Orxon- Yenisey abidələri janrına görə belə qruplaşdırılır:
a)tarixi-bioqrafik daşüstü yazılar (Monqolustanda);
122
b)epitafik (qəbirüstü) poetik yazılar (Yenisey və Sesireçye
(Cetısu) çayları vadisində);
v)Hüquq sənədləri, dini sehirbazlıq abidələri (Şərqi Türküstan)
və s.
Orxon çayı hövzəsində 2 abidə tapılmışdır. Onlardan biri türk
şahzadəsi Gültəkinə həsr olunmuşdur. İkincisi isə onun böyük
qardaşı Bilgə xaqanın hərbi yürüşlərindən, mübarizliyindən bəhs
edir.
Qədim türk xaqanlığının tarixini öyrənmək baxımından bu gün
də hər hansı bir türk xalqı, türk milləti üçün əhəmiyyətli olan bu
abidələr yüksək kamillik zirvəsinə yetmiş türk mədəniyyətinin,
dövlətçilik tarixinin və türk hərb sənətinin qan yaddaşıdır.
XI-XII əsrlərə aid edilən qədim yazılı abidələrimizdən “Kitabi
Dədə Qorqud” isə elm aləminə XIX əsrdə məlum olmuşdur. Dastanın
XV-XVI əsrlərdə yazıya köçürülmüş iki əlyazmasından Drezden
nüsxəsi bir müqəddimə 12 boydan, Vatikan nüsxəsi isə həmin
müqəddimə 6 boydan ibarətdir.
Bu qədim abidə haqqında ilk məlumat alman alimi F.Dits
tərəfindən verilmişdir. O, 1815-ci ildə “Təpəgöz” boyunu alman
dilinə tərcüməsi ilə birlikdə nəşr etdirmişdir. 1894-1904-cü illərdə isə
V.V.Bartold abidənin dörd boyunu rus dilinə çevirərək çap
etdirmişdir. Bu tərcümə H.Araslı və M.H.Təhmasibin redaktəsi ilə
1950-ci ildə Bakıda, 1962-ci ildə isə Moskvada nəşr olunmuşdur.
Dastandakı hadisələrin əksər hissəsi Dəmir qapı Dərbənd,
Bərdə, Gəncə, Əlincə, Qaradağ, Göyçə gölü və s. yerlərdə cərəyan
edir.
“Kitabi-Dədə Qorqud”u yazıya köçürən şəxs Dədə Qorqudu
həm dastanın yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Bayat
elindən olan bu alimnüma oğuzun gərginliklərin aradan
qaldırılmasında, gələcəyə dair fikirlər söyləməsində böyük ustalığı
göstərilir.
123
“Kitabi-Dədə Qorqud” türkdilli xalqların müştərək abidəsidir.
Dastanda yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s.
barədə tarixi-etnoqrafık məlumatlar da vardır. Burada etik davranış
normaları, ailə-məişət məsələləri də öz əksini tapmışdır.
Türk millətinin bədii təfəkkür abidəsi olan “Kitabi-Dədə
Qorqud” dastanının poetik dili bədii təsvir vasitələri ilə zəngindir.
Burada yeri düşdükcə atalar sözündən, idiomatik ifadələrdən
məharətlə istifadə edilmişdir.
Dastanda oğuz bəylərinin düşmən qəbilələri ilə mübarizə
səhnələri də təsvir olunmuşdur. Lakin çox maraqlıdır ki, onların bu
mübarizələri təcavüzkarlıq deyil, intiqam xarakteri daşıyır; Qazan
xan döyüş meydanında “qaçanı qovmur”, “aman diləyəni öldürmür”.
Bu, soy kökümüzdəki alicənablıqla, xeyirxahlıqla bağlı
xüsusiyyətdir.
Oğuz türklərinin tarixini özündə əks etdirən monumental epik
abidələrdən olan “Kitabi-Dədə Qorqud” dastanı, yuxarıda qeyd
etdiyimiz kimi, elmə məlum olduğu vaxtdan diqqət mərkəzindədir.
Lakin buna baxmayaraq, bu mənəvi mədəniyyət abidəsinin özündə
əks etdirdiyi məna və məzmun dərinliyi, türk xalqlarının milli-etnik
fikir yaddaşı, milli təfəkkürünün və dünyagörüşünün formalaşma
prosesi tamamilə aydınlaşdırılmamışdı. Bütün bu məsələlər və
abidənin Azərbaycan türklərinin tarixində tutduğu əvəzsiz mövqeyi
nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında 20
aprel 1997-ci il tarixli fərman imzalamışdır. Bu fərman abidənin daha
əhatəli şəkildə tədqiq olunmasma şərait yaratdı.
1
1
Qeyd: ("Orxon-Yenisey abidələri" və "Kitabi-Dədə Qorqud" dastanı haqqında
"Din və mədəniyyət" mövzusunda daha geniş bəhs olunur.)
124
Maddi-mədəniyyət abidələrinin mühafizə olunması zaman-
zaman müxtəlif dövlət strukturları tərəfindən, tam qənaətbəxş olmasa
da, yerinə yetirilib.
1918-ci il aprelin 14-də Xalq Komissarları Soveti V.İ.Leninin
imzası ilə “Respublika abidələri haqqında” xüsusi dekret vermişdir.
1920-1921-ci illərdə Azərbaycanın bölgələrində olan abidələr qeydə
alınmış, onların mühafizəsi üçün bəzi tədbirlər
müəyyənləşdirilmişdir.
1932-ci ildə Mədəniyyət Abidələrini Mühafizə edən xüsusi
Komitə yaradılmışdır.
Müharibədən sonra abidələrin mühafizəsinə daha yaxşı fikir
verildi. Bu məqsədlə 1948-ci il oktyabr ayının 14-də SSRİ Nazirlər
Sovetinin “Mədəniyyət abidələrinin mühafizə edilməsini
yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı verildi. Bu qərarla birlikdə
“Mədəniyyət abidələrinin mühafizə edilməsinə dair əsasnamə”də
təsdiq edildi.
SSRİ Nazirlər Sovetinin qərarına müvafiq olaraq, Azərbaycan
SSR Nazirlər Soveti 1948ci il dekabrın 2-də “Mədəniyyət
abidələrinin mühafizəsini yaxşılaşdırmaq tədbirləri haqqında" qərar
verdi.
1951-ci ildə isə Azərbaycan SSR Ali Sovetının Rəyasət Heyəti
mədəniyyət abidələrinin qorunması, bərpa edilməsi və öyrənilməsi
haqqında xüsusi qərar qəbul etmışdır. Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətinin Fərmanı ılə böyük tarixi əhəmiyyəti olan
mədəniyyət abidələrı-Şirvan-şahlar sarayı, Şəkidəki Xan sarayı,
Naxçıvandakı Yusif ibn Qüseyr və Mömünə xatun məqbərələri,
Bərdə, Gəncə, Qobustandakı qaya rəsmlərinin yerləşdiyi sahə, tarixi
qəbirstanlıqlar, məbədlər digər abidələr xüsusi nəzarətə
gotürülmüşdür.
1978-ci ilin iyalunda Azərbaycan SSR Ali Soveti “Tarix və
mədəniyyət abidələrinin qorunması və onlardan istifadə” haqqında
qanun qəbul etmişdir. Elə həmm ıl Bakıda “Azərbaycan Tarix və
Mədəniyyət Abidələrini Mühafizə
125
Edən Cəmiyyət" yaradılmışdır. Bu cəmiyyətin fəaliyyətindən məqsəd
xalqın zəngin mirasını gələcək nəsillər üçün qoruyub saxlamaq,
zəhmətkeşlər arasında, böyüməkdə olan nəsil arasında vətən tarixinin
öyrənilməsi işində bu qeyri-adi təbliğat vasitələrindən səmərəli
istifadə etməkdir.
Tarix və mədəniyyət abidələrinə göstərilən qayğı Vətənimizə,
qəhrəmanlıqla dolu tariximizin, keçmişimizin bu nadir şahidlərinə
hörmət və məhəbbətin ifadəsidir.
Abidələr nəinki tarixi keçmişimiz və dünyada şöhrət qazanan
mədəniyyətimiz barədə maraqlı məlumat verir, biliyimizi artırır,
onlar həm də gənclərin vətənpərvərlik tərbiyəsində bizə yaxından
kömək edir.
Azərbaycan Respublikasınınm 1995-ci il 27 noyabr tarixindən
qüvvədə olan Konstitusiyasında da bu məsələyə xüsusi diqqət verilir.
“Mədəniyyət hüququ”adlı 40-cı maddənin II bəndində deyilir:
“Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona
qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.
Azərbaycan Respublikasının Konstitusiyasının 77-ci maddəsi
isə tamamilə Tarix və mədəniyyət abidələrinin qorunmasına həsr
edilib. Burada deyilir: “Tarix və mədəniyyət abidələrini qorumaq hər
bir şəxsm borcudur”.
Maddi-mədəniyyət abidələrini gələcək nəsillərə çatdırmaq
üçün onları yalnız mühafizə etmək deyil, həm də müxtəlif qüvvələrin
dağıdıcı təsirlərinə məruz qalanları yenidən bərpa etmək lazımdır. Bu
məqsədlə son illər vətənimizdə müharibə davam etməsinə
baxmayaraq məqsədyönlü tədbirlər görülmüşdür.
Maddi-mədəniyyət abidələri tarix elminin xəzinəsi hesab
olunur. Ona görə də bu yadigarları mühafizə etmək, onlara
həssaslıqla yanaşmaq hər bir Azərbaycan vətəndaşının borcudur.
|