Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə34/38
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#47953
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   38
D rs v saiti Az rbaycan Respublikas T hsil Nazirliyi Elmi-Metod

§4.ƏXLAQ MƏDƏNİYYƏTİ 
 
Əxlaq ictimai şüurun  ən qədim formalarından biridir. O, 
insanların həm cəmiyyətə, həm dövlətə, həm də bir-birinə olan 
münasibətlərini nizamlayır. Cəmiyyətin təlabatından yaranan əxlaq 
onun üzvlərinin davranışlarını tənzim edən qaydalardan irəli gəlir. 
Məlumdur ki, bəşəriyyətin inkişafının ilk mərhələlərində 
insanlar arasında müəyyən adətlər, davranış qaydaları, ünsiyyət 
formaları mövcud olmuşdur. İnsanlar öz davranışlarında yaxşının və 
pisin nədən ibarət olduğunu aydınlaşdırmağa çalışmışlar. Cəmiyyət 
siniflərə bölündükdən sonra isə  əxlaq qaydaları da sinfi mahiyyət 
kəsb etməyə başlayır. Hər sinfin özünəməxsus  əxlaq qaydaları 
yaranır və onlar bu qaydaları öz mənafelərini ifadə edən davranış 
normalarına çevirirlər. 
Əxlaq haqqında təlim etika adlanır. Bu, “Ethos” yunan 
sözündən olub, bizim dilimizdə adət mənasını ifadə edir. Etika 
əxlaqı, insanların mənəvi dünyasını, onun mahiyyətini tədqiq edir. 
Etik davranışlar cəmiyyətin təlabatından, insanların öz 
davranışlarında müəyyən qaydalara əməl etməsindən irəli gəlir. 
 


 
171
İnsan  şüurunun inkişaf mərhələlərində  əxlaq təlimi həmişə 
fəlsəfənin bir hissəsi kimi təqdim olunmuşdur. Nəticədə müxtəlif 
fəlsəfi baxışlar müxtəlif  əxlaq nəzəriyyələrini meydana çıxarmışlar. 
Buna misal olaraq, Aristotelin, fransız materialistlərinin, Kantın və 
digər fılosofların  əxlaq nəzəriyyələrini göstərmək olar. Onların 
çoxunun  əxlaq nəzəriyyəsi onların fəlsəfələrinin  əsas hissəsi, 
dünyagörüşünün  əsas cəhəti olmuşdur. Bununla birlikdə  əxlaqi 
ideyalar, əxlaq təlimləri də ictimai şüur formalarıdır. 
Cəmiyyətin iqtisadi həyatı dəyişdikcə əxlaq da bir şüur forması 
olmaqla dəyişir və yeni məna daşıyır. Fəlsəfi nəzəriyyələr tarixinin 
inkişafı göstərir ki, əxlaq haqqında nəzəriyyələr də etika-fəlsəfə ilə 
birlikdə inkişaf etmişdir. B.e.ə. 551-479-cu illərdə yaşamış  qədim 
Çin filosofu Konfutsi də özünün fəlsəfi görüşlərində etik nəzəriyyəni 
əsaslandırmağa çalışmışdır. Onun etik nəzəriyyəsinin  əsas 
məfhumunu “Jen” (humanizm) təşkil edirdi. Filosofun fikrincə, 
humanizm mənəvi prinsip olmaqla cəmiyyət və ailə üzvləri 
arasındakı münasibətləri müəyyənləşdirməkdə mühüm rol oynayır. 
O, yazırdı ki, vəzifə kürsüsündə elə  şəxsiər oturmalıdır ki, onlar öz 
hərəkətləri ilə  rəhbərliyində olanlara nümunə olmalıdırlar. Konfutsi 
öz nəzəriyyələrində göstərirdi ki, insanlar dünyaya eyni cür gəlirlər, 
lakin müəyyən dövrlərdə aldıqları  tərbiyəyə görə bir-birindən 
ayrılırlar.  İnsanları  əhatə edən mühit onların bir şəxsiyyət kimi 
formalaşmasma  əsaslı  təsir göstərir. Lakin Konfutsinin etik 
nəzəriyyəsi bir çox məsələlərdə ziddiyyətli olduğu üçün onun 
bütövlükdə qəbul edilməsi məqbul deyildir. 
Konfutsinin davamçıları olan Çin filosofları Syun-Tszının 
(b.e.ə. 298-238), onun tələbəsi Xan Feyin (b.e.ə. 280-230), antik 
yunan fılosoflarından Aristotelin, Platonun da əxlaqa dair müəyyən 
fikirləri olmuşdur və onlar bu fikirləri öz əsərlərində əks etdirmişlər. 
Lakin sinifli cəmiyyətdə yaranan belə əxlaq təlimləri ictimai xarakter 
daşıya- 


 
172
raq, mövcud quruluşa xidmət edirdi. Ona görə  də, hakim sinif 
mövcud iqtisadi quruluşu möhkəmlətmək üçün onun mənafeyini 
müdafiə edən əxlaq təliminə haqq qazandırır və onu mühafizə edərək 
möhkəmləndirməyə çalışırdı. 
Etika haqqında nəzəriyyələr tarixin bütün mərhələlərində 
filosofların ictimai-siyasi görüşləri ilə bağlı yaranmışdır. Odur ki, bu 
nəzəriyyələr hakim siniflərin istək və arzularını əks etdirmiş, ictimai 
şüurun müxtəlif formalarına təsir göstərmiş  və  cəmiyyətdə ictimai 
münasibətlərin dəyişməsinə imkan yaratmışdır. 
Əxlaq-cəmiyyətdə davranış qaydalarını nizamlayan mövcud 
normalar toplusudur. Davranış normaları insanların cəmiyyətə, 
ictimai quruluşa,  əməyə  və bir-birinə olan münasibətlərində özünü 
göstərir.  İnsanlar hərəkətləri təhlil edərək bəzilərinə müsbət, 
bəzilərinə isə  mənfi qiymət verirlər! Yəni, hər kəs etdiyi hərəkətə 
görə qiymətləndirilir. Səbəbsiz nəticə olmur. 
Biz  əvvəlki mövzularda da qeyd etmişdik ki, mədəniyyətin 
mühüm tərkib hissələrindən biri mənəvi mədəniyyətdir. Mənəvi 
mədəniyyət cəmiyyət üzvlərinin əxlaqi tələblərini-əxlaq normalarını, 
prinsiplərini, ideallarını  və s. mənimsəmə  səviyyəsini,  şəxsiyyətin 
onlara yiyələnmə  və öz rəftarında və  hərəkətlərində  əməli surətdə 
həyata keçirmə  dərəcəsini səciyyələndirir. Bütün bunlar isə insanın 
başqalarına, bütövlükdə 
cəmiyyətə münasibətində, onun 
məqsədlərində, həyat planlarında, maddi-mənəvi sərvətlərə 
münasibətində özünü göstərir. 
Mənəvi mədəniyyət praktik mənəviyyatı  şərtləndirir. Mənəvi 
mədəniyyət cəmiyyətin, hər hansı sosial qrupun qazandığı  mənəvi 
inkişaf ölçüsüdür. Bu ölçü mənimsənilmiş  və insan fəaliyyətində 
realizə olunan mənəvi sərvətlərlə xarakterizə olunur. Mənəviyyat 
kimi mənəvi mədəniyyət də  mənəvi  şüuru,  əxlaqi münasibətləri və 
mənəvi fəaliyyəti əhatə edir. 


 
173
 
Mənəvi mədəniyyət bütün mənəvi təsəvvürlər və normalar 
sistemini deyil, cəmiyyətin insanlar tərəfindən mənimsədiyi mənəvi 
təcrübənin bir hissəsini,  əxlaqi-etik biliklərin yalnız praktik olaraq 
həyata keçirilən həcmini əhatə edir. 
Mənəvi mədəniyyətin bütöv bir sistem kimi struktur 
elementləri buniardır: 
l) Etik təfəkkür mədəniyyəti (etik bilikdən istifadə etmək bu və 
ya digər həyat tərzi xüsusiyyətlərinə mənəvi normaları tətbiq etmək 
bacarığı və s.). 
2) Hiss mədəniyyəti. 
3) Davranış  mədəniyyəti-dərk edilmiş  mənəviyyat prinsip və 
normalarına uyğun olaraq davranmaq, hərəkət etmək bacarığı. 
4) Davranış formasını və manerasını reqlamentləndirən etiket. 
Mənəvi mədəniyyət subyekti, ictimai praktikanın (xalqın, 
sinfin, sosial qrupun, kollektivin, şəxsiyyətin) mənəvi sərvətlər 
sisteminin tarixi konkret fəaliyyətini əks etdirir. 
Cəmiyyətin mənəvi mədəniyyəti məzmun baxımından təsbit 
olunmuş  mənəvi sərvətlər və oriyentasiyalar sistemini şəxsiyyətin 
mənəvi mədəniyyətinə nisbətən daha dolğun və geniş  əhatə edir. 
Şəxsiyyətin mənəvi mədəniyyətində bu sistemin komponentləri 
özünü təkrarolunmaz fərdi spesifika ilə göstərir.  Şəxsiyyət 
cəmiyyətin mənəvi mədəniyyətinin nailiyyətlərini öz şüurunda və 
davranışında bu və ya digər dərəcədə və fərdi yeniliklərilə cəmləyir. 
Bu isə ona tez-tez təkrarlanan hallarda mənəvi cəhətdən düzgün 
hərəkət etmək imkanı yaradır, onun mənəvi  şüurunun yaradıcı 
elementlərini fəallaşdırır, qeyri-standart vəziyyətlərdə düzgün 
mənəvi qərar verməsinə imkan yaradır. 
Mənəvi mədəniyyətin bu iki səviyyəsi qarşılıqlı  şəkildə 
əlaqədardır. Cəmiyyətin mənəvi inkişaf səviyyəsi bir çox hallarda  
şəxsiyyətin  mənəvi  mədəniyyətinin  kamilliyi  ilə 


 
174
 
müəyyən edilir. Digər lərəfdən cəmiyyətin mənəvi mədəniyyəti nə 
qədər zəngin olursa, fərdin mənəvi mədəniyyətinin kamilləşməsi 
üçün bir o qədər çox imkan yaranır. 
Əxlaq ümumbəşəri mədəniyyətin bir hissəsidir, eyni zamanda 
o, müasir sivilizasiyaya qarşı da etinasız deyildir. Şəxsiyyətin əxlaq 
mədəniyyəti müasir sivilizasiya problemini insanların 
fəaliyyətlərində aktuallaşdırır. 
Əxlaq normaları, həmçinin  əxlaqi  əqidələr,  əxlaqi hisslər və 
qiymətlər spesifik xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər  əxlaqı 
bütün nizamlama formalarından, xüsusilə hüquqdan fərqləndirir. 
Hüquqi nizamlama kimi əxlaqi nizamlama da davranışa verilən 
sosial tələblərin fərd tərəfindən  şüurlu surətdə  mənimsənilməsini 
nəzərdə tutur. Əxlaqi nizamlama şəxsiyyətin  şüurlu iradəsinə, onun 
ictimai borca şüurlu  əməl etməsinə  əsaslanır.  Əxlaqi tələb hər bir 
fərd tərəfindən irəli sürülür və onun vicdanının səviyyəsi ilə 
müəyyənləşir. Əxlaqi münasibət isə obyekt münasibətidir ki, burada 
şəxsiyyət ictimai əxlaq normalarını gözləyir və eyni zamanda həmin 
normalara yeniliklər əlavə edir. 
Əxlaqi borc-doğma vətənimizin tərəqqisi uğrunda mübarizə 
zərurətindən yaranan və yüksək  şüurluluq, dərin daxili təlabat 
qüvvəsi ilə yerinə yetirilən  əsas ictimai vəzifələrin məcmusudur. 
Onun məzmununa həm cəmiyyətin öz üzvləri qarşısında irəli 
sürdüyü vəzifələr, həm də adamların cəmiyyət qarşısında daşıdığı 
məsuliyyət hissi daxildir. 
Hər bir cəmiyyətin inkişafının müxtəlif mərhələlərində onun 
qarşısında müxtəlif vəzifələr durur. Buna uyğun olaraq cəmiyyətin öz 
üzvlərinə olan tələbinin, eyni zamanda cəmiyyət üzvlərinin borcunun 
xarakteri dəyişir. Elə ona görə  də ictimai inkişaf qanunlarını 
öyrənmədən, cəmiyyətin qarşılaşdığı  vəzifələrin həllində  iştirak 
etmədən şəxsiyyət öz əxlaqi borcunu dərk edə bilməz. 
Əxlaqi borcun yerinə yetirilməsi  şəxsiyyətin meylləri  əqidəsi, 
iradəsi və xarakter xüsusiyyətlərindən, inam və vər- 
 


 
175
dişlərindən də asılıdır.  Şəxsiyyətin  əxlaqi borca münasibətini 
aydınlaşdırarkən aşağıdakıları nəzərə almaq lazımdır: 
a) Şəxsiyyət öz arzu və istəklərini təmin etməyə daha meyllidir, 
yoxsa ümumi mənafeyin tələbləri ilə razılaşmağa, 
b) O, təmiz əqidəli, bütöv xarakterli şəxsiyyətdirmi? 
v)Yerinə yetirəcəyi borcun düzlüyünə, gərəkliliyinə inanırmı? 
q)Güzəştə getməyi, çətinliyə dözməyi bacarırmı? 
ğ) Borca əməl etmək onun daxili istəyindən irəli gəlir, yoxsa 
vərdişdirmi? 
Təlim-tərbiyə müəssisələri, kollektivlər tərbiyənin bütün metod 
və vasitələrindən istifadə edərək cəmiyyət üçün öz əxlaqi borcunu 
hərtərəfli dərk edən gənclər yetişdirməlidirlər. 
 
 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin