Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə29/38
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#47953
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   38
D rs v saiti Az rbaycan Respublikas T hsil Nazirliyi Elmi-Metod

§ 6. AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN  
XARİCDƏ  TƏBLİĞİ MƏSƏLƏLƏRİ 
 
Dünya mədəniyyəti xəzinəsinin zənginləşməsində bütün dünya 
xalqları bu və ya başqa  şəkildə  iştirak edir. Bu zaman 
mədəniyyətlərin qarşılıqlı inkişafı ilə yanaşı, bir xalqın mədəniyyəti 
digərinə öz təsirini də göstərir. 
Azərbaycan xalqı  qədim tarixə, güclü yaradıcı potensiala 
malikdir. Odur ki, dünya mədəniyyəti xəzinəsinə onun verdiyi 
tövhələr  əvəzsizdir. Respublika prezidenti Heydər  Əliyev 1997-ci il 
dekabrın 31-də “Dünya Azərbaycanlılarının həmrəylik günü 
münasibətilə bütün soydaşlarımızı  təbrik edərkən bu barədə 
demişdir: 
“Azərbaycan xalqı dünya mədəniyyətində öz dəsti-xətti ilə 
seçilən xalqlardandır. Onun əsrlər boyu yaratdığı  mədəniyyət və 
ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə 
aşılanmışdır. Xalqımızın “Kitabi-Dədə Qorqud”, “Koroğlu” 
dastanları kimi möhtəşəm sənət abidələri dünya sivilizasiyası 
tarixində silinməz iz qoymuş, Nizami Gəncəvi,  Əfzələddin Xaqani, 
Xətib Təbrizi, Məhəmməd Füzuli kimi korifeylərinin yaradıcılığı 
bəşəri ideyaların tərənnümünə, haqqın,  ədalətin, humanist idealların 
bərqərar olmasına xidmət etmişdir. Səfiəddin Urməvinin,  Əcəmi 
Naxçıvaninin, Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti 
xəzinəsinə verdikləri incilər sənətsevərləri indi də heyran qoyur. 
Xalqımızın dünya elminə  bəxş etdiyi tövhələrələ  fəxr etməyə 
haqqı var. Nəsirrəddin Tusinin, Əbülhəsən Bəhmənyarın, Mirzə 
Fətəli Axundovun, Abbasqulu ağa Bakıxanovun və digər 
mütəfəkkirlərin adları dünya elm aləminə yaxşı tanışdır...” 
Bütün bunlar Azərbaycan xalqının intelektual səviyyəsinin 
yüksəkliyini göstərən amillərdən olmaqla öz mövqeyini bu gün də 
saxlamaqdadır. Xalqımızın mənəvi 
  


 
127
intelektual sərvəti sırasında onun elmi potensialı ayrıca yer  tutur. 
Belə ki, Azərbaycan alimlərinin dünya miqyasında  əldə 
etdikləri uğurlardan bütün bəşər xalqları faydalanmırlar. Məsələn, 
əslən azərbaycanlı, Bakıda dünyaya göz açıb, bir neçə  il    burada 
yaşadıqdan sonra valideynləri ilə xaricə köçmüş Lütvi-Zadə dünya 
miqyaslı alimlərdəndir. Bütün dünya sivilizasıyasının müasir 
mənzərəsində, elm və texnikanın inkişafında  əvəzsiz yeri olan 
kompüter texnologiyasının korifeyi sayılan bu azərbaycanlı alimin 
kəşfləri dünyanın  əksər ölkələrində - Yaponiyada, Amerikada, 
Almaniyada, Fransada və s. ölkələrdə istehsalata uğurla tətbiq  
olunmaqdadır.  Onun yarätdığı  “qeyri-səlis  məntiq nəzəriyyəsi”nin 
kopmüter texnologiyasına tətbiqi nəticəsində dördüncü, beşinci və 
altıncı “kompüter nəsli” yaradılmışdır. 
Lütvi-Zadənin nəzəriyyəsinə görə, hər  şeyin doğruluğu və 
səhvliyi mütləq deyil, nisbidir, qeyri-səlisdir. Eyni zamanda dünyada 
olan hər bir rəngin qırmızılığı, yaşıllığı, ağlığı, qaralığı  və s. də 
nisbidir. Yəni, hər bir rəngdə bir bozluq var. Bir sözlə, hər hansı 
əşyanın və əmsalın dəyişgənlik əmsalı qeyri-səlisdir. 
Bu nəzəriyyənin  əsasında Lütvi-Zadə linqvistik dəyişənlər 
nəzəriyyəsi yaratmaqla, mürəkkəb  şəraitdə  qərar qəbuletmənin və 
təqribi həll tapmanın da əsasını qoymuşdur. Onun qeyri-səlis məntiq 
və qeyri-səlis məntiq nəzəriyyəsinin  əsasında dünyanın  əksər 
ölkələrində elm məktəbləri (istiqamətləri) fəaliyyət göstərir, elmi 
jurnallar və kitablar nəşr olunur. 
Lütvi-Zadə haqqında Azərbaycanda bir sıra məqalələr 
yazılılmış, Bakı Dövlət Universitetinin professoru Fərhad Tağıyevlə 
jurnalist  Şamxəlil Məmmədovun birlikdə yazdıqları “Müasir elmin 
korifeyi” Bakı, “Azərbaycan” nəşriyyatı 1997/ adlı elmi-kütləvi kitab 
nəşr olunmuşdur. 


 
128
Bundan   əlavə   onun   haqqında   Azərbaycanda   sənədli 
televiziya   filmi   çəkilmişdir.   Lütvi-Zadə   adına   Elmlər 
Akademiyası      (ictimai      əsaslarla)   fəaliyyət   göstərir.   Bu 
akademiyada ölkəmizin müxtəlif elm sahələrində çalışan alimləri 
təmsil olunmuşdur. Bu azərbaycanlı alim dünyanın bir çox Elmlər 
Akademiyalarının həqiqi və fəxri üzvüdür. Hazırda      Amerikanın      
Kaliforniya      ştatının      Berqli universitetinin   professoru   kimi   
fəaliyyət   göstərir   onun nəzəriyyələri    əsasında    süni    intelektin    
yaradılmasının prinsipləri   araşdırılır.   Həmin   nəzəriyyənin   
müddəaları humanitar elmlər sahəsinə və    tədrisə də tətbiq olunur. 
(testlər, şablonlarla imtahan və s.) 
Fizika-riyaziyyat elmləri doktoru, professor Faiq Nağıyev isə 
kompüter texnoloqiyası sahəsində qazandığı elmi uğurların nəticəsi 
olaraq BMT yanında Beynəlxalq Kompüter Akademiyasının həqiqi 
üzvü seçilmişdir. F.Nağıyev bu akademiyaya üzv seçilən ilk 
azərbaycanlı alimdir. 
Tibb   elmləri   doktoru,   professor   Paşa   Musayev Amerika 
Oftolmologiya Akademiyasına, professor Bəhram  Əliyev suvarma 
sistemləri sahəsində qazandığı  uğurlarına görə        Beynəlxalq    
Ekologiya    və    Təbiətdən    İstifadə Akademiyasına  və   Rusiya   
Mühəndislər  Akademiyasına həqiqi   üzv   seçilmişlər.   Əldə   
edilən      elmi      nailəyyətlərin müqabilində çox cüzi olan bu siyahı 
Azərbaycan xalqının elmi intelektual potensiyasının müasir səviyyəsi 
haqqında müəyyən   təsəvvür   yarada   bilir.    Bütün   bu   uğurlar, 
beynəlxalq            elmi            simpoziumlarda            və            elmi-nəzəri 
seminarlarda əzərbaycanlı alimlərin çıxışları onların elmi məqalə   və   
ixtiralarının   yayılması   və   ayrı-ayrı   ölkələr tərəfindən  alınaraq 
istehsalata  tətbiq edilməsi,  həm  də Azərbaycan   varlığının,   
Azərbaycanın   mədəni   və   elmi intelektinin təbliği deməkdir. 


 
129
 
Azərbaycan mədəniyyətinin xaricdə  təbliğində dövlət 
başçımızın xarici ölkələrə etdiyi diplomotik səfərlər də müsbət rol 
oynayır. Belə ki, bu səfərlər zamanı nümayəndə heyətinin tərkibində 
elm, mədəniyyət və incəsənət xadimləri də olur. Onlar bəzi rəsmi 
görüşlərin bədii hissələrində verilən konsert proqramlarında çıxış 
edərək Azərbaycan incəsənətinin gözəlliklərini xarici diplomatlar 
qarşısında nümayiş etdirirlər. 
Mədəniyyətin təbliğində xüsusi tutumu olan incəsənət insan 
şüurunda reallığın  əyani  şəkildə  əks olunmasıdır. Dünyanı, həqiqəti 
dərk etməkdə mühüm rol oynayan incəsənətin siyasi, mənəvi və 
bədii təbliğatda həlledici yeri vardır.  İncəsənətin  əsas xüsusiyyəti 
ondadır ki, o həqiqi, reallığı quru sözlərlə deyil, bədii  şəkildə  əks 
etdirir. 
Respublika Prezidentinin səfər etdiyi dövlətlərin başçılarına 
Azərbaycan xalqının bədii və elmi yaradıcılığının rəngarəng 
məhsullarından hədiyyə etməsi də Azərbaycan mədəniyyətinin 
təbliği deməkdir. 
Məlumdur ki, xalqımızın mifodloji görüşlərinin, bədii 
zövqünün, elmi dünyagörüşünün bir çox cəhətləri onun əsrlərdən 
gələn qədim xalçaçılıq sənətinin ilmələrində əksini tapmışdır. Lakin 
digər milli sərvətlərimizlə yanaşı, bu kamil sənət nümunələrimizə 
sahib çıxmaq istəyən ermənilər Azərbaycan xalçasının bir çox 
nümunələrini öz adlarına çıxmağa çalışaraq, bununla özlərinin 
yüksək bədii və mifoloji, fəlsəfi və elmi potensiala malik xalq 
olmalarını nümayiş etdirmək istəyirlər. Onların bu hərəkətləri 1988-
ci ildən sonra daha geniş  və  məkrli xarakter almışdır. Odur ki, 
Azərbaycan xalçalarının məhz Azərbaycan xalqının estetik, milli-
mifoloji təsəvvürlərinin, fəlsəfi və etnik dünyabaxışının məhsulu 
olmasını, Azərbaycan xalqının milli sərvətinin nümunəsi olmasını 
dünyaya nümayiş etdirmək son dərəcə vacibdir. Heydər  Əliyevin 
xarici ölkə başçılarına, ayrı-ayrı  elm      və      sənət   adamlarına,   
tanınmış   siyasi   xadimlərinə 
 


 
130
Azərbaycan   xalçaçılıq   sənətinin   nümunələrini   hədiyyə etməsi 
bu işdə-Azərbaycan xalçalarının beynəlxalq aləmdə təbliğində özgün 
rol oynayır. 
Azərbaycan kino sənətinin bir əsrə yaxın tarixi vardır. Bu dövr 
ərzində kinomuzun bir çox nümunələri – “Arşın mal alan”, “Məşədi 
İbad”, “Nəsimi” və s. xarici ölkələrdə, o cümlədən Qərbi Avropada 
nümayiş etdirilərək uğur qazanmışdır. Son illər keçid dövrünün və 
Qarabağ müharibəsinin yaratdığı problemlərin kino sənətimizin 
inkişafına da özünün mənfi təsirini göstərməsinə baxmayaraq, milli 
kino xadimlərimiz bir sıra uğurlu nümunələr yarada bilmişdir. Həmin 
kino fılmləri “Özgə vaxt” “Yaramaz”, “Ölü zona”, 
“Ölsəm...bağışla!”, “Qəzəlxan”, “Müqəddəs torpaq”, “Adəmin 
yaranmısı”, “O dünyadan salam”, “Nakəs”, “Yarasa”, “Fəryad”, 
“İstintaq” və s. beynəlxalq festivallarda yüksək mükafatlara layiq 
görülmüşlər. Təkcə onu demək kifayətdir ki, Äzərbaycanın istedadlı 
kino rejisoru Ayaz Salayevin çəkdiyi və 19 beynəlxalq kino 
festivalında yüksək qiymətləndirilmiş “Yarasa” fılmi 1997-ci ilin 
axırlarında “Gecəyarısı  çıxan günəş” devizi ilə keçirilən beynəlxalq 
kino festivalında da mükafat qazanmışdır. Bundan başqa “Fransız”, 
“Hər  şey yaxşılığa doğru” və başqa ekran əsərlərinin beynəlxalq 
festivallarda iştirak etmək hüququ qazanması da Azərbaycan 
kinosunun xaricdə təbliğində xüsusi rol oynayır. 
Bütün bunlar göstərir ki, bu gün Azərbaycan kinosu xaricə 
daha çox öz gücü və potensial imkanları hesabına çıxır. O, 
festivallarda yer tutub mükafat alarkən, təbii ki, bu filmlər haqqında 
xarici mətbuatda müxtəlif səpgili yazılar da dərc olunur. Çalışmaq 
lazımdır ki, Azərbaycan kinosunun xaricdə  təbliği bununla 
məhdudlaşmasın. Bu sahədə kino tənqidçilərimizin, sənətşünasların, 
Azərbaycan kinostudiyası rəhbərliyinin də öhdəsinə mühüm vəzifələr 


 
131
düşür.  Yaxşı   olardı   ki,   kinomuzun   ayrı-ayrı   uğurlu nümunələri    
haqqında,    habelə    kino    sənətkarlarımızın yaradıcılıq yoluna həsr 
olunmuş müxtəlif səpgili məqalə, oçerk  və  kitabçalar,  müxtəlif 
xarici  mətbuat  orqanları, informasiya vasitələri və      nəşriyyatlar 
vasitəsi ilə dünyaya daha yaxından tanıdılmasında müəyyən rol 
oynasın. 
Azərbaycanın  bir çox xarici  ölkələr,  o  cümlədən İtaliya ilə 
mədəni  əlaqələrinin tarixi qədimdir. Bu əlaqələr mədəniyyətin 
müxtəlif sahələrində özünün parlaq əksini tapmışdır. Hələ XV əsrdə 
şair Caşanşah Həqiqi görkəmli italyan şairi, məhşur, "İlahi 
komediya"  əsərinin müəllifi Danteyə  şer həsr etmiş, italyan 
ədəbiyyatşünasları XI əsr Azərbaycan yazılı  ədəbiyyatının 
incilərindən olan “Kitabi-Dədə Qorqud”un iki əlyazmasından birini 
bu günədək hifz edib saxlamışlar.  İtalyan alimi Ettore Qosse bu 
abidəyə dair xüsusi əsər və əlyazmasının surətini nəşr etdirmişdir. 
Müasir  İtaliya alimi Bombaçço XIV əsr böyük Azərbaycan 
şairi İ.Nəsiminin yaradıcılığını tədqiqata cəlb etmişdir. 
Hələ 50-ci illərin axırlarında XVI əsr Azərbaycan  şairi  Şah 
İsmayıl Xətainin lirik şerlərindən ibarət “Divan” Neapolda çap 
etdirilmişdir. 
Azərbaycanda sovet hakimiyyətinin ilk illərindən bü günə 
qədər İtaliya Azərbaycanın musiqi həyatında mühüm rol oynamışdır. 
Məşhur     opera     müğənilləri     Bülbül,      Şövkət Məmmədova, 
M.Maqomayev, L.İmanovdan başlayaraq Fidan və Xuraman 
Qasımova bacıları da daxil olmaqla gənc müğənni Azər Zeynalova 
qədər musiqi təhsili  əlaqələri bu gün də davam edir. Azərbaycan 
musiqiçiləri İtaliyada öz Vokal ustalıqlarını daim təkmilləşdirirlər. 
Azərbaycan musiqisi öz rəngarəngliyi, dərin fəlsəfi və estetik 
tutumu, ifaçılıq sənətinin yüksəkliyi ilə bu gün də  dünya   
musiqisevərlərinin   rəğbətini   qazanır.   Bu   sahədə 


 
132
görkəmli müğənnimiz, mərhum Rəşid Behbudovun Nəzakət 
Məmmədovanın, Müslüm Maqomayevin, Qulu Əsgərovun, Azər 
Zeynalovun, Zeynəb Xanlarovanın, Fidan və Xuraman Qasımova 
bacılarının, Alim Qasımovun, Surxay Əsgərzadənin və başqalarının 
xidmətləri danılmazdır. Surxay Əsgərzadənin Amerika və Kanadada 
lazer diskinin bir milyon tirajla buraxılması, Briliyant Dadaşovanın 
Almaniyada diskinin hazırlanması, Alim Qasımovun Parisdə  uğurlu 
çıxışları, İsrailin Eylate şəhərində keçirilən caz festivalında dünyanın 
müxtəlif ölkələrini təmsil edən 36 iştirakçı arasında “Şərq cazının 
şahzadəsi” adlandırılan, Vaqif Mustafazadənin qızı  Əzizə 
Mustafazadənin uğuru, Daşkənddə keçirilən musiqi festivalında gənc 
müğənni Simarə İmanovanın “Qran Pri” mükafatına layiq görülməsi 
və s. Azərbaycan musiqi sənətinin səviyyəsindən xəbər verməklə 
yanaşı, beynəlxalq aləmdə milli musiqimizin təbliği sahəsində də çox 
iş görür. 
Azərbaycanın musiqi sənətinin xaricdə  təbliği sahəsində 
aparılan əhəmiyyətli işlər çoxdur. Belə ki, İ.Əbilov adına Mədəniyyət 
evinin “Könül” folklor mahnı  və  rəqs ansamblı  İraqın Babilistan 
şəhərində keçirilmiş beynəlxalq musiqi festivalında 6 konsert verərək 
xüsusi diploma layiq görülmüş, Rəşid Behbudov adına Dövlət Mahnı 
Teatrının musiqi və  rəqs kollektivi İsveçin Maloko şəhərində 
keçirilmiş dünya xalqlarının beynəlxalq folklor festivalında uğurla 
çıxış etmiş (Səfər “Vətən” cəmiyyəti xətti ilə  həyata keçirilmiş  və 
tədbiri  İsveçdə  fəaliyyət göstərən Azərbaycan mədəniyyəti ocağı 
təşkil etmişdir.) musiqiçilərimizin nümayəndələri Türkiyənin Bolu 
bölgəsində keçirilən Xalq kültürü və Koroğlu simpozimunda iştirak 
etmişlər. 
“Bəri bax” ansamblının çıxışlarının rəğbətlə qarşılanması 
“Qaya” və “Sevil” fokal ansambllarının  ənənələrinin yaşamasından 
və Azərbaycan vokal sənətinin imkanlarının tükənməzliyindən xəbər 
verir. 


 
133
Bütün bunlar bir tərəfdən musiqi sərvətimizin zənginliyindən 
və ifaçılıq sənətimizin səviyyəsindən irəli gəlirsə, digər tərəfdən 
Azərbaycan bəstəkarlarının Tofiq Quliyevin,  Arif Məlikovun, Oktay 
Rəcəbovun, Oktay Zülfüqarovun və  başqalarının həm zəngin 
yaradıcılıq axtarışlarının, həm də    vətəndaş pedaqoq kimi musiqi 
sənətimizin öyrədilməsi  yolunda çəkdikləri zəhmətin nəticəsidir. 
Musiqi sənətimizin inkişafında dövlət qayğısının,  Respublika 
Prezidenti Heydər Əliyevin diqqətinin rolu da danılmazdır. 
Son vaxtlar Fransanın Azərbaycandakı  səfirliyinin köməyi ilə 
Azərbaycan musiqi mədəniyyəti Dövlət müzeyi ilə Paris musiqi 
muzeyi arasında əməkdaşlıq genişləndirilmişdir. 
İraq Respublikasının Azərbaycandakı nümayəndəliyi ilə 
“Azərbaycan dünyası” beynəlxalq  əlaqələr mərkəzinin prezidenti 
xalq  şairi Nəbi Xəzri arasında görüş olmuş  və ölkələrimiz arasında 
qarşılıqlı mədəniyyət günləri keçirilmək haqqında razılığa gəlmişdir. 
Azərbaycan mədəniyyətinin xaricdə  təbliğində beynəlxalq 
səviyyəli yubiley tədbirlərinin də böyük rolu vardır. Məsələn, 1996-
cı ildə mütəfəkkir  şairimiz Məhəmməd Füzulinin anadan olmasının 
500 illiyinin dövlət səviyyəsində beynəlxalq miqyasda keçirilməsi 
həm də Azərbaycan mədəniyyətinin xaricdə  təbligində  əhəmiyyətli 
rol oynadı. Təkcə onu göstərmək kifayətdir ki, Məhəmməd Füzulinin 
500 illik yubileyi İranda,  İraqda, Türkiyədə,  Ərəb ölkələrində qeyd 
olunmaqla yanaşı, Bakıda beynəlxalq Füzuli simpoziumu keçirildi. 
Bu yubiley tədbirləri və  həmin silsilənin davamı olaraq Bakıda 
keçirilən beynəlxalq simpoziumda dünyanın müxtəlif ölkələrindən 
gəlmiş alimlərin və  sənət adamlarının iştirakı, habelə prezident 
Heydər  Əliyevin fərmanı ilə  ədəbiyyat, incəsənət sahəsində iki ildə 
bir dəfə verilən beynəlxalq Füzuli mükafatının təsis 


 
134
edilməsi həm də Azərbaycan mədəniyyətinin xaricdə  təbliğinə 
xidmət edir. 
“Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyi haqqında olan 
fərman və bu yubileyin keçirilməsi ilə  əlaqədar görülən çoxsahəli 
işlər “Dədə Qorqud” ensklopediyasının və digər nəşrlərin çapdan 
çıxması, Dədə Qorqud ünvanlı abidə kompleksləri və digər bu kimi 
işlər də Azərbaycan mədəniyyətinin xaricdə təbliğinə xidmət edir. 
Son dövrdə  Rəşid Behbudovun, Bülbülün, Tofiq Quliyevin, 
Müslüm Maqomayevin yubileyləri münasibəti ilə Azərbaycanla 
yanaşı Moskvada, Türkiyədə, Gürcüstanda, Dağıstanda təntənəli 
tədbirlər keçirilməsi də Azərbaycan xalqının dünyaya tanıdılması 
istiqamətində görülən uğurlu işlərdəndir. 
Azərbaycan mədəniyyətinin təbliğində milli teleyiziyamızın 
göstərdiyi xidmətlər də xüsusi qeyd olunmağa layiqdir. Onu da qeyd 
etmək lazımdır ki, son vaxtlar milli televiziyamızın xarici ölkələrin 
telekanalları ilə  əməkdaşlığı sayəsində Azərbaycan televiziyasının 
hazırladığı “Azərbaycan bu gün” proqramı vaxtaşırı dünyanın 
yüzdən çox ölkəsinə translasiya edilir. Bir qayda olaraq, bu 
proqramın mədəniyyət bölümü də olur. Həmin bölümdə indiyədək 
İsmayıl  Şıxlı, Rəşid Behbudov, Nəsibə Zeynalova, habelə 
Azərbaycan folkloru (Əzizə Cəfərzadənin tştirakı ilə) və s. haqqında 
mükəmməl verilişlər dünya tamaşaçılarına təqdim edilmişdir. 
Bundan başqa, Azərbaycan televiziyasının 
əməkdaşlarının 
hazırlayaraq xarici ölkələrdə nümayiş etdirdikləri ayrı-ayrı 
proqramlar da Azərbaycan mədəniyyətinin xaricdə  təbliğinə xidmət 
edir. 
Azərbaycan mədəniyyətinin xaricdə  təbliğində xaricdə indi-
indi formalaşmaqda olan Azərbaycan diasporunun və  şəbəkəsi 
getdikcə genişləndirilən Azərbaycan mədəniyyət mərkəzlərinin də 
rolu var. Bu mərkəzlər dünyanın bir   çox   ölkələrində,   o   
cümlədən   Amerikada,   İsveçdə, 
 


 
135
 
Almaniyada, Türkiyədə və başqa ölkələrdə fəaliyyət göstərir. İraqda 
Əbdüllətif Bəndəroğlunun Azərbaycan mədəniyyətinin təbliği 
istiqamətində gördüyü işlər daha genişdir. 
Yuxarıda qeyd etdiyimiz məsələlər göstərir ki,  Azərbaycan 
mədəniyyətinin xaricdə  təbliği getdikcə genişlənməkdədir. Həmin 
işlərin sistemliliyinin və ardıcıllığının təmin edilməsi Azərbaycan 
həqiqətlərinin beynəlxalq aləmə daha yaxşı çatdırılması ilə 
nəticələnər və bundan həm xalqımız, həm də dövlətimiz yüksək 
uğurlar qazanar. 


 
136

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin