Azərbaycan Respublikasının Konstitusiyası.
§4. MƏDƏNİYYƏTDƏ MİLLİLİK
VƏ BEYNƏLMİLƏLÇİLİK
Mədəniyyətin inkişafı cəmiyyətin obyektiv qanunlarına
əsaslanır. Bu baxımdan mədəniyyət spesifik, xüsusi və ümumi
qanunlar əsasında inkişaf edir. Spesifik qanunlar yalnız cəmiyyətin
müəyyən mərhələsində mövcud olan mədəniyyətdə, xüsusi qanunlar
məzmun baxımından yaxın olan mədəniyyət tiplərində, ümumi
qanunlar isə bəşər mədəniyyətinin inkişafı prosesində fəaliyyət
göstərir. Qeyd etdiyimiz qanunlar öz inkişafında bir-biri ilə vəhdət
təşkil edir. Qanunların belə vəhdəti müxtəlif tipli mədəniyyətlər
arasında da əlaqəyə səbəb olur. Nəticədə mədəniyyətin inkişafında
təkcə, xüsusi və ümuminin əlaqəsi meydana çıxır. Bu nöqteyi-
nəzərdən mədəniyyətin milli xüsusiyyətlərinin və beynəlmiləl
xarakterinin öyrənilməsi müəyyən mənada xü-
104
susinin ümumiyə, ümuminin isə xüsusiyə münasibətindən, nisbət və
vəhdətindən asılıdır.
Hər hansı milli mədəniyyət digərindən özünəməxsus
xüsusiyyətlər və spesifık cəhətlərlə fərqlənir. Lakin milli
mədəniyyətlərin fərqlərinə baxmayaraq onların arasında ümumi
qanunauyğun əlaqə mövcuddur. Bu əlaqə müxtəlif dövrlərdə
müxtəlif şəkildə üzə çıxır.
Mədəniyyətin milli və beynəlmiləl xüsusiyyətlərinin izahına
keçməzdən əvvəl “millət”, “millilik”, “xalq” və “xəlqilik”
anlayışlarının şərhi zəruridir.
Məlumdur ki, insanların etnik birliyinin formalarına qəbilə,
xalq və millət daxildir ki, bunlar həmin “birlikdə” müəyyən
mərhələləri təşkil edir. Bütün ictimai-iqtisadi formasiyalarda bu
“etnik birlik” müxtəlif səviyyələrdə mövcud olmuşdur. Dil, ərazi,
şüur, iqtisadi əlaqə birliyi insanların müəyyən qruplarını ayrı-
ayrılıqda birləşdirir ki, bu birləşmələr tarixən qəbilə, xalq və millət
anlayışları şəklində təkmilləşir.
İnsanlar qəbilə birliyindən xalq, sonra isə millət birliyinə
keçərkən xarakterik əlamətlər-ümumi dil, etnik ərazi, şüur itirilmir və
davamlı xüsusiyyətlər kimi nəsillərdən-nəsillərə ötrülür.
Millət müxtəlif insan qruplarının bəzi fərqləndirici əlamətlərini
özündə əks etdirən ən yüksək birlik formasıdır. İnsanların etnik
ümumilliyi o zaman millət halında formalaşır ki, buradakı fərdlərin
vəhdəti eyni dildə danışan əhalinin mərkəzləşmiş bir dövlət
çərçivəsindəki, həyatı və fəaliyyəti ilə şərtlənir.
“Xalq” əslində millətdən əvvəlki mərhələdir. Müasir mənada isə
“millət” anlayışından genişdir. Xalqın millət kimi formalaşmasında
mühüm əlamətlərdən sayılan milli xarakter, iqtisadi həyat birliyi
müxtəlif ictimai-siyasi şəraitdən
asılı olaraq dəyişikliyə uğrayır.
105
Elmi mənbələrdə bəzən xəlqilik milliliyin sinonimi kimi
işlədilir. Fəlsəfi ədəbiyyatlarda da çox istifadə olunan bu ifadələrin
mahiyyətcə bir-birinə yaxınlaşdığı və uzaqlaşdığı məqamlar
diqqətdən yayınır.
Millilik anlayışında ümumən millətə aid olan struktual cəhətlər
öz əksini tapır.
Xəlqilik isə ümumən xalq kütlələrinin mənafeyini, millətin bu
çoxluq təşkil edən mütərəqqi hissəsinin əhval-ruhiyyəsini özündə
toplayır.
Klassik ədəbiyyatımızın görkəmli nümayəndələrinin
əsərlərində millilikdən daha çox xəlqilik diqqəti cəlb edir. Əlbəttə,
sənətdə xəlqilik daha geniş anlayışdır. Lakin xalqın həyatını, onun
çalarlarını əks etdirən hər bir əsəri xəlqi adlandırmaq olmaz. Xəlqilik
sənətkarın xalqa, onun taleyinə münasibətindən, o cümlədən
üslubundan asılıdır. Hakim siniflərdən, saray həyatından,
cəngavərlərdən, fatehlərdən bəhs edən əsərlərdə də xəlqilik ifadə
oluna bilər. Belə ki, Nizami Gəncəvinin “İsgəndərnamə”, “Xosrov və
Şirin”, “Yeddi gözəl” əsərləri əsasən hökmdarların, hakim zümrənin
mühitini əks etdirsə də, buradakı ümumxalq əhəmiyyətli
problemlərin-ədalətli şah, azad məhəbbət, qəhrəmanlıq-yüksək
sənətkarlıqla, xalq təfəkkürünə əsaslanan bədii vasitələrlə əksi məhz
xəlqilik prinsiplərindəndir. Müasir milli mədəniyyətin siması isə orta
əsr Azərbaycan intibahının ən əlamətdar xüsusiyyətlərinin belə eyni
deyil, bəlkə tarixən dəyişilə-dəyişilə, yeniləşə-yeniləşə gələn, əsasını
o dövrlərdən götürən estetik təsəvvürlər sistemi ilə cilalanmış bir
keyfiyyətdir. Buna görə də kökü xalq tarixinin dərin mənəvi qatlarına
bağlı olan bir məfhumu itirmək, unutmaq doğru deyildir. Milli
mədəniyyətlərdə unudulmuş, potensial hala keçmiş elə qiymətli
demokratik meyllər də var ki, bunları araşdırıb meydana çıxarmaq
lazımdır.
Beynəlmiləlçilik milli zəmində yaranır, ona məxsus olan
həmrəylik, əməkdaşlıq, bərabərlik, qarşılıqlı yardım,
106
dostluq və s. prinsiplər millilik vasitəsilə təzahür edir.
Beynəlmiləlçilik prinsipiərinin mahiyyəti bütün millətlər, xalqlar
üçün vahiddir. Lakin hər bir millət və xalq bu prinsipləri öz spesifık
xüsusiyyətlərinə və həyat tərzinə uyğun olaraq qəbul edir.
Millilik əsasən millətdaxili münasibətlərdə, beynəlmiləlçilik isə
millətlərarası münasibətlərdə özünü göstərir.
Milli xüsusiyyətlərin beynəlmiləl cəhətlərə çevrilməsi
qanunauyğun bir prosesdir. Lakin hər cür milli xüsusiyyət deyil,
yalnız mütərəqqi xüsusiyyətlər beynəlmiləl cəhətlərə çevrilir.
Mütərəqqi xüsusiyyətlər inkişaf edərək beynəlmiləl prinsiplərə doğru
gedir və bu prinsiplərlə qovuşur. Millətlərin mədəni inkişafının
ümumi qanunauyğunluqları milli mədəniyyətlərin yaxınlaşmasına və
inkişafına kömək edir. Bu, milli inkişafın beynəlmiləl forması kimi
özünü göstərir.
Millilik beynəlmiləlçiliyi əks etdirdiyi kimi, beynəlmiləlçilik də
milliliyi əks etdirir və onun inkişafına səbəb olur. Milliliklə
beynəlmiləlçiliyin dialektikasının əsas cəhətlərindən biri onların
nisbətinin düzgün müəyyənləşdirilməsidir, Millətlərin həyatında
milliliklə beynəlmiləlçiliyin nisbəti mütləq deyil, nisbi xarakterlidir.
Mədəniyyətin milli xüsusiyyətləri ilə beynəlmiləl mahiyyəti
arasındakı vəhdət onda öz ifadəsini tapır ki, milli xüsusiyyətlər, milli
forma məzmunla uyğunlaşır, onunla şərtlənir. Mədəniyyətin
beynəlmiləl xarakterinin milli xüsusiyyətlərə təsiri isə onunla şərtlənir
ki, milli xüsusiyyətlər təkmilləşərək öz inkişafında beynəlmiləl
cəhətlərlə zənginləşir. Əsl milli sərvətlər, mütərəqqi cəhətlər həmişə
beynəlmiləl keyfiyyətlərlə uyğunlaşır.
Millətin ərazi, dil, iqtisadi və mənəvi həyat birliyi əsasında
formalaşan xüsusiyyətlərindən ən başlıcası milli hisslərdir. Milli
psixologiyanın əsas ünsürlərindən biri olan milli hisslər bir tərəfdən
millətin həyat şəraitinin, digər tərəfdən isə insanların xalq birliyinə
xas olan hisslərinin qanuna-
107
uyğun pilləsi kimi formalaşır. Birinci halda milli hisslər millətin
ictimai, iqtisadi inkişafına, mədəni məişət xüsusiyyətlərinə emosional
münasibəti kimi, ikinci halda isə insan hisslərinin millətə xas olan
qanunauyğun varisi kimi çıxış edir.
Milli hisslər, milli xarakter bir növ adət-ənənələr vasitəsilə
təzahür edir.
Bütün tarixi mərhələlərdə hər hansı bir etnosun həyat tərzində
əsas yer tutan adət-ənənələr, ümumiyyətlə, əxlaq normaları ictimai
şüurun təzahürü kimi fəaliyyət göstərir.
Müəyyən kollektivdə (tayfa, xalq, millət) və ya ictimai qrupda
gözlənilən, onun hər bir üzvü üçün adi əxlaq normasına çevrilən irsi
davranış qaydası isə adət adlanır.
Bütün tarixi dövrlərdə insanların məişətində adət-ənənələr
tənzimləyici rol oynamışdır. Həyat tərzinin tarixi inkişaf prosesində
yaranmış adətlərə əməl edilməsi hamının vətəndaşlıq borcudur.
Adət-ənənələr nəsillər arasında mənəvi sərvətlərin varisliyinə
əsaslanır. Həyat tərzinin qayda-qanunları kollektiv sosial
yaradıcılığın gerıişlənməsini tələb edir. İnsanların ictimai və şəxsi
həyatında hamı tərəfindən riayət edilən qaydalar müstəqil dövlət
quruculucuna və demokratiyanın genişlənməsinə imkan yaradır.
Cəmiyyətin sosial-iqtisadi sahəsində meydana çıxan yenilik
adət-ənənələrin məzmununda müəyyən dəyişiklik yaradır. Varislik
əlaqəsi isə mühüm qanunauyğunluq kimi həyat tərzinin tərkib hissəsi
olan adət-ənənələrin inkişafında özünü göstərir.
Adət-ənənələr ictimai şüurun ancaq müəyyən formalarında
özünü göstərən sadə normalardır. Adətlərin sosial funksiyaları
onların insanlararası münasibətləri, gündəlik həyat qaydalarını
qoruyub saxlamasıdır. Adət-ənənə eyni zamanda həyat tərzinin və
onun yaratdığı sosial, mənəvi və estetik idealların, davranış
normalarının, əmək və məişət
108
münasibətlərinin möhkəmləndirilməsi və nəsildən-nəsilə keçirilmə-
sinin spesifik formasıdır.
Ənənə (latınca mradito) yaradılmış adətlərin, yaşayış
tərzlərinin məcmusu kimi meydana çıxır. İbtidai icma quruluşunda da
insanların ictimai davranışları ənənə vasitəsilə tənzim olunurdu.
Adət-ənənə cəmiyyətin maddi və mənəvi mədəniyyət
ünsürlərini birləşdirərək, həyat tərzinin mühüm cəhətlərini özündə
əks etdirir.
“Adət” və “ənənə” anlayışlarının oxşar və fərqli cəhətləri də
vardır. Belə ki, “ənənə” anlayışı daha geniş məzmuna malik və sabit
olmaqla ictimai həyatda fəal rol oynayır. Adətlər isə tarixi inkişaf
nəticəsində sabitləşir, davamlılığı nəticəsində ənənəyə çevrilir.
Adətlər, yuxarıda qeyd etdiyimiz kimi, insanların məişət və həyat
tərzindəki normaların məcmusu kimi özünü göstərir.
Ayinlər, mərasimlər o zaman xalqa mənsub olur ki, ənənəyə
əsaslanır. Xalqımızm adət-ənənələri tarixi köklərə malik mənəvi
sərvətlərdir. Həyat tərzində müasir dövrədək yaşayan mərasimlərdən
biri də Xızır-İlyas mərasimidir. Əxlaqi dəyərlərə malik olan bu
mərasim yazın gəlişi, torpağın, təbiətin oyanışı ilə əlaqədardır.
Məlumdur ki, Novruz bayramı islam dinindən əvvəl
yaranmışdır. Dini bayram və mərasimlərin çoxu milli ənənə, milli
bayramlarla birləşir, əxlaqın zəruri cəhətinə çevrilir.
Mərasimləri yaradan, yaşadan, nəsildən-nəsilə ötürən xalqdır.
Mərasimlər cəmiyyətin həyat tərzinin bədii, simvolik, psixoloji
ifadəsi olmaqla, həm də tərbiyəvi əhəmiyyətə malikdir. Meydana
çıxan hər bir yeni ictimai tarixi quruluş adət-ənənələrdə də əsaslı
dəyişiklik yaradır.
Hal hazırda respublikamızda aşağıdakı bayram mərasimləri
həyata keçirilir:
I. İctimai-siyasi mərasimlər: 8 mart, 28 may, 18 oktyabr, 17
noyabr, 31 dekabr.
109
İctimai-siyasi bayramlar cəmiyyətdə ümumi siyasi fəallıq,
vahid davranış, ictimai qruplar arasında əlaqə yaradır, insanlarda
mənəvi borc, məsuliyyət hisslərini inkişaf etdirir.
II. Mövsüm mərasimi: Novruz bayramı mart ayının 20-21-də
keçirilir. Bu bayram insanlarda həyat əzmini, xoşbəxt yaşamaq
arzusunu gücləndirir.
III. Elm və mədəniyyət xadimlərinin, yazıçı və şairlərin
yubileylərinin keçirilməsi.
IV. Vətənpərvərlik mərasimləri: Milli ordu gününün qeyd
olunması, Vətən uğrunda həlak olan milli qəhrəmanların adlarının
əbədiləşdirilməsi, şəhidlər xiyabanının kütləvi şəkildə ziyarət
edilməsi gənclərin əxlaqi tərbiyəsində mühüm rol oynayır.
V. Gənclik mərasimləri: İlk zəng, əlifba bayramı, uşaqların
beynəlxalq müdafiə günü (1 iyun), ümumtəhsil məktəblərində son
zəng, peşə, orta ixtisas və ali məktəblərə qəbul, əmək ənənələri və s.
VI. Ailə-məişət mərasimləri: Toy-nigah, ad günləri, yas və s.
VII. Dini adət-ənənələrlə bağlı mərasimlər: Müqəddəs yerlərin
ziyarəti, dini ayinlərin icrası. Azərbaycan respublikası Nazirlər
Kabinetinin qərarı ilə Ramazan, Qurban bayramları istirahət günü
elan edilmişdir.
Tarixən meydana gəlib formalaşan adət-ənənələr iki növdür:
keçmişlə bağlı adət-ənənələr və yeni adət-ənənələr Xalqımızın
mənəvi simasını əks etdirən adətləri xalq əsrlər boyu yaşatmışdır.
Bunlar insanların həyat və məişət şəraitini, onlar arasındakı
münasibətləri və davranışındakı xüsusiyyətləri əks etdirir. Məsələn,
qonaqpərvərlik, böyüklərə hörmət, qonşuluq, dostluq, qarşılıqlı
kömək, əməksevərlik və s. xalqımızın ənənəvi adətlərindəndir.
Azərbaycan xalqı tarixi, milli, mədəni dini adət-ənənələrinə
görə inkişaf etmiş xalqdır. Müstəqil Azərbaycan Respublikasının
bugünkü mənəvi həyatı xalqımızın etnoqrafik amillərinin təsirilə
yaranan milli adət-ənənələrin varisliyinə əsaslanmaqla daha da
zənginləşir.
|