III FƏSİL.
MƏDƏNİYYƏT VƏ CƏMİYYƏT
§ 1. MƏDƏNİYYƏT VƏ TƏBİƏT-CƏMİYYƏT
MÜNASİBƏTLƏRİ
1
Təbiət insanlar üçün yalnız xarici aləmdən-meşədən, bağdan,
dənizdən ibarət deyildir. O, insanın yaranışdan məskəni, nəsildən-
nəsilə keçən yurd yeri və mənəvi cəhətdən zövq aldığı bir sahədir.
İnsanın həyat idealı, təhsili, mədəni səviyyəsi, xarakteri yaşadığı
təbiətin qoynunda formalaşır. Lakin bütün bunlara baxmayaraq,
insan təbiətə şüurlu və şüursuz münasibət göstərərək onu
dəyişdirməyə çalışır. Əvvəllər təbiətin hökmranlığından asılı olan
insan, sonralar bu asılılıqdan xilas olmaq üçün onu ram etməyə, ona
dağıdıcı təsir göstərməyə başlayır. Təbii ki, bu da öz əks təsirini
göstərir, təbiət tədricən öz qisasını almağa başlayır. Belə ki, təbiət-
insan münasibətləri qlobal bir məna daşımağa istiqamətlənir. Bu
zaman təbiətin qorunması, ona şüurlu münasibət göstərilməsi
ümumbəşəri problemə çevrilir. Müasir dövrdə bəşəriyyət
qarşısındakı yeganə yol “cəmiyyət-mədəniyyət-təbiət” nizamının
əvvəlki dövrlərə nisbətən daha ciddi şəkildə gözlənilməsindən
ibarətdir.
Qədim insanlar təbiətin sirlərinə bələd olmadıqları üçün
təbiətin ecazkar qüvvələri qarşısında aciz qalaraq, onları fövqəltəbii
kimi qəbul etmiş və müxtəlif təbiət qüvvələrini allahlar kimi
fetişləşdirmişlər (Məsələn, Günəş allahı, Külək Allahı, Od Allahı və
s.).
Orta əsrlərdə Avropa mədəniyyəti Xristian mədəniyyəti olsa
da, eyni zamanda antik dövr mədəniyyətinin ruhunu
1
Bu mövzu işlənərkən Ə.Tağıyev və Q.Əliyevin «Kulturologiya» (Bakı «Təbib»,
1997) adlı dərs vəsaitindəki VII mövzu (səh. 42-55) əsas götürülmüşdür.
137
özündə saxlayırdı. Bu mədəniyyət təbiətə münasibətdə təbiət-allah
tezisini əsas götürürdü. Xeyli sonra alimlər bu qarşılıqlı prosesdə
maddi mədəniyyəti, yəni insanların əli ilə yaradılmış mədəniyyət
nümunələrini tədqiq edərək onu sivilizasiya adlandırdılar. Ancaq
insanın yaratdığı maddi mədəniyyət özü-özlüyündə mənəvi
mədəniyyət olmadan yaşaya bilməzdi. Elə buna görə də təbiət maddi
və mənəvi sərvətlərin beşiyi olub mədəniyyətin vətənidir. Təbiət ilə
mədəniyyət arasında güclü əlaqə vardır. Təbiət mədəniyyətin
yaranması, sonra mövcud olması və inkişafı üçün zəruri şəraitdir.
Mədəniyyət isə insanla təbiət arasında bir növ vasitəçidir, onların
qarşılıqlı təsirinin nəticəsidir. İnsan özündə bioloji xassələrlə sosial
amilləri birləşdirir. Bunlardan birincisi təbiətlə, ikincisi isə
cəmiyyətlə əlaqədardır. Deməli, insan biososial varlıqdır.
Mədəniyyət ikinci təbiətdir. Elə buna görə də antik yunan filosofu
Demokrit mədəniyyəti “ikinci natura” adlandırmışdır. İnsan əmək
sayəsində ucalır. Əmək prosesində nəinki insanın özü təşəkkül
tapmış, həm də təbiət onun təlabatına uyğun dəyişmiş, nəticə
etibarilə mədəniyyət meydana çıxmışdır. Ancaq mədəniyyətin
özünəməxsus, qeyri-bioloci yolla nəsidən-nəsilə ötürülən xüsusi
xassələri sayəsində meydana gəlməsi ilə insan təbii mühitə
uyğunlaşa bilmişdir. İnsanın qədim keçmişdə istifadə etdiyi yalnız
bəzi çox primitiv əmək alətləri (ağac parçası, daş, balıqqulağı və s.)
ilkin emaldan keçrilməyən təbii törəmələrdir. İnsanların təlabatını
ödəmə vasitələrinin çoxunu başqa şəklə salınmış “mədəniləşdirilmiş”
təbiət təşkil edir. İnsanların əli ilə yaranmış rnədəniyyət onların
müxtəlif təbii şəraitə uyğunlaşmasına, xüsusən insan nəslinin
təşəkkül tapdığı şəraitdən kəskin fərqlənən şəraitlərdə yaşamasına
imkan yaradır. Təbiətin yaşaması insanın yaşaması üçün əsas şərtdir.
“İki mədəniyyətin” birinci üzvünü təşkil edən təbiət onun ikinci üzvü
olan insanın əli ilə məhv edilməməlidir.
138
Cəmiyyətin təbiətə münasibəti hər şeydən əvvəl istehsal
əsasında qurulur. Yuxarıda qeyd etdiyimiz kimi, sosial varlıq olaraq,
insanın özünün formalaşmasında əmək prosesi və istehsal həlledici
rol oynayır. Hər bir insan təbiətlə qarşılıqlı əlaqəyə ictimai varlıq
kimi daxil olur və bu əlaqəni başqaları ilə birlikdə yerinə yetirir.
İnsan cəmiyyəti ilə təbiət arasında daim maddələr, enerji və
informasiya mübadiləsi gedir. Buna görə də təbiət və cəmiyyət
arasındakı mübadilənin iki əsas növü vardır:
I.Təbii obyektlərin-havanın, suyun, bitki və heyvan mənşəli
müxtəlif qida növlərinin, mineralların və s. insan tərəfindən
bilavasitə mənimsənilməsi; (Təbiətlə maddi münasibətlərin bu
növünün əsasını insan orqanizminə xas olan fizioloji funksiyalar
təşkil edir).
II. İnsanın məqsədyönlü fəaliyyəti əmək vasitəsilə ifadə olunur.
Bu münasibətlərin mahiyyəti ondan ibarətdir ki, insanlar ətraf
mühitdə yaşamaq üçün münasib şərait tapmadıqları üçün onları
məqsədəuyğun məhsuidar fəaliyyət vasitəsilə yaratmalı olurlar.
Təbiətlə belə məqsədyönlü fəal qarşılıqlı münasibət bütün canlılar
içərisində insana, bəşər cəmiyyətinə xasdır.
Cəmiyyətin təbiətə təsirinin nəticəiərindən biri də mədəni
landşafdır, yəni insanın öz əli ilə dəyişdirdiyi təbiət. Mədəni landşaf
iki hissəyə bölünür: aqrosfer və texnosfer.
Aqrosferə əsas etibarilə insanmcanlı təbiətə-torpağın bitki
örtüyünə və heyvanlar aləminə təsirinin nəticələri daxildir
(çəmənliklər, bağlar, heyvanların otlaq yerləri və s.).
İnsan tərəfindən cansız təbiətə gətirilmiş bütün maddi
mədəniyyətin, orada tikilmiş qurğuların cəmi texnosferə daxildir
(binalar, yollar, körpülər və s.).
Həqiqətən də müasir insan təbiətin mənimsənilməsində böyük
nailiyyətlər qazanmışdır. Onun əmək alətləri ilə fəaliyyətinin
genişliyi və energetika qüdrəti bunu bir daha
139
sübut edir. İnsanın təsiri ilə çaylar öz axın istiqamətini dəyişir, şoran
torpaqlar yuyulur və s.
İnsanın təbiətə təsir miqyası nə qədər böyük olsa da, o, təbiət
üzərində mütləq hakim deyil. Bunu təbiət təbii fəlakətlər göstərməklə
bizə xatırladır (yanğın, daşqın, zəlzələ, quraqlıq və s.). Düzdür bu
fəlakətlərin gücünü insan az və ya çox dərəcədə nisbətən azalda bilir,
lakin tam aradan qaldırmağa qadir deyil. Müxtəlif tarixi mərhələlərdə
insanın təbiətlə vasitəli və vasitəsiz qarşılıqlı təsirinin nisbəti
dəyişməz qalmamışdır. Hər bir mərhələnin spesfik cəhətləri olmuş,
keyfiyyətcə bir-birindən fəfqlənmişdir. V.Y.Kelle və M.Y.Kovalzon
kimi alimlərin fikrincə, “bir pillədən digərinə keçid cəmiyyətin
məhsuldar qüvvələrində baş vermiş inqilabi dəyişikliklərlə müşayiət
olunur”. Bəşər cəmiyətinin inkişafında isə tarixən üç belə çevriliş
məlumdur:
1.Neolit inqilabı-əkinçiliyin meydana çıxması, yığıcılıqdan,
təbiətdə olan hazır məhsulları mənimsəməkdən istehsala keçid;
2.Sənaye inqilabı-kustar əmək alətlərindən maşma keçid;
3.XX əsrin 30-cu illərindən başlayaraq hələ də davam edən
elmi-texniki inqilab.
Göstərdiyimiz bu inqilablar cəmiyyətin təbiətə münasibətinin
dörd mərhələsini müəyyənləşdirmişdir:
I mərhələ şüurlu insanın yaranmasından başlayaraq əkinçilik və
maldarlığın meydana gəlməsinə qədər davam edir. Bu dövrdə
insanlar ovçuluqla, balıqçılıqla, yığıcılıqla məşğul olurlar. Onlar
təbiətə daha yaxm olurlar, lakin eyni zamanda ona təsir etməyə
başlayırlar.
II mərhələdə istehsalm əsas növü maldarhq və əkinçilik olur,
qalan sahələr onlardan asılı vəziyyətə düşür. Bu dövrdən başlayaraq
insan təbiətə müdaxilə edərək (fəal şəkildə) ona dağıdıcı təsir
göstərməyə çalışsa da, özü hələ təbi-
140
ətin təsiri altında qalır. Dövrün sonlarına yaxın insanın təbiətdən
ayrılması prosesi insanın təbiətə qarşı qoyulması şəklini alır.
III mərhələ. XVIII əsrdə İngiltərədə sənaye inqilabının
başlanması cəmiyyətlə təbiətin qarşılıqlı inkişafında yeni mərhələnin
başlancığını qoyur. Bu dövr insanla təbiət arasındakı ziddiyyətlərin
çoxalması ilə xarakterizə olunur. Elmin, texnikanın qüvvəsindən
istifadə edən insanın təbiətə dağıdıcı təsiri artır.
IV mərhələ. XX əsrin ortalarmdan başlayaraq elmlə texnikanın
nailiyyətləri birləşir və təbiət-insan münasibətlərindəki ziddiyyətlərin
dərinləşməsi böhranlı vəziyyətin yaranmasına səbəb olur. Bəşəriyyət
təbiətə münasibətdə öz hərəkətlərinə fikir verməyə, münasibətləri
nizamlamağa başlayır. İnsan yenidən təbiətə qovuşmağa meyl edir.
Çünki, əvvəllər təbiətə qarşı düşünülməmiş münasibət sonralar
insanın özünə qarşı çevrilir və insan nəslinin yaşamaq ehtimalı heçə
enir. Bunları dərk edən insan təbiətlə münasibətlərini tənzimləmək
üçün yollar axtarır.
Biz burada insanın formalaşmasında əməyin rolu və ilk
mədəniyyət nümunələrinə dair müəyyən təəssürat yaratmağa
çalışdıq. Eyni zamanda cəmiyyətin təbiətə münasibətinin tarixi
mərhələləri ilə də tanış olduq.
İndi isə müasir dövrün qlobal ekoloji və sosial-siyasi-mədəni
problemlərinə və onların həlli yonlarına diqqət yetirək.
Bildyimiz kimi, müasir dövrdə qlobal ekoloji və sosial-siyasi-
mədəni problemlər qarşılıqh şəkildə əlaqədədirlər. Bu dövrün
özünəməxsus cəhətləri aşağıdakılardır:
Birincisi, müasir keçid dövrü qlobal xarakter daşıyır. Ona görə
ki, ayrı-ayrı ölkələrdə sosial durum dəyişir, eynı zamanda bütün
dünya ölkələri elmi-texniki tərəqqi yolu ilə irəliləyir. Əgər əvvəllər
bu vəziyyət dünyanın bir hissəsində
141
müşahidə olunurdusa, indi bu proses bütün dünya ölkələrini əhatə
edir.
İkincisi, dünya elə bir inkişaf səviyyəsinə və dövrünə gəlib
çatmışdır ki, onun sosial təkamülündə yalnız siyasi və sosial-iqtisadi
amillərlə kifayətlənmək mümkün deyildir.
İndi insan-təbiət münasibətlərində yeni formaların tətbiqi
zərurəti yaranmışdır. İnsan öz problemlərini nizama salmaq lüçün
nəinki sosial-siyasi ziddiyyətlərin həll olunmasına, eyni zamanda
ətraf aləmdə yaranan anormal proseslərin aradan qaldırılmasına da
hazır olmalıdır.
Üçüncüsü, müasir keçid dövründə bəşəriyyəti gözləyən və
izləyən sosial-siyasi və ekoloji təhlükə müxtəlif ölkələri, xalqları,
millətləri və sinifləri bu sosial bəlaların qarşısını almaq üçün öz
qüvvələrini birləşdirməyə təhrik edir. Bütün bu problemləri həll
etmək üçün insan istəsə də, istəməsə də, həmin proseslərin gedişinə
müdaxilə etməli olur.
Bütün yuxarıda qeyd etdiklərimizin nəticəsi budur ki, ceçid
dövrü yeni sosial, iqtisadi, siyasi, ekoloji problemlərin
ziddiyyətlərinin, cəmiyyətin və təbiətin “bəlalarının” bir təfəfdən öz
kulminasiya həddinə çatması ilə, digər tərəfdən isə onların təsiri
altında yeni sosial münasibətlərin yaranması, yeni cəmiyyətin, sosial
həyatın yeni şəraitinin və tiplərinin formalaşması ilə xarakterizə
olunur. Gərgin ekoloji duruma malik olan respublikamız üçün insan-
təbiət münasibətlərinin fəlsəfi təhlili, ekoloji böhranı aradan
qaldırmaq üçün şüuru və
tərbiyəni məqsədəuyğun
istiqamətləndirmək təxirəsalınmaz vəzifələrdəndir. Ekoloji tərbiyə
vəzifələri isə ekoloji şüurun formalaşdırılması şəraitində həyata
keçirilməlidir.
Müasir dövrün və dünyanın qlobal problemlərini belə
qruplaşdırmaq olar:
l.İstilik nüvə müharibəsi və onunla əlaqədar meydana çıxan
problemlər.
142
2.Ekoloji problemlər-atmosferin, ətraf mühitin və yer təkinin
çirklənməsi.
Bu problemlərin həll olunması bəşəriyyətin gələcək inkişafında
başlıca rol oynayar. Doğrudur, dünya ilk dəfə deyildir ki, belə
böhranlarla qarşılaşır. XX əsrə qədər bunlar kortəbii qüvvələr -
zəlzələ, sel, quraqlıq və s. şəkildə meydana çıxırdı. Lakin bunlar
məkanca məhəlli, zamanca məhdud xarakter daşıyırdı. XX əsrin son
illərində də biz təbii böhranların şahidi olur və görürük ki, bu tipli
fəlakətlər dünyanın müxtəlif ölkələrində baş verir. Nəticədə minlərlə
insan məhv olur, yurdsuz-yuvasız qalır. Xalqlar, millətlər bu
bəlalardan çıxmaq üçün bir-birlərinə humanitar yardımlar göstərirlər.
Respublikamızda da Azərbaycan Respublikasının prezidenti cənab
Heydər Əliyevin sərəncamı ilə “Fövqəladə hallar komissiyası”
yaradılmışdır. Bu komissiya vətənimizdə baş verən təbii fəlakətlərin
səbəblərini tez bir zamanda araşdırır və onun nəticələrinin aradan
qaldırılmasını dövlət səviyyəsində həll edir.
Ekoloji problemlərin aşağıdakı növləri vardır:
l. Əsasən cəmiyyətə və insana aid olanlar;
2. Əsasən təbiətə aid olanlar;
3. Həm cəmiyyətə, həm də təbiətə aid olanlar.
Ekoloji böhran halları da üç qrupa bölünür:
l. ətraf mühitin çirklənməsi;
2. ehtiyatların tükənməsi;
3. əhali çoxluğu (demoqrafik böhran və şəhərlərin böhranı).
Müasir dünyanın məruz qaldığı sosial-iqtisadi, siyasi-mədəni
ziddiyyətlər öz əksini milli sahədə də tapır. Son illərin hadisələri bizə
yaxşı tanışdır. Bədnam qonşularımızın məqsədyönlü fəaliyyəti
nəticəsində minlərlə soydaşımız öz yurdlarından didərgin düşdü.
Hansı ki, həmin torpaqlar qədim Azərbaycan torpaqları olmuşdur.
Qarda, çovğunda yüzlərlə insan yollarda, dərələrdə dondu, uçruma
düşdü,
143
məhv oldu. İndi çadırlarda ermənilərin günahı ucundan öz qaçqın
taleyini yaşayan insanlar müxtəlif yoluxucu xəstəliklərə düçar olur,
əzab çəkirlər. Dövlət öz imkanı daxilində onlara kömək göstərir.
Lakin ərazimizin 20 faizə qədəri düşmənlər tərəfindən zəbt olunduğu
bir şəraitdə müəyyən bir ərazidə əhali sıxlığının yaranması istər-
istəməz böhrana səbəb olur. Elə ona görə də bu problem bütövlükdə
bəşəriyyətin həll etməli olduğu məsələlər sırasına daxildir.
Bəşəriyyət öz inkişafında elə bir mərhələyə çatmışdır ki, o, bir
yandan nəhəng məhsuldar qüvvələr yaratmış, o biri yandan da onun
doğurduğu ciddi nəticələrlə üzləşmişdir. Elmi texniki tərəqqi və
insan idrakının qüdrəti bizə əvəzsiz töhfələr bəxş etsə də, ətraf
mühitin qorunması, müharibələrin qarşısının alınması və s. kimi
problemlər də meydana çıxarmışdır. Bu problemlərin qlobal
adlandırılmasının aşağıdakı səbəbləri vardır:
a) Onlar hədsiz dərəcədə kəskin və aktual problemlər olduğu
üçün ictimai tərəqqini ləngidib, sivilizasiyanı məhv etməyə qadirdir.
b) Onlar mahiyyətcə qarışıqdır, özündə ictimai və təbii
prosesləri birləşdirir.
v) Onlar bütün ölkələri və bölgələri əhatə edir, bəşəriyyətin
mənafeyinə toxunur.
q) Bilavasitə insan həyatının əsaslarına toxunur, elə buna görə
də onların həll olunması sivilizasiyanın xilası deməkdir.
ğ) Onların həll edilməsi bütün bəşəriyyət qüvvələrini
birləşdirən qlobal strategiya hazırlanmasını zəruriləşdirir. Aydındır
ki, müasir dünyanın qlobal problemlərinin hamısı bir-biri ilə
qarşılıqlı şəkildə əlaqəlidirlər, bir-birlərinə təsir göstərirlər. Yəni,
onların birinin kəskinləşməsi digərinə də dərhal təsir göstərir.
Məsələn, hərbi təhlükənin güclənməsi, sürətlə silahlanma, iqtisadi
ekoloji və digər problemləri qüvvətləndirir.
144
Qloballıq termini üç mühüm məna daşıyır:
l) miqyaslı, əhəmiyyətli, 2) əhatəli, hər yerdə olan,
3) ümumbəşəri, beynəlxalq.
Müasir dünyanın qlobal problemləri bəzi təzahür
xüsusiyyətlərinə malikdir.
Birincisi, onlar daxili məntiqə malik olub qarşılıqlı əlaqəli bir
sistem kimi meydana çıxır. Onun kompleks xarakteri buradan
yaranır.
İkincisi, qlobal problemlər öz dinamizmi ilə fərqlənir, belə ki,
onların kəmiyyət və keyfiyyət göstəriciləri sürətlə dəyişir.
Üçüncüsü, bu problemlər bütün xalqlar üçün mühüm
əhəmiyyətə malik olduğuna görə onların həlli beynəlxalq əməkdaşlıq
tələb edir.
Müasir dövrdə cəmiyyətin qarşısında duran təxirəsalınmaz
vəzifələrdən biri də təbiətə əxlaqi münasibət hissi tərbiyə etməkdən
ibarətdir. Bəzən iqtisadi amillər bioetik amilləri üstələyir və onların
nəticəsi birbaşa insan həyatına istiqamətlənir. İnsanda həyata məntiqi
münasibət, şəxsi məsuliyyət hissinin tərbiyə edilməsi təbiətə əxlaqi
münasibəti gücləndirən xüsusiyyətlərdəndir. İnsanın təbiətlə
qarşılıqlı münasibətlərini tənzimləmək üçün həyata keçirdiyi
proqram ekoloji mədəniyyətdir.
Ekoloji problemlərin kəskinləşərək qlobal xarakter aldığı
əşasən XX əsrin 40-cı illərindən başlayaraq hiss olunmağa başladı.
İndi bir çox beynəlxalq təşkilatlar bu məsələlərin həlli ilə məşğul
olur.
BMT-nin 1972-ci ildə Stokholmda keçirdiyi xüsusi konfrans
ekoloji böhrandan çıxmaq üçün beynəlxalq
əlaqələrin
genişlənməsinə kömək etdi. Hazırda BMT-də qlobal ekoloji
proqramlar həyata keçirmək üçün xüsusi nümayəndələr şurası
fəaliyyət göstərir. Bu şuranın dünya dövlətlərindən əsas tələblərindən
biri ekoloji problemlərin informativliyi ilə bağlıdır. BMT-yə görə
“hökumətlər ətraf mühiti key-
145
fiyyətlə idarə etmək, təbiəti mənimsəmə biliklərinin öyrənilməsi və
təbliği, mütəxəssislər hazırlanması, ətraf mühitin keyfıyyəti haqda
düzgün məlumat verilməsi üçün məsuliyyət daşıyır, xalqlarım bu
problemləri həll etməyə səfərbər edirlər.
İnsanın təbiəti mənimsəmə miqyası genişləndikcə ona kortəbii
təsirin neqativ nəticələr törətməsi təhlükəsi daima artır. Radiasiya,
ultrasəs, elektromaqnit sahələri kimi hadisələrin, yüksək dərəcədə
toksik kimyəvi maddələrin insan orqanizminə bilavasitə təsir
intensivliyinin getdikcə artması onun sağlamlığına mənfi təsir
göstərir. Müasir insanın müxtəlif konserogen amillərlə təması
güclənmişdir. Bütün bunların nəticəsində insanların genetik
vəziyyətinin nizamının pozulması təhlükəsi yaranır.
Respublikamızda dəyişən radiasiya və elektromaqnit fonu
insanların sağlamlığına mənfi təsir göstərir, ekoloji vəziyyəti
kəskinləşdirir. Belə şərait yaradan hərbi obyektlərdən biri Sovet
İttifaqı dövründə Qəbələ rayonunda tikilmiş Xüsusi Təyinatlı
Radiolokasiya Mərkəzidir (XTRLM).
XTRLM-nin tikintisinə 1979-cu ildə başlanılıb 1984-cü
ildə bitirilmişdir. Həmin obyekt fəaliyyətə 1985-ci ildən başlamışdır.
Bütün obyektin fəaliyyət məsələlərini faktiki olaraq SSRİ, formal
olaraq Azərbaycan həll etmişdir. Azərbaycanın Dövlət sanitar
nəzarəti orqanları obyektin buraxılışında iştirak etməmişlər.
XTRLM-nin zərərli tibbi-ekoloji fəaliyyəti barədə respublika
mətbuatında bir-birini inkar edən yazılar çap olunmuşdur. 1992-ci il
mayın 5-də Milli Məclisdə bu məsələyə baxılıb 117 saylı qərar
çıxarılmışdır. Həmin qərarı əsas götürən Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya, İnfeksion
Xəstəliklər, Peşə Xəstəlikləri Mərkəzlərinin, Elmi-Tədqiqat Mamalıq
və Ginekologiya, Pediatriya, Hematologiya və Qanköçürmə
İnstitutlarının mütəxəssislərindən ibarət komissiya yarada-
146
raq Qəbələ rayonundakı XTRLM-nin ətraf mühitə və rayon
əhalisinin sağlamlığına vurduğu tibbi-ekoloji zərərləri öyrənməyi
onun qarşısına məqsəd qoymuşdur. Bütün bunlara baxmayaraq bu
məsələ hələ də öz həllini tapmamışdır.
Bütün yuxarıda qeyd etdiklərimiz, yəni sosial-siyasi, təbii-
ekoloji problemlər xalqımızın, dövlətimizin qarşılaşdığı
gerçəkliklərdir. Bu gərgin vəziyyətdən çıxıb xalqın sosial vəziyyətini
yaxşılaşdırmaq üçün mövcud hərbi-siyasi məsələlər həll edilməli,
əhalinin özünə və ətraf mühitə münasibəti dəyişdirilməli, insanlara
kainatdakı həyatın yalnız ətraf mühitlə harmoniya şəraitində
mövcudluğu fikri aşılanmalı, iqtisadi yüksəliş və milli mənafe yolu
tutmaqla mükəmməl dövlətçilik siyasəti yeridilməlidir.
Dostları ilə paylaş: |