri, yəni memarlıq abidələri bəşər 
mədəniyyətini nəsillərdən nəsillərə sözsüz, əlyazmalar, kitablar isə 
sözlə ötürür. Dünyanın bütün xalqları bəşər dühasının yaratdığı əsas 
sərvəti yazılarda qoruyub saxlamış, bu günkü nəsillərə çatdırmışdır. 
Zəngin mədəniyyət ocaqlarımızdan biri olan Azərbaycan 
Əlyazmaları institutunda minlərlə  əlyazma saxlanılır. Bu institut 
1924-cü ildə Ümumazərbaycan Diyarşünaslıq muzeylərinin I 
qurultayında yarandı. Azərbaycan SSR Nazirlər Sovetinin 12 oktyabr 
1950-ci il qərarına  əsasən o, müstəqil elmi-tədqiqat müəssisəsinə 
çevrildi. Buradakı yazılı abidələr müxtəlif elm sahəsini əhatə edir. 
Belə yazılı abidələrdən biri də Yaxın  Şərq, eyni zamanda 
Azərbaycan mədəniyyətinin  ən qədim abidəsi olan “Avesta”dır. Bu 
abidə atəşpərəstlərin qanunlar məcəlləsi olub b.e. 9-6 əsr əvvəl Yaxın 
və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda yaranmışdır. Bir 
neçə əsr ərzində 


 
119
yaranmış “Avesta”da əks olunan dünyabaxışında  İran, Azərbaycan 
və onlarla həmsərhəd olan ölkələrdəki qədim insanların kainat və 
dünya haqqındakı təsəvvürləri öz əksini tapmışdır. 
“Avesta” Avropaya XVIII əsrdə  məlum olmuşdur. Fransız 
alimi Anketil dü-Perron 1771-ci ildə “Avesta”nı fransız dilinə 
tərcümə etmişdir. Elə o zamandan bütün Qərb dünyası bu qədim 
mədəniyyət abidəsi ilə maraqlanmağa, onu tədqiq etməyə 
başlamışdır. 
Yuxarıda qeyd etdiyimiz kimi “Avesta” müxtəlif dövr və 
ərazilərdə  tədricən formalaşan və  hər dövrün ictimai-siyasi, dini, 
mədəni dünyagörüşlərini özündə əks etdirən bir abidədir. 
Mənbələrdə “Avesta”nın 21 kitabdan ibarət olması haqqında 
məlumat verilir. Əslində isə “Avesta” hər biri 7 kitabdan ibarət üç 
hissəyə bölünmüşdür: 
l. Qasanik-Qatlar və onlara aid olan məntlər. 
2. Hatak-Manearik-elmi sxolastikaya aid mətnlər. 
3. Datik-Hüquqi mətnlər. Xüsusi qanunlardan ibarət və 
kahinlər üçün nəzərdə tutulur. 
Orta  əsr fars dilli mənbələrdə (“Denkart”) bu kitablar (Nask) 
haqqında belə məlumat verilir: 
I-Xeyirxahlıq və alicənablıqdan bəhs olunur. 
II-Dini mərasimlər. 
III-Mazdayasna dini və onun doktrinası. 
IV-Dünyanın yaranma tarixi, yaşadığımız dünya və axirət, 
qiyamət günü haqqında. 
V-Astronomiya haqqında. 
VI-Paklaşma mərasimi qaydaları haqqında. 
VII-Kahinlərin həyatı haqqında. 
VIII-Hüquqi təlimatlar. 
IX-Viştaspın hakimiyyəti, Zaratuştranın təliminin qəbul 
edilməsi 


 
120
 
 
XII-Bəşəriyyətin tarixi (əsasən  İran  şahlarının genetik 
hakimiyyəti) 
XIII-Zaratuştranın həyatı haqqında. 
XV-Ədalətli və pak işlər haqqında 
XVI-Cinayət, vətəndaşlıq və  hərbi hüquq. Nigah qaydaları 
haqqında. 
XVII-Mərasimlərdə kahinlərin rol və vəzifələri. Onların savadı 
haqqında. 
XVIII-Mülki və ailə hüququ. 
XIX-Vendidat. 
XX-Xeyirxahlıq və ruhun axirətdə taleyi haqqında. 
XXI-Ahura Məzda və Ameşa Spentaların tərifi 
Ərəb istilası nəticəsində “Avesta” mətnlərinin böyük bir hissəsi 
məhv olmuşdur. Ancaq onun əsasını  təşkil edən mətnlər xüsusi 
vasitələrlə qorunub saxlanmışdır. Sonralar Zərdüştilərin bir hissəsi 
Hindistana getmiş  və “Avesta”nı öz müasir pazend dilinə  tərcümə 
etmişlər. Zərdüştilik təlimi və onun ənənələri sonrakı dövrlərdə İslam 
mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. 
Türkdilli xalqlara məxsus qədim yazılı abidələrdən biri də 7-11-
ci əsrlərə aid olan Orxon-Yenisey abidələridir. 
Orxon-Yenisey əlifbası ilə daş, bəzək, məişət əşyaları, kağız və 
s. üzərində yazılmış bu abidələrdən ilk dəfə XII əsrdə tarixçi 
Alaəddin Ata Məlikin “Cüveyni tarixi cahan-güşa” adlı  əsərində 
məlumat verilir. Lakin bu faktlar avropalılara çatmadığından uzun 
müddət diqqətdən kənar qalır. Avropalılar Orxon-Yenisey abidələri 
haqqında ilk məlumatı Niderlandın paytaxtı Amsterdam şəhərinin 
burqomistri Nikolay Vidzendən almışlar. Onun 1692-ci ildə çapdan 
çıxmış “Nord and Oost Tartarye” kitabında abidələr barədə məlumat 
verilir. 
N.Vidzendən sonra Tobol boyarlarından birinin oğlu Semyon 
Remezov Orxon-Yenisey abidələrindən bəhs edir. 


 
121
Bu  şəxs 1696-cı  ıldə I Pyotrun əmri ilə “Sibirin bütün şəhər və 
torpaqlarının xəritəsi” və “Bütün susuz və  çətin keçilən daşlıq çol 
torpaqlarının xəritəsi” adlı iki xəritə tərtib edərək 1697-ci ildə onları 
çap etdirmişdir. O, bu xəritələrdə Talas çayı sahilində, Qırğızıstan, 
Talas şəhərinin yanında topoqrafik   işarə   olaraq   “Orxon   daşı” 
işarəsini   qoymuşdur. 
Məlumdur kı xeyli sonralar 1896-1897-ci illərdə V.Kallaur və 
Q.Heykel bu işarənin qeyd edildiyi yerdə  qədim türk əlifbası ilə 
yazılmış və türkologiyada Talas kitabələri adı ilə tanınmış qədim türk 
abidələrini tapmışdır 
Ümumiyyətlə, nə N.Vidzen, nə  də S.Remezov qədim turk 
Orxon-Yenisey abidələrı haqqında elmi baxımdan  əhəmiyyətlı bir 
fikir söyləməmişlər.  Əsasən XVIII əsrdən başlanaraq bu abıdələr 
haqqında elmi fikir formalaşmağa başlayır.  
1793-cü ildə akademik Pallas Orxon-Yenisey abidələrindən bir 
neçəsinin mətnini nəşr etdirir. Qədim türk abidələrinindaha geniş 
öyrənilməsi XIX əsrdən başlanır.  İlk dəfə1892-ci ildə abidənin 
əlifbasını açmış, V.Radlov isə 1894-cü ildə abidədəki mətnləri 
oxumuş, almancaya tərcüməsi ilə birgə 1895,  1897, 1899-cu illərdə 
Peterburqda çap etdirmişdir. Orxon-Yenisey abidələri tapıldığı 
əraziyə əsasən yeddi qrupa bölünür: 
l) Şimali Monqolustan,  
2)Yenisey, 
3) Lena-Baykal,  
4) Altay,    
5) Şərqi Türkmənistan,  
6) Orta Asiya,  
7) Şərqi Avropa. 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin